Icma.az
close
up
RU
Erməni hərbçilərin qanlı əməlləri sübuta yetirilir

Erməni hərbçilərin qanlı əməlləri sübuta yetirilir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 4-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq iclasında Ruben Vardanyan növbəti vəsatəti müzakirə olunub və baxılmamış saxlanılıb.

Sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət zamanı zərər çəkənlər ifadə veriblər. Saqif Mikayılov bildirib ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi istiqamətində xəsarət alıb. Aydın Qəribov ifadəsində qeyd edib ki, Şuşa rayonunun Xəlfəli kəndində o, Ceyhun Şahnamazlı və Tərlan Cabbarov yaralanıblar.

Kənan Əbilov Xankəndi rayonunun adsız yüksəkliyində düşmənin odlu silahlardan açdığı atəşlər nəticəsində sol qolundan güllə yarası aldığını deyib. Yusif Veysov bildirib ki, Xocalı rayonunun Çanaqçı kəndi ərazisində diz qapağından qəlpə yarası xəsarəti alıb. Rahib Məmmədov isə Zəngilan rayonu ərazisində Fərid Mehbalının, Təbriz Rəhimovun həlak olduğunu, özünün, İbrahim Mayıllı, Seymur Həsənli və adlarını hazırda xatırlamadığı daha bir neçə nəfərin yaralandığını deyib.

Toğrul Nəcəfli ifadəsində vurğulayıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində o və daha bir neçə nəfər yaralanıb. Fərid Rüstəmov, Fərid Mehbalı, Təbriz Rəhimov isə həlak olublar. Faiq Cəfərov qeyd edib ki, Laçın rayonu ərazisində özü və bir neçə nəfər yaralanıb, daha bir neçə şəxs isə həlak olub. Emin Məmmədov isə bildirib ki, Laçında Əli Əliyev həlak olub, eyni zamanda o, Tural Ağcabəyov, Qabil Məmmədov və adlarını xatırlamadığı daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıblar.

Ramazan Məhəmmədov qeyd edib ki, Xocavənd rayonu ərazisində o və bir neçə nəfər yaralanıb. İfadə verən zərərçəkmiş şəxslər Seyran Eminov, Vüqar Məmmədov, Tural Bağırov, Nərməddin Quliyev, Əli Rüstəmov, Əhməd İbrahimov, Tural İmamquliyev, Saleh İsmayılov, Asif Məmmədov, Ariz Haşımov, Vidadi Xaniyev, Nazir Güləliyev Kəlbəcər rayonu ərazisində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.

Qulu Quliyev, Böyükağa Həsənov, Səxavət Quliyev ifadələrində Laçın rayonu ərazisində, Seymur Həsənli, Asif Məmmədov, Uğur Şükürlü isə Zəngilan rayonu ərazisində düşmən təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra İbad İsmayılov, İlkin Rəhimov və Elmir Beydullayev Xocavənd rayonu, Ayxan Abdullayev Şuşa şəhərində İsa bulağı, Gündüz Qurbanov Şuşa rayonunun Xəlfəli kəndi, Rəfael Səlimov Ağdam rayonu, Hicran Sultanov isə Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları zamanı yaralandıqlarını vurğulayıblar.

Məhkəmədə cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanmış sənədlər də elan olunub, sübutlar tədqiq edilib.

Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri