“Erməni şərabı” yazısı: Şirkət rəhbəri izahat verdi
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycan istehsalı olan "Xankəndi Xindoqnı" markalı qırmızı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (Erməni şərabı) yazısı əks olunub.
"Yeni Sabah" oxu.az-a istinadla xəbər verir ki, "Gold Alko" MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov sözügedən şərabların Xocalı şəhərindəki keçmiş "Girs" şərab zavodunun istehsalı olduğunu bildirib:
"Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlarla müvafiq müqavilələr əsasında, rəsmi qaydada şirkətə təhvil verilib". Elektronika məhsulları
M.Mahmudovun sözlərinə görə, həmin zavodda ümumilikdə 340 min etiketsiz butulkada şərab qalmışdı. Məhsullar müharibə zamanı ərazidən çıxarıla bilməyib və zavodun anbarlarında saxlanılıb.
Onun sözlərinə görə, Xankəndidən altı növ üzüm şərabı gətirilib və məhsulların hər biri fərqli etiketlərlə satışa çıxarılıb.
Mahmudov bildirib ki, "Xankəndi Xindoqnı" adındakı "Xindoqnı" üzüm sortunun adıdır. O, şirkətin Qaradağ rayonunda şərab zavodunun fəaliyyət göstərdiyini, məhsulların satışa çıxarılması prosesinin qanuni əsaslarla həyata keçirildiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Noyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















