Erməni İstanbulda kirayə haqqına görə ÖLDÜRÜLDÜ KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbulda 64 yaşlı erməni əsilli Akop Dəmirəməncioğlunun qətlə yetirilməsi ilə bağlı 45 yaşlı Mehmet Şərif Tayık saxlanılıb.
KONKRET.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, hadisə Beyoğlu rayonunda yaşayış binasında baş verib. Polis binada Dəmirəməncioğlunun meyitini aşkarladıqdan sonra Tayıkı saxlayıb.
İstintaqın ilkin məlumatlarına əsasən, 64 yaşlı kişi boyun nahiyəsindən bıçaq xəsarətləri alıb. Şübhəli şəxs əvvəlcə Dəmirəməncioğlunu həyat əlamətləri olmadan tapdığını bildirib. Lakin polis onun ifadələrində ziddiyyətlər müəyyən edib.
Daha sonra Tayık qətli törətdiyini etiraf edib. Onun sözlərinə görə, tərəflər arasında kirayə haqqı ilə bağlı mübahisə yaranıb və münaqişə zamanı o, Dəmirəməncioğluna bıçaqla ölümcül xəsarətlər yetirib.
Məhkəmənin qərarı ilə Mehmet Şərif Tayık qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 11 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















