Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Erməni qumarbazın Konqres arzuları Puç oldu

Erməni qumarbazın Konqres arzuları Puç oldu

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Erməniəsilli amerikalı qumarbaz Den Bilzeryan ABŞ-nin Florida ştatının altıncı seçki dairəsində keçirilən ilkin seçkilərdə (praymeriz) məğlub olub. 

“Qafqazinfo” “Associated Press” nəşrinə istinadən xəbər verir ki, praymerizin qalibi 2025-ci ildən Konqresdə Floridanı təmsil edən “respublikaçı”, yəhudiəsilli Rendi Fayn olub. 

Məlumata görə, seçicilərin 56,8%-i Fayna, 17,9%-i isə Bilzeryana səs verib. 

Ümumilikdə, seçki kampaniyası siyasi debatlardan daha çox, misli görünməmiş ksenofobiya və qarşılıqlı ittihamlarla yadda qalıb. Radikal və qalmaqallı bəyanatları ilə tanınan namizədlərin qarşıdurması ictimai müzakirələrə səbəb olub. 

Belə ki, sərt və təxribatçı ritorikası ilə tanınan Rendi Fayn kampaniyanın gedişində və sosial şəbəkələrdə açıq şəkildə islamofob çıxışlar edib. O, həmçinin Qəzza sektoru ilə bağlı radikal çağırışlarla yadda qalıb. 

Fotoda: Rendi Fayn

ABŞ-də qumarbaz və “Playboy” ulduzu kimi tanınan Bilzeryan isə öz kampaniyasını aşkar antisemitizm üzərində qurub. O, açıq şəkildə Holokost soyqırımını inkar edib və hazırkı dövrdə problemlərin əksəriyyətinin yəhudilərdən qaynaqlandığını bəyan edib. Bilzeryan həmçinin rəqibini dəfələrlə dini və milli zəmində təhqir edib. 

Bununla belə, mətbuata yönəlmiş səs-küylü çıxışlar və sosial şəbəkələrdəki milyonlarla izləyici kütləsi belə Bilzeryanı xilas etməyib. 

ABŞ mətbuatı isə bu seçkiləri “ABŞ tarixinin ən pis praymerizi” adlandırıb. 

Məlumat üçün bildirək ki, influenser kimi tanınan milyonçu Bilzeryan “Instagram”da çılpaq qızlarla olan fotoları və videoları ilə məşhurdur. Onun instaqramda 30 milyona, “X”də isə 2 milyona yaxın izləyicisi var.

D.Bilzeryan 2018-ci ildə Ermənistan vətəndaşlığı alıb. Daha sonra həmin vaxt işğal altında olan Azərbaycan torpaqlarına gələrək burada müxtəlif silahlarla hədəflərə atəş açıb. Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb. Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, “İnterpol” xətti üzrə beynəlxalq axtarışa verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Avqust 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri