Icma.az
close
up
RU
Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... FOTOLAR

Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... FOTOLAR

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Çox güman ki, bu yazıdan Bakıdakı rusiyapərəst siyasi dairələr də Ermənistanın Paşinyan hökumətinə qarşı növbəti nifrət yağdırmaq vasitəsi kimi istifadə edəcəklər..."

Artsvaşen(Gədəbəydə sovet dövründə Ermənistan SSR anklavı olmuş Başkənd kəndi-S.L.) Azərbaycan manatı və pasport xəritələrində anklav kimi qeyd olunub . Bu, çox vacib bir nüansdır. Və düşünürəm ki, Alma-Ata Bəyannaməsinə uyğun xəritələrə dəqiq münasibət göstərmək üçün eyni güzgü yanaşmasını nümayiş etdirməliyik, çünki bu, həmin müqavilələrdən və təkcə imzalamadığımız deyil, həm də Ermənistan vətəndaşları tərəfindən faktiki seçkilər yolu ilə təsdiqlənmiş paraflanmış müqavilənin mətnindən irəli gəlir".

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 9 iyulda jurnalistlərlə görüşdə bildirib.  

Daha sonra Paşinyan əlavə edib: "Amma əminəm ki, Ermənistandakı bu nüans... Məsələn, mən bu barədə cəmi bir ay və ya bir ay yarım əvvəl öyrəndim ki, məsələn,  Azərbaycan xəritəsinin ifadə olunduğu Azərbaycan manatı üzərində Artsvaşen(Başkənd-S.L.) ayrıca fərqli rəngdə, Azərbaycana məxsus olmayan ərazi kimi qeyd olunub . Eyni şey pasportlarda da eyni şəkildə ifadə olunur. Yəni, de-yure, o, Azərbaycana aid deyil". 

"İndi bilmirəm, güman edirəm ki, orada insanlar yaşayır, bəlkə də çox dəqiq məlumatım yoxdur. Amma bu, siyasətimizi, münasibətlərimizi və mövqelərimizi inkişaf etdirərkən də daxil olmaqla, çox əhəmiyyətli bir faktdır." 

Ermənistandakı rusiyapərəst və revanşistlər dərhal erməni baş naziri “ifşa”sına başlayıblar:

Məsələn, Köçəryan-Sərkisyan klanlarına bağlılığı hiss edilən “Hetq” nəşri "Ya Paşinyan aldadılıb, ya da bizi aldadır" başlıqlı  məqaləsində yazır ki, Paşinyanın açıqlaması manipulyativdir, çünki həqiqətin yarısını təqdim edir.

“Məsələ burasındadır ki  , 2020-ci ildən sonra çap olunmuş Azərbaycan manatı əskinaslarının bütün nüsxələrində Artsvaşen(Başkənd- S.L.) anklav (Ermənistanın anklavı) kimi deyil, Azərbaycan ərazisinin bir hissəsi kimi təqdim olunur ...”

Nəşr xatırladır ki, SSRİ-nin dağılmasından sonra Azərbaycan bir neçə dəfə sikkələr (qəpik - rusca "kopeek" sözündən-guya-S.L.)) və əskinaslar (manat - rusca "moneta" sözündən- guya- S.L.- tam əksinə…) buraxmışdır.

Azərbaycan manatı 1992-ci ildə dövriyyəyə buraxılıb və 1 yanvar 1994-cü ildən etibarən Sovet rublu dövriyyədən çıxarıldığı üçün Azərbaycanda yeganə qanuni ödəniş vasitəsinə çevrilib. Manatla paralel olaraq, onun kiçik sikkəsi olan qəpik (1 manat 100 qəpiyə bərabərdir) dövriyyəyə buraxılıb və sikkə şəklində hazırlanıb.

İlk qəpik sikkələri olan 5, 10, 20 və 50 qəpik nominallı sikkələr 1992-1993-cü illərdə buraxılmışdır. Onların üzərində Azərbaycan xəritəsi yox idi.

"Qəpik" sikkələrinin ikinci buraxılışı 2006-cı ilin yanvar ayından etibarən dövriyyədədir və bu gün də istifadədədir. 1, 3, 5, 10, 20 və 50 qəpik nominallı sikkələr buraxılıb. Onların üz tərəfində Azərbaycanın xəritəsi təsvir olunub, lakin üzərində Sovet dövründə Azərbaycan və Ermənistan ərazisində formalaşmış anklavlar ayrılmayıb. Başqa sözlə,  Artsvaşen(Başkənd- S.L.)  Azərbaycan ərazisindən,  Tiqranaşen(Kərki-S.L.) ,  Verin Voskepar(Yuxarı əskipara- S.L.)  və  Sofulu-Barxudarlu isə Ermənistan ərazisindəndir...”

Çox güman ki, bu yazıdan Bakıdakı rusiyapərəst siyasi dairələr də Ermənistanın Paşinyan hökumətinə qarşı növbəti nifrət yağdırmaq vasitəsi kimi istifadə edəcəklər...

S.Laçın 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 İyul 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri