Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Ermənilərin Uzundərə YALANI VİDEO

Ermənilərin Uzundərə YALANI VİDEO

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycanla bağlı iddiaları həm ərazi, həm də mədəniyyət üzərində qurulub. Bu səbəbdən də, onlar xalqımıza aid olan bir çox mədəni nümunələri (rəqslər, musiqilər, kulinariya, geyimlər) öz adlarına çıxarmağa çalışırlar. Bu, təkcə sadə mənimsəmə aktı deyil, həm də strateji bir siyasətdir: bölgədə qədimlik iddiasını süni şəkildə sübut etməyə çalışmaq.
Bununla onlar Cənubi Qafqazda qədim xalq obrazı yaratmaq, tarixi torpaq və mədəniyyət iddialarını saxta faktlarla əsaslandırmaq məqsədi güdürlər.

Ermənilər uzun illərdi ki, XIX əsrin sonlarından Azərbaycanın mədəni xəzinəsinin ən gözəl incilərindən sayılan “Uzundərə” xalq rəqsinə də sahiblənməyə çalışır və onu dünya ictimaiyyətinə “erməni rəqsi” kimi təqdim edirlər.
Onlar bu rəqsi müxtəlif xarici festival və mədəniyyət tədbirlərində, öz toylarında “erməni xalq rəqsi” kimi ifa edirlər.
Ermənilər rəqsin bəzi elementlərini dəyişərək (məsələn, rəqqasların geyimini dəyişmək, rəqsin formasına kiçik əlavələr etmək və ya hərəkətləri bir qədər fərqləndirmək) onu öz rəqs ansambllarının repertuarına daxil ediblər. Beləliklə, rəqs orijinal formasından uzaqlaşdırılaraq “erməniləşdirilmiş” olur və bu yolla beynəlxalq ictimaiyyət çaşdırılır.
Bu açıq-aşkar plagiatın bir göstəricisidir. Onlar rəqsdəki Azərbaycan izlərini itirməyə çalışsalar da, buna tam nail ola bilməyiblər.
Xaricdəki erməni diasporu da bu saxtakarlığı yaymaq üçün aktiv fəaliyyət göstərir. Dünya ölkələrində keçirilən mədəniyyət festivallarında, diaspor tərəfindən maliyyələşdirilən sənədli filmlərdə və xaricdə çap olunan broşürlərdə “Uzundərə” rəqsi “erməni irsi” adı altında təqdim olunur. Bu, uzunmüddətli və sistemli şəkildə aparılır.
Əslən Qarabağdan olan rəqs müəllimi Firəngiz Muxtarova deyir ki, “Uzundərə” rəqsinin mənimsənilməsi bir xalqın mədəniyyətinə qarşı açıq hücumdur. Bu cür plagiat aktları nəinki Azərbaycan xalqının hüquqlarını pozur, həm də ümumilikdə dünya mədəniyyətinə qarşı hörmətsizlikdir.
Ermənistanda bu rəqsin heç bir tarixi inkişaf yolu və sənədləşmiş mənbəsi yoxdur. Erməni etnoqrafları E.Lalayan, S.Lisitsiyan ötən əsrdə yazıdıqları əsərlərində “Uzundərə”yə saxta iddialar ortaya qoyublar.


Maraqlıdır ki, bəzi erməni mənbələrində “Uzundərə” Qarabağ bölgəsində yaranmış mədəniyyət nümunəsi kimi qeyd edilir, hətta onun adının da türk mənşəli sözdən ibarət olduğu gizlədilmir, amma ermənilər tərəfindən yaradıldığı vurğulanır. Çünki Ermənistan bu bölgəni tarixi “erməni torpağı” kimi təqdim etməyə çalışır və bölgənin mədəni irsini öz adına çıxarır. Bu isə bir daha erməni saxtakarlığı və həyasızlığının sərhəd tanımadığını sübut edir.

Erməni tərəfi “Uzundərə” rəqsini bəzən başqa adla, bəzən də heç adını dəyişmədən “erməni xalq rəqsi” kimi təqdim edir. Onların bu iddiası əsasən aşağıdakı arqumentə söykənir:
Ermənilər bəzi musiqi və rəqsləri “region xalqları arasında yayılmış ortaq dəyərlər” adlandıraraq, açıq şəkildə mənimsəməyə haqq qazandırmağa çalışırlar. “Uzundərə”ni də bu qəbildən olan rəqs hesab edirlər.
“Uzundərə” rəqsinin gerçək tarixi haqqında müxtəlif rəvayətlər var. Ağdamla Göytəpə kəndi arasında “Uzundərə” adlanan bir yer var. Rəvayətə görə, qədimdə ya dağlıq, ya da aran Qarabağa gəlin aparanda həmin dərədən keçər və burda bir qədər dincələrmişlər. Kişilər, qadınlar, gəlinlər vaxtlarını boş keçirməmək üçün musiqinin müşayiəti ilə oynayarmışlar. Həmin rəqslərdən birinin - ən məşhurunu o yerin adı ilə “Uzundərə” adlandırıblar. 
Milli rəqslərimizi  araşdırmış Firəngiz Muxtarova deyir ki, “Uzundərə” adını həm melodiyasının uzanaraq axıcı şəkildə ifa olunmasından, həm də rəqsin sərbəst hərəkətlərindən alır. Ənənəvi olaraq bu rəqs azərbaycanlıların toyları, el şənlikləri zamanı ifa olunur.

“Rəqsin əsas xüsusiyyəti odur ki, qadın və kişi ifaçıların hərəkətləri bir-birini tamamlayır, incəlik və ritm arasında ahəng qurulur. Uzundərə həm ahəngi, həm musiqi ritmi, həm də geyim və hərəkət formaları baxımından Azərbaycanın digər rəqsləri ilə uyğunluq təşkil edir.

“Uzundərə” rəqsinin musiqisi muğam və təsnif strukturlarına yaxın olan melodiyalardan ibarətdir. Bu cür musiqi quruluşu sırf Azərbaycan mədəniyyətinə aiddir. Ermənilərin klassik musiqisi bu struktura heç cür uyğun gəlmir”.
Ənənəvi toy rəqsi olan “Uzundərə” adətən qızlar, gəlinlər, bəzən isə yaşlılar tərəfindən ifa edilir. Rəqs olduqca cazibəli, aram, incə, lirik melodiya üzərində qurulub.
Zərif və emosional kompozisiyalı “Uzundərə” üçün adi gəziş, yana gəziş, süzmə və s. hərəkətlər xarakterikdir. Bu rəqs qadın ifası üçün daha səciyyəvi, daha uyğun və münasib olduğundan onu gəlin gətirilən vaxt qadınlar ifa edirlər. Bəzi yerlərdə bu rəqsi kişilər, bəzən də qadınla kişi oynayır. 
Dahi bəstəkar Üzeyir Hacıbəyli hələ 1910-cu ildə yazdığı “O olmasın, bu olsun” operettasında bu xalq rəqsinin melodiyasından Məşədi İbadın mahnısında istifadə edib. Həmin komediya əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmdə gəlinin gətirilməsi səhnəsində məhz “Uzundərə” səsləndirilir.

Üzeyir Hacıbəylinin əsərlərindən “bəhrələn” erməni bəstəkar Aram Xaçaturyan isə 1942-ci ildə yazdığı “Qayane” baletində onu təkrarlayaraq, “Uzundərə”dən istifadə edib.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi digər folklor nümunələrimiz kimi, “Uzundərə” rəqsinin də ermənilər tərəfindən mənimsənildiyini dəfələrlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına rəsmi etiraz məktubları ilə bildirib.
Agentliyin bununla bağlı şərhində qeyd edilib: “Vaxtıilə ermənilər qədim Azərbaycan nəğmələrini toplayaraq arxivləşdirmiş və sonradan onları öz dillərinə çevirərək, erməni nümunələri kimi nəşr etdirmişlər. Üstəlik çoxlu Azərbaycan musiqi folklor nümunələri not şəklində dərc edilmişdir. Bu sıraya daxil olan “Uzundərə” Azərbaycan rəqsi də XIX əsrin axırlarında belə “üsulla” dərc edilərək, bir neçə ildən sonra erməni rəqsi kimi təqdim olunmağa başlanmışdır. Erməni tədqiqatçısı R. Boyaçyanın topladığı və A. Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşrini buna misal göstərmək olar. Kitabdakı nəğmələrin böyük bir hissəsini orijinalda verilmiş Azərbaycan xalq  mahnıları təşkil edir”. 
Görünür XIX əsrin məşhur  erməni  xadimlərindən olan M. Nalbandyan təsadüfən yazmırdı ki, “erməni ... melodiya və havalarının çoxu türklərdən [azərbaycanlılardan] götürülmüşdür” (“Qədim şeirlər və mahnılar  haqqında”, Əsərlərin tam külliyyatı, c. 1).
“Uzundərə” rəqsi Azərbaycan xalqının mədəni mirasıdır, onun qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur. Mədəniyyətimizə sahib çıxmaq, saxtakarlığı ifşa etmək tarix qarşısında da, gələcək nəsillər qarşısında da böyük məsuliyyətdir.
 


 


A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:439
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri