Icma.az
close
up
RU
“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı dünyanın nüfuzlu insan kapitalının idarə edilməsi mükafat proqramı üzrə “İstedadların idarə edilməsi” nominasiyasında qızıl medala layiq görülüb.

Məlumat üçün bildiririk ki, “Üfüq” Karyera İnkişafı Proqramı Kənd Təsərrüfatı Nazirliyinin “Yüksəliş” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi yüksək potensiala malik perspektivli əməkdaşların müəyyənləşdirilməsi, onların inkişafının dəstəklənməsi və nazirliyin kadr ehtiyatının formalaşdırılmasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, proqram çərçivəsində həyata keçirilən seçim prosesində 2 min 771 əməkdaş iştirak üçün müraciət edib. Üç mərhələdən ibarət seçim prosesindən sonra 30 əməkdaş proqramın qalibi elan olunub. Qaliblərin inkişafı üçün mentorluq, daxili təlimlər və beynəlxalq təcrübə mübadiləsi imkanları yaradılıb. Onlar müxtəlif sahələr üzrə təşkil olunan inkişaf proqramlarında iştirak etməklə yanaşı, Çin, Koreya və digər ölkələrdə keçirilən beynəlxalq təlim proqramlarına cəlb olunublar.

Proqramın nəticələri onun yalnız istedadların müəyyənləşdirilməsinə deyil, həm də real karyera inkişafına töhfə verdiyini göstərir. Belə ki, 30 qalibdən 11 nəfəri proqram müddətində yeni rəhbər və digər yuxarı vəzifələrə təyin olunub.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən “Brandon Hall Group” insan kapitalının idarə edilməsi sahəsində müstəqil analitika və konsaltinq təşkilatlarından biri kimi tanınır. Təşkilatın “HCM Excellence Awards” proqramı istedadların idarə edilməsi, liderlik inkişafı, öyrənmə və inkişaf, işə qəbul və əməkdaşların cəlb edilməsi kimi istiqamətlər üzrə qabaqcıl təşkilati təcrübələri qiymətləndirir. Mükafat proqramı çərçivəsində təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qaliblər “Qızıl”, “Gümüş” və “Bürünc” olmaqla üç dərəcə üzrə müəyyən edilir.

“Üfüq” Karyera İnkişafı Proqramının “İstedadların idarə edilməsi” nominasiyası üzrə qızıl medala layiq görülməsi Kənd Təsərrüfatı Nazirliyində insan kapitalının inkişafı, istedadların idarə edilməsi və əməkdaşların karyera imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri