Sumqayıt hadisələri erməni millətçiləri və onların havadarlarının təxribatı idi AÇIQLAMA
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 fevral, AZƏRTAC
Sumqayıt hadisələri erməni millətçiləri və onların havadarları tərəfindən xüsusi olaraq törədilmiş bir təxribat idi. 1988-ci ildə Qarabağı Azərbaycandan qoparmaq istəyən erməni millətçiləri münaqişə üçün zəmin yaratmaq məqsədilə belə bir təxribata əl atdılar.
Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, hadisələrin təşkilatçıları birbaşa erməni millətindən olan şəxslər idi. Onların əlində gizli erməni təşkilatına ödəniş etməyən erməni ailələrinin siyahısı var idi və hücumlar əsasən həmin ailələrə yönəldilmişdi.
“Maraqlıdır ki, hadisələr çox qısa müddət ərzində bütün dünyaya yayıldı. Sanki əvvəlcədən hazırlanmış bir ssenari mövcud idi və yalnız təxribatın baş verməsi gözlənilirdi ki, dərhal geniş şəkildə ictimailəşdirilsin. Sonradan isə erməni tərəfinin bu məsələ ilə bağlı geniş və obyektiv araşdırma aparılmasında maraqlı olmadığı bildirildi. Diqqət çəkən məqamlardan biri də həmin dövrdə Sumqayıtın erməni əsilli imkanlı sakinlərinin şəhəri əvvəlcədən tərk etməsi idi. Bundan əlavə, şəhərə yaxın ərazidə yerləşən daxili qoşunların hadisələrə vaxtında müdaxilə etməməsi də bir çox suallar doğurur. Ümumilikdə isə bu məsələdə cavabsız qalan suallar kifayət qədər çoxdur”, - deyə A.Mirzəzadə əlavə edib.
Qeyd edək ki, Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 Fevral 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















