Erməni vitse spiker: Azərbaycanın qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycanın Ermənistana yük tranzitinə məhdudiyyətləri aradan qaldırmaq haqqında qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir".
Oxu.Az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu oktyabrın 22-də Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan parlament kürsüsündən bəyan edib.
O bildirib ki, müxalifətə görə, avqustun 8-də Vaşinqtonda imzalanmış sənəd İrəvan tərəfindən birtərəfli güzəştdir. Bu kontekstdə o, Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın son çıxışına toxunub: "Koçaryan bildirib ki, ABŞ-da əldə olunan razılaşmadan Ermənistandan başqa bütün dövlətlər faydalanacaqlar. Halbuki Azərbaycanın Ermənistana yük tranzitinə məhdudiyyətləri aradan qaldırmaq haqqında qərarı bunun əksini göstərir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Oktyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















