Icma.az
close
up
RU
Erməni hücumunun qarşısını aldı, İslamı siyasiləşdirmək istədi, var dövlətini Sovetə bağışladı Nargində güllələnən Bakı milyonçusu kim idi?

Erməni hücumunun qarşısını aldı, İslamı siyasiləşdirmək istədi, var dövlətini Sovetə bağışladı Nargində güllələnən Bakı milyonçusu kim idi?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Bakı milyonçusu, İttihad Partiyasının yaradıcılarından biri olan Bəşir bəy Aşurbəyov haqqında maraqlı faktları təqdim edir.

Bəşir bəy Aşurbəyov 1875-ci ildə Sabunçu qəsəbəsində anadan olub. O, məşhur Aşurbəyovlar nəslinin nümayəndəsidir.

Bəs kimdir Aşubəyovlar?

Aşurbəyovlar Azərbaycan xalqının məşhur nəsillərindəndir. Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, Nadir şahın dövründə Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı təyin edilib.

1736-cı ildə Nadir şah Suqovuşan adlanan yerdə (indiki Sabirabad rayonu ərazisində) böyük xalq qurultayı (Muğan qurultayı, yaxud Suqovuşan qurultayı) çağırıb şah kimi taxta çıxıb. Sonra Bakı və ətraf kəndlərdə özünə dayaqlar yaratmaq üçün əfşar tayfasının nümayəndələrindən bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirib. Onlar arasında Aşur xanın yaxın qohumları da vardı. Sonradan bu soyun davamçıları XIX-XX əsr Bakısının məşhur əsilzadələri kimi tanınıblar. Bu şəcərənin təmsilçisi olan görkəmli tarixçi-alim Sara xanım Aşurbəylinin əsərlərində, eləcə də digər mənbələrdə həmin nəslin ayrı-ayrı şəxsləri haqqında müfəssəl məlumatlar verilsə də, tədqiqatlarda Bəşir bəy Aşurbəyovun həyat və fəaliyyətinə, təəssüf ki, çox az yer ayrılır.

***

Bəşir bəy Sabunçunun tanınmış tacirlərindən və əsas torpaq sahiblərindən olan Hacı Məhəmmədhəsən bəyin yeganə oğlu idi. O dövrün müsəlman-Şərq adət-ənənələrinə görə, ailədə əsas varis oğlan sayıldığına görə, atasından qalan bütün varidat Bəşir bəyə keçib. XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda neft bumu başlayanda Bəşir bəy böyük neft mədənlərinə sahib olub. Bu mədənləri təkbaşına idarə etmək çətin olduğuna görə, əmisi oğlanlarını da işə cəlb edib və onlara yeni mədənlər açmaları üçün torpaq sahələri ayırıb.

***

Bəşir bəyin birinci həyat yoldaşı əmisi qızı Balaxanım olub və onların nikahından Rübabə və Nağı adlı iki övladı dünyaya gəlib. Lakin bu onun yeganə evliliyi olmayıb. Bəşir bəy Bakıda yaşasa da, Gədəbəyin Xınna dərəsi adlanan obada böyük torpaq sahələri olan, Gəncə Şəhər Dümasının üzvü Allahyar bəy Zülqədərovla əlaqələr saxlayıb. Allahyar bəyin evində qonaq olarkən onun qızı Nəzakəti görüb və bəyənib, elçi göndərib və onunla ailə qurub.

***

1901-ci ildə Bəşir bəy ilk ailəsi üçün Sabunçuda bir imarət tikdirib. Balaxanım, iki övladı və qayınanası Cəvahir xanım burada yaşayıb. Bəşir bəy isə Nəzakət xanımla Bakının keçmiş “Kladbişenski 89” (indiki Mehdi Hüseyn küçəsi) ünvanında tikilmiş evə köçüb. Bu evlilikdən 3 oğlu və bir qızı dünyaya gəlib

***

Atasından qalan geniş torpaq sahələri, böyük neft mədənləri və Bakının müxtəlif yerlərindəki 10-a yaxın mülk Bəşir bəyə böyük sərvət qazandırıb. O, qazancının müəyyən hissəsini xeyriyyə işlərinə sərf edib və zəmanəsinin səxavətli mesenatlarından biri kimi tanınıb. 1897-ci ildə Sabunçuda möminlərin istifadəsinə verilmiş məscidi Bəşir bəy tikdirib. Məscidin inşası əslində, atasının arzusu olub. Hacı Məhəmmədhəsən bəy Həcc ziyarətinə gedərkən Sabunçu kəndindən özü ilə 10 zəvvar aparıb, onların xərclərini ödəyib və kəndə qayıdanda böyük bir məscid tikdirəcəyinə söz verib.

Ziyarətdən qayıtdıqdan sonra Hacı Məhəmmədhəsən bəy xəstələnib və vəfat edib, lakin tikinti işlərini 20 yaşlı oğlu Bəşir bəy tamamlayıb. Məscid Sabunçu kəndindəki qədim Göynüz məbədinin qalıqları üzərində təntənəli şəkildə tikilib.

***

Bəşir bəy xeyriyyəçiliyi təhsilə də yönəldib. Ayrı-ayrı məktəblərdə oxuyan şagirdlərə davamlı ianələr verib. 1901-ci ildə Cənubi Azərbaycandan olan fəhlə uşaqları üçün Sabunçuda məktəb açıb və uzun illər fəaliyyətinə dəstək verib. Məktəb el arasında "Həmşəri məktəbi" kimi tanınıb.

***

Bəşir bəy həmçinin şeirlər yazıb; onun şeirləri AMEA-nın Əlyazmalar İnstitutunda qorunub. 1911-ci ildə Müslüm Maqomayev Sabunçu məktəbinə müəllim təyin olunub. Bir müddət sonra Sabunçuda teatr yaratmaq istəsə də, kəndin nüfuzlu adamları ona mane olmağa başlayıb. Bəşir bəy Müslüm Maqomayevə teatrın yaradılmasında dəstək verib və lazım olan köməyi göstərib.

***

1925-ci ildə ilk Azərbaycan filmlərindən birinin çəkilişləri Bəşir bəyin 1915-ci ildə Sabunçu vağzalı yaxınlığında yetim uşaqlar üçün tikdirdiyi, yerli əhali arasında "Putovski dvor" adlanan yerdə aparılıb. Mədənlərində işləyən yoxsul gənclər Bəşir bəyin himayəsində olub. O, belə gənclərin ailə qurub ev-eşik sahibi olmalarına kömək üçün Sabunçu vağzalı yaxınlığında ikimərtəbəli binalar tikdirib. Bəşir bəy qohumu Nabat xanım Aşurbəyovanın tikdirdiyi xəstəxanada imkansız insanların müalicəsinə dərmanla kömək edib.

***

Cəfər Cabbarlının nəşrlərindən birində verilmiş məktublara görə, gənc Cəfər Bəşir bəy Aşurbəyova təşəkkür edib. Məktubda 7-ci Müsəlmani və rusi məktəbinin şagirdləri aylıq 30 manat ianə verib və Bəşir bəyin dəstəyi ilə elm və təhsildə irəliləmək niyyətində olduqlarını bildiriblər.

Eyni zamanda, Yusif Vəzir Çəmənzəminli Bəşir bəydən təqaüd alıb və bunu gündəliyində "Ümid işığı" başlığı altında qeyd edib.

***

Bəşir bəy Rusiyada Müsəlmanlıq Firqəsinin yaradıcılarından olub. Bu siyasi partiya islam ideologiyasını siyasət səviyyəsinə qaldırmaq məqsədini güdüb. Fevral inqilabından sonra, 1918-ci ilin yanvarında Rusiyada Müsəlmanlıq Firqəsi və Gəncədə təsis olunmuş İttihadi-İslam Cəmiyyəti birləşib və İttihadi-İslam Rusiyada Müsəlmanlıq Firqəsi adını alıb. Azərbaycan Parlamentində İttihad Partiyası sayca ikinci böyük fraksiya olub. Bəşir bəy partiyanın mətbuat orqanlarına maliyyə yardımı eləyib.

***

1919-cu ilin aprelində partiyanın I qurultayı keçirilib və adı Qafqaz İttihad Firqəsi olaraq dəyişdirilib. Qurultayda Bəşir bəy də daxil olmaqla 22 nəfər Mərkəzi Komitəyə seçilib.

XIX əsrin əvvəllərində Sabunçu əhalisinin böyük hissəsini azərbaycanlılarla yanaşı ruslar, ermənilər, yəhudilər və malakanlar təşkil edib. 1920-ci ildən etibarən, İrandan Bakıya fəhlələr gəlib. Erməni neft sahibləri Sabunçu qəsəbəsinin aşağı məhəlləsinin ləğv edilməsini, sakinlərin köçürülməsini və neft mədənlərinin salınmasını iddia ediblər. Bəşir bəy nümayəndəni məscidin həyətinə aparıb və burada suyun içindəki vəziyyəti göstərib, ərazidə yaşayan insanların hamısının qohumları olduğunu və köçürülmənin yolverilməzliyini bildirib.

***

Mart soyqırımı zamanı Bəşir bəy Sabunçu sakinlərinin kütləvi qətllərdən qorunması üçün mübarizə aparıb. Qoçu Yusif və digər əlisilahlı insanlarla birlikdə müdafiə mövqeləri qurub, atışmalar nəticəsində daşnakların kəndə girməsinin qarşısını alıb. Qafqaz İslam Ordusu gələnədək həm kənd sakinlərinin, həm də neft mədənlərinin təhlükəsizliyi təmin olunub.

Sovet hakimiyyəti qurulandan sonra Bəşir bəy çətin vəziyyətlə üzləşib. Qohumlarının çoxu Türkiyə və İrana köçüb, lakin o, var-dövlətini yeni hökumətə bağışladığı üçün qalmağa qərar verib. Nəriman Nərimanov kimi sovet rəhbərləri ilə yaxın münasibətləri sayəsində toxunulmayacağına inanıb.

1925-ci ildə tutulub, beş il həbsdə qaldıqdan sonra 1930-cu ildə Nargin adasında güllələnib.

***

1989-cu ildə nəvəsi Nəzakət xanım Respublika Prokurorluğuna müraciət edib və Bəşir bəyin günahsız olduğu təsdiqlənib. 1991-ci ilin 13 noyabrında ona bəraət verilib.

Bəşir bəy həmçinin Sabunçuya ilk avtomobili və fotostudiyanı gətirən şəxs kimi də tanınıb.

Elmir Mirzəyevlə görüş keçiriləcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri