Icma.az
close
up
RU
Ermənilər bu dəfə də “Uzundərə”ni oğurladılar VİDEO

Ermənilər bu dəfə də “Uzundərə”ni oğurladılar VİDEO

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər sosial şəbəkələrdə yayılan paylaşım yenidən mədəni irs məsələsini gündəmə gətirib. “TikTok” platformasında erməni rəqqasə Azərbaycan xalq rəqsi olan “Uzundərə” sədaları altında çıxış edərək həmin musiqini erməni musiqisi kimi təqdim edib və rəqsi “erməni gəlinlərinin rəqsi” adlandırıb. “Uzundərə” Azərbaycan musiqi və rəqs ənənəsinin qədim nümunələrindən biridir və regionda geniş yayılıb. Son illər müxtəlif platformalarda Azərbaycan musiqisi, rəqsləri və hətta milli mətbəx nümunələrinin fərqli təqdim olunması ilə bağlı mübahisəli hallar vaxtaşırı gündəmə gəlir.
Yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, XX əsrdən etibarən mədəniyyət hadisələrində qloballaşma prosesi güclənib.
“Bəzi araşdırmaçılar buna kifayət qədər diqqət yetirməsələr də, fakt ondan ibarətdir ki, müxtəlif xalqların ictimai və siyasi həyatında olduğu kimi, mədəni-estetik proseslərində də yaxınlaşma, sintez, qarşılıqlı təsir və beynəlmiləlləşmə baş vermişdir. Bu proseslərin izlərini Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində həm musiqidə, həm incəsənətdə, həm rəqslərdə, bəzi hallarda isə mətbəx və etnoqrafik məişət düşüncəsində də müşahidə etmək mümkündür. Xalqların uzun müddət eyni imperiya tərkibində yaşaması, daha sonra isə Rusiya hakimiyyəti altında olması onların ictimai və mədəni bağlarını daha da gücləndirib, qarşılıqlı təsiri artırıb. Bu dövrdə xalqlar bir-birindən bəhrələnmiş, müəyyən mədəni elementlər ortaq şəkildə formalaşmışdır. Say baxımından azərbaycanlıların bölgədə üstünlük təşkil etməsi mədəni təsirin istiqamətinə də təsir göstərib. Azərbaycan musiqisinin və poeziyasının izlərini biz XVIII əsr aşıq sənətinin görkəmli nümayəndəsi Sayat-Nova yaradıcılığında, eləcə də digər ədəbi və musiqi nümunələrində görə bilərik. XX əsrdə isə bu təsir kino və professional musiqi sənətində də özünü göstərmişdir. Rəqs məsələsinə gəldikdə, son dövrlərdə sosial şəbəkələrdə yayılan bəzi nümunələrin adlarından və musiqi quruluşundan onların Azərbaycan musiqi irsinə aid olduğu aydın görünür”.
O deyib ki, qadın və kişi rəqslərinin ayrıca inkişafı xüsusilə müsəlman Qafqaz xalqlarına, o cümlədən azərbaycanlılara məxsus estetik ənənə kimi formalaşıb.
“XX əsrdə erməni musiqiçilərinin Azərbaycan xalq musiqisindən, muğam üslubundan və milli alətlərdən bəhrələndiyi də məlumdur. Məsələn, Üzeyir Hacıbəyov yaradıcılığı region musiqisinə ciddi təsir göstərib. Lakin Azərbaycan muğamı, tar və zurna kimi milli musiqi atributları məhz Azərbaycan mədəni kimliyinin ayrılmaz hissəsi kimi dünya miqyasında tanınır. Mədəni irsin qorunması istiqamətində Azərbaycan dövləti mühüm addımlar atıb. “UNESCO” və “World Intellectual Property Organization” kimi beynəlxalq qurumlar çərçivəsində milli musiqi və folklor nümunələrinin qeydiyyatı və qorunması istiqamətində işlər görülüb. Müəllif hüquqlarının müdafiəsi sahəsində aparılan fəaliyyət Azərbaycan mədəniyyətinin mənimsənilməsi cəhdlərinə qarşı hüquqi əsas yaradıb. Məsələn, “Sarı Gəlin” mahnısı ətrafında uzun illərdir müzakirələr mövcuddur. Eyni zamanda mətbəx nümunələri, o cümlədən dolma ilə bağlı mübahisələr də mədəni irs məsələsinin nə qədər həssas olduğunu göstərir. Tarixi baxımdan bu mübahisələr XX əsrin əvvəllərindən başlayıb. Üzeyir Hacıbəyovun opera və operettalarının müxtəlif platformalarda fərqli təqdim olunması halları da qeydə alınıb. Sonrakı dövrdə isə Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərləri ilə bağlı oxşar müzakirələr olub".
Onun sözlərinə görə, müasir dövrdə rəqəmsal platformalar və sosial media bu prosesi daha da sürətlənib:
“Buna görə də Azərbaycan mədəni irsinin rəqəmsallaşdırılması, beynəlxalq platformalarda düzgün təqdim edilməsi və ilkin mənbə kimi qeydiyyata alınması xüsusi əhəmiyyət daşıyır. Axtarış sistemləri və rəqəmsal arxivlər ilk yerləşdirilən və sənədləşdirilən mənbələrə üstünlük verdiyi üçün bu istiqamətdə operativ fəaliyyət vacibdir. Nəticə olaraq, Azərbaycan musiqisinin, rəqslərinin, folklorunun və ədəbi nümunələrinin sistemli şəkildə sənədləşdirilməsi və beynəlxalq miqyasda tanıdılması həm mədəni irsin qorunması, həm də intellektual mübarizə baxımından mühüm əhəmiyyət kəsb edir”.
Leyla Turan
Demokrat.az
@etnos_dance4 #uzundara традиционный армянский танец ? Небольшой отрывок для танца невесты ? ??‍♀️ Больше видео в нашем инстаграме ❤️ ##harsipar##армянскиетанцы??##узундара#uzundara ♬ оригинальный звук - etnos_dance
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri