Icma.az
close
up
RU
Erməni terroru yenə meydanda: Sülh istəyən toplum bayraq yandırır

Erməni terroru yenə meydanda: Sülh istəyən toplum bayraq yandırır

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Ermənilər bu il də ənənəvi olaraq uydurduqları “24 aprel soyqırımı” gününü xüsusi rituallarla qeyd etdilər. 

Hər zaman olduğu kimi, yenə də erməni terrorizminə və vandalizminə sadiq qaldıqlarını nümayiş etdirərək Azərbaycan və Türkiyə bayraqlarını yandırdılar". 

Bu sözləru "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu davranışlar türklərə qarşı dərin etnik nifrətin göstəricisidir: 

"Eyni zamanda, bu, həm də onu göstərir ki, Ermənistanın sülh müqaviləsinin imzalanması ilə bağlı səsləndirdiyi bəyanatlar səmimi deyil, yalnız riyakarlıqdan ibarətdir. Çünki dövlətçilik təfəkkürünə sahib olan heç bir xalq, heç bir cəmiyyət başqa bir dövlətin, başqa bir xalqın müqəddəs atributlarını – bayrağını, şəxsiyyətini bu şəkildə təhqir etməz. 

Əgər ermənilər bunu hələ də edirsə, deməli, onlar hələ də terrorçu düşüncənin daşıyıcılarıdır. Onlar hələ də dövlətçiliyi dərk etməyib, bu anlayışın fərqində deyillər və bu səbəbdən sülh və qarşılıqlı hörmət prinsipləri üzərində qurulan bir cəmiyyət formalaşdıra bilmirlər". 

Millət vəkili qeyd edib ki, əgər gələcəkdə Ermənistanda səmimi şəkildə Türkiyə və Azərbaycanla sülhə yönəlmiş ictimai şüur formalaşacaqsa, bu, erməni ictimai şüuru olmayacaq: 

"Çünki erməni cəmiyyətinin mövcud düşüncə tərzi belə bir dəyişimi qəbul etməyə hazır deyil. Builki hadisədə diqqətçəkən məqam Ermənistanın Baş naziri Nikol Paşinyanın bayrağı yandırma aktını qınamasıdır. Amma burada da riyakarlıq hiss olunur, o, bu açıqlamanı özü birbaşa deyil, Mətbuat Katibliyi vasitəsilə yayımladı. 

Bu isə göstərir ki, Paşinyan da əslində terrorçu düşüncənin daşıyıcısıdır, sadəcə daha passiv və məkrli  revanşistdir. Bütün bunlar bir sual doğurur ki, əgər Paşinyan bu cür vandallığı açıq şəkildə qınamaqdan çəkinirsə, onda hansı əsasla və hansı cəsarətlə sülh müqaviləsini imzalamağa hazır olduğunu iddia edir? Göründüyü kimi, baş verənlər bir daha Ermənistan rəhbərliyinin qeyri-səmimi mövqeyini və yalanlarını ifşa edir". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: revanşist erməni terroru Azərbaycan və Türkiyə bayraqları Hikmət Babaoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri