Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Erməni hərbçilərin qanlı cinayətləri cəzasız qalmadı

Erməni hərbçilərin qanlı cinayətləri cəzasız qalmadı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bakı müharibə canilərini ədalət mühakiməsinə çəkib

Ədalətin aparıcı sütunları onda laxlamağa başlayır ki, təqsirkar cəzasız qalır, günahsıza isə cəza verilir. İnsanlığa qarşı cinayət törədənlərin məsuliyyətdən yayınmasına isə qətiyyən yol vermək olmaz. Hələ də işğala məruz qalan ölkə ilə işğalçı arasında bərabərlik işarəsi qoymağa çalışanlar var. Onlar qəbul etmək istəmirlər ki, Azərbaycan özünün ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməklə, həm də xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri hakim qarşısına çıxarmaqla ədalətin bərpasına nail olub.

Azərbaycan Prezidenti İlham Əliyev hələ 44 günlük Vətən müharibəsindən əvvəl Xocalı soyqırımını, digər cinayətləri törədən şəxslərin mütləq şəkildə Femidanın mühakiməsinə cəlb olunacağını, əlləri dinc soydaşlarımızın qanına bulaşmış hər kəsin layiqli cəzasını alacağını, qocaların, körpələrin, günahsız qurbanların qanının yerdə qalmayacağını demişdi. Dövlətimizin başçısı, xalqının mərd oğlu, hər zaman olduğu kimi, sözünə əməl etdi. Bu gün müharibə caniləri üzərində Bakı Hərbi Məhkəməsində davam edən prosesə bütün dünya şahidlik edir.

“Mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Ermənistan hakimiyyəti və erməni separatçıları baş verənləri – həm ikinci Qarabağ müharibəsini, həm də Qarabağ bölgəsində antiterror tədbirlərini unutmamalıdır”. Bu sözləri İlham Əliyev 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlatdı mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

***

Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı xaricdən güclü siyasi təzyiqlərin təşkil olunmasına baxmayaraq, bu, Azərbaycan Prezidentinin qəti və ədalətli mövqeyinə heç bir təsir göstərə bilmədi. Təkzibolunmaz sübutları görmək, cinayətlərin canlı şahidlərinin ifadələrini eşitmək istəməyən, əksinə, müharibə canilərinə qahmar çıxan Qərbin ermənipərəst psevdo insan hüquqları təşkilatlarının Bakıya siyasi təsir göstərmək üçün verdikləri qərəzli açıqlama və bəyanatların heç bir faydası olmadı. Çünki insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsinin özü ədalətin təntənəsi deməkdir. Bu, eyni zamanda, münaqişələrin və müharibələrin ədalətli həlli üçün ən məqbul modeldir. Tarixi təcrübə göstərir ki, bəzi münaqişə və müharibələr bitsə də, çoxsaylı dinc insanların qətlində əli olan cinayətkarlar məsuliyyətdən kənarda qalmağı bacarıblar. Əslində, bu hal müharibə və münaqişələrin natamam həlli, başa çatmaması deməkdir. Biz belə bir nümunəni İsrailin təcrübəsində görmüşük. Bu ölkənin xüsusi xidmət orqanı – MOSSAD milyonlarla yəhudinin qətlində əli olan faşist rejiminin canilərini müharibədən xeyli sonra dünyanın müxtəlif ölkələrində axtarıb taparaq cəzalandırdı, ədalətin təntənəsinə nail oldu. Amma o da məlumdur ki, faşist cəlladlarının heç də hamısı məsuliyyətə cəlb edilmədi, onlar layiq olduqları cəzadan canlarını qurtarmağı bacardılar. Ötən əsrin 90-cı illərində keçmiş Yuqoslaviyada etnik münaqişələr bitdikdən sonra hərbi cinayətkarların bəziləri Femida qarşısına çıxarıldılar. Onu da qeyd etməliyik ki, cinayətkarların cəzasız qalmamasında beynəlxalq birliyin ümumi səyləri həlledici rol oynadı.

Bakı proseseində isə beynəlxalq institutların, eləcə də ictimai dəstəyinə ehtiyac olmadı. Çünki Azərbaycan torpağında cinayət törətmiş ermənilərin, separatçı ünsürlərin əməllərinin canlı şahidləri, onları üzdən tanıyan soydaşlarımız kifayər qədərdir. Bunu məhkəmə prosesini izləyən yerli və xarici insan hüquqları mütəxəssisləri də gördülər. Ortaya qoyulan faktlar, həmçinin rəsmi İrəvanın Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərdə rol oynadığı və buna görə Ermənistan dövlətinin məsuliyyət daşıdığı da öz təsdiqini tapmış oldu. Şəffaf şəkildə keçirilən məhkəmədə fakt və dəlillər, zərərçəkmişlərin ürəkparçalayan ifadələri, təqsirləndirilən şəxslərin etirafları ilə işğal faktına və bu dövrdə törədilən cinayətlərə görə Ermənistan Respublikası Silahlı Qüvvələrinin hüquqi məsuliyyət daşıdığı üzə çıxarıldı. Məhkəmə prosesində Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərdən biri – L.Mnatsaknayan etiraf etdi ki, Xankəndidəki tarixə gömülmüş qondarma rejimin ordusu müstəqil qüvvə deyildi: “Həmin silahlılar Ermənistan ordusunun hərbi birləşməsi idi. Qondarma rejimdə yuxarı vəzifələrə təyinat İrəvanda təsdiqlənirdi, onların təminatı Ermənistan ordusunun daxilində təşkil edilirdi”.

***

Bu gün biz tarixi ədalətin bərpa olunmasından yaza və danışa bilirik. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, qaçıb gizlənməyə çalışan separatçıların başçılarını da saxlayaraq məsuliyyətə cəlb edir. Bunlardan birinin – keçmiş qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın hərbi maşında, mələfələrin altında Ermənistana keçmək istəyərkən saxlanılması ən ibrətamiz nümunədir. Amma Azərbaycan dövlətinin mövqeyi qətidir. Torpağımızda qeyri-qanuni fəaliyyət göstərən separatşçı rejimlə əlaqəsi olan yerli və gəlmə hayların hamısı mütləq cəzalarını almalı, ədalətin təntənəsi təkcə ermənilərə deyil, onlara “daydayılıq” edənlərə də görk olmalıdır. On illər boyu Azərbaycana qarşı terror, cinayət əməlləri törədən, terrorizmi maliyyələşdirən, sərhədlərimiz daxilində qondarma dövlət yaratmaq istəyən, qanunsuz silahlı birləşmələrə dəstək verən hüquqi və fiziki şəxslərin hamısı məsuliyyətə cəlb olunacaq.

Gec də olsa haqq-ədalət öz yerini tapır. Dünənə qədər bizə yuxarıdan aşağı baxan separatçı ünsürlər Azərbaycan qanunları və beynəlxalq konvensiyalar çərçivəsində mütləq cəzalarını alacaqlar. Bu işə heç kəs əngəl ola bilməz.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Dünyanın müxtəlif regionlarında separatçılığa qarşı olduqca ağır cəzalar tətbiq edilib. Buna misal olaraq Şimali İrlandiyada, İspaniyanın Kataloniya vilayətində baş verən hadisələri göstərə bilərik. Məhkəmələrin qərarları ilə uzunmüddətli azadlqıdan məhrumetməyə məhkum edilən həmin separatçıların bir qismi indiyədək həbsxanalarda cəzalarını çəkirlər. Bəs eyni cinayətlə üzləşmiş Azərbaycana nə təklif olunur? Deməli, biz erməni separatçıların cinayət tərkibli hərəkətlərinə hüquqi qiymət verməyək, onları azadlığa buraxaq? Bakıda məhkəməsi gedən təqsirləndirən şəxslərin hər birinin cinayət əməli faktlarla, şahidlərin ifadələri ilə sübuta yetirilir. Məhz onların rəhbərlik etdikləri hərbi qruplaşmalar 44 günlük müharibədə döyüş zonasından uzaqdakı Gəncəni, Bərdəni, Mingəçeviri qadağan olunmuş başlıqlı raketlərlə vurublar. Nəticədə, yüzlərlə dinc vətəndaşımız həlak olub, yaralanıb. Buna necə göz yuma bilərik? Xocalıda, Bağanis Ayrımda, Başlıbeldə törətdikləri qətliamları unutmaq mümkündürmü? Bunun müqabilində Fransa, Niderland, Norveç kimi Avropa ölkələri, bəzi insan hüquqları təşkilatları Azərbaycandan nəyi umurlar? Cinayətkar cəzasını çəkməlidir!

Azərbaycan həmin hərbi canilər üzərində şəffaf və ədalətli məhkəmə dinləmələri təşkil edib. Beynəlxalq normalara uyğun şəkildə onların hamısının hüquqlarını müdafiə edənlər var. Biz qəddar və qaniçən xalq deyilik. Bütün hərəkətlərimiz beynəlxalq hüquqda göstərilən qaydalara uyğundur. Təbii ki, cinayəti sübuta yetirilənlər haqqında məhkəmə ədalətli hökm çıxaracaq. Hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanın bu prinsipi gözlədiyi nə Avropanın bir sıra ölkələri, nə də beynəlxalq təşkilatlar tərəfindən şübhə altına alınmamalıdır. Əgər separatçıların tərəfini saxlayan ölkə və qurumlara Azərbaycanı yenə nədəsə günahlanmdırmaq üçün bəhanə lazımdırsa, bu, başqa məsələdir. Biz artıq buna öyrəşmişik və hər zaman layqli cavablarını da vermişik. “Qoca qitə” özünün daxili problemlərinin həlli ilə məşğul olsun. Avropanın çox ciddi problemləri var. Post-müharibə dövrünə qədəm qoymuş Cənubi Qafqazda isə sülh, əməkdaşlıq mühiti yaranıb, Azərbaycan Ermənistanla münasibətlərin normallşaması prosesinə start verib. Qərəzli, gurultulu və boş bəyanatlar verməkdənsə, qətnamələr qəbul etməkdənsə, buna diqqət yetirsinlər.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri