Icma.az
close
up
RU
Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanın Azadlıq Partiyasının başçısı Rezo Şavişvili 1990-cı ildə etdiyi bir açıqlamada demişdi ki, ermənilər əgər Dağlıq Qarabağ mövzusunu açmasaydılar, Gürcüstandakı erməni bölgəsinin Ermənistana qatılması tələbini irəli sürəcəkdilər.

Bəli, bu, ermənilərin təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, Gürcüstana qarşı da ərazi iddialarının olmasını göstərir. “Türkmənçay” müqaviləsindən sonra Rusiyanın sayəsində Qafqaza gələn ermənilərin qarşılarında regionda olan bütün xalqlara qarşı bir niyyət var idi: Bütün xalqlar ölməli, region onlara qalmalıdır. Ermənilər fikirləşirdilər ki, Qarabağ, Naxçıvandan sonra hədəf Gürcüstan ərazisidir.

Xüsusən da İrəvanda dövlət tərəfindən himayə olunan “Cavakx” cəmiyyəti, “Mitk” analitik mərkəzi, “Yerkir” birliyi, “Virk” partiyası və “Cavakx xalq hərəkatı” açıq şəkildə Gürcüstana qarşı torpaq iddiası irəli sürürlər və iddia edirlər ki, Cavaxetiya tarixi erməni torpağıdır və biz ona sahib çıxmalıyıq. Ehtimal ki, yaxın vaxtlarda Gürcüstan torpaq iddiası ilə yanaşı, “soyqırım problemi”ylə də üz-üzə qalsın. Çünki sosial media ilə yanaşı, siyasi dairələrdə Tiflisin ünvanına təhdid dolu ifadələr səsləndirilir.

Gürcüstanın unitar dövlətdən federal dövlətə keçməsi və Cavaxetiyanın "erməni subyekti" kimi tanınması ideyası mütəmadi olaraq səsləndirilir. Erməni dilinin bölgədə ikinci rəsmi dil olması tələb edilir.

Bu gün ermənilər Gürcüstanda konkret yerli xalqa məxsus abidələr, mədəni dəyərlər, mətbəx, musiqi və digərlərini erməniləşdirmək üçün işlər görürlər:

- Ermənilər qədim gürcü kilsələrinin divarlarındakı gürcücə yazıları silib, yerinə erməni dilində daşlar yerləşdirərək binanın yaşını və mənşəyini saxtalaşdırırlar;

- Ermənilər gürcülərin məşhur xəngəl, xaçapuri və digər mətbəx nümunələrini öz adları ilə (bəzən kiçik dəyişikliklərlə) beynəlxalq festivallarda təqdim edirlər;

- Gürcüstan şərabın vətəni sayılır. Ermənilər isə “ən qədim şərabçılıq bizdədir” iddiası ilə bunu mənimsəmək istəyirlər;

- Sulquni pendiri növünü erməni brendi kimi tanıdırlar;

- Gürcüstanın "Matsoni" adlanan süddən hazırlanan milli yoğurtunu oğurlayan ermənilər iddia edirlər ki, bunu qədim ermənilər yunanlara, onlar da gürcülərə öyrədiblər;

- Erməni tarixşünaslığında iddia olunur ki, gürcü əlifbasını da erməni Mesrop Maştots yaradıb;

- Gürcülərə məxsus olan bir çox milli musiqi nümunələri və sürətli dağlı rəqsləri erməni mədəniyyətinin bir parçası kimi təqdim edilir;

- “Pələng dərisi geymiş pəhlivan": Şota Rustavelinin əsərinin erməni mənşəli olduğu və onun özünün erməni olduğu barədə absurd iddialar irəli sürülür;

- “Şuşanikin şəhadəti": Gürcü ədəbiyyatının ən qədim nümunəsi sayılan bu əsərin qəhrəmanı erməni şahzadəsi olduğu üçün erməni tərəfi bu əsəri öz ədəbi irsi kimi təqdim etməyə çalışır;

- Gürcüstanın ən müqəddəs yerlərindən olan Msxetadakı Cvari monastrının və digərlərinin erməni memarlar tərəfindən tikildiyi və onlara aid olması təbliğatı aparılır. Zəruri qeyd edim ki, Bondo Arveladze bu mövzuda bir neçə kitab yazaraq qeyd edir ki, ermənilər tərəfindən iddia edilən 600-dən çox kilsənin mütləq əksəriyyəti əslində qədim gürcü kilsələridir ki, sonradan qaçqın erməni əhalisi ora yerləşəndə daxili interyerdə dəyişikliklər ediblər;

- Erməni tərəfi tez-tez vurğulayır ki, XIX əsrdə Tiflisin əhalisinin əksəriyyəti ermənilər olub və şəhəri onlar tikib;

- Gürcü mifologiyasında Qafqaz dağlarına zəncirlənmiş qəhrəman Amirani (Prometeyin prototipi) obrazının əslində erməni mənşəli olduğunu iddia edirlər;

- Erməni xəritələrində Gürcüstanın cənub rayonlarındakı bir çox kənd və çay adları “qədim erməni adları” ilə göstərilir. Məsələn, Gürcüstanın “Trialeti” bölgəsini “Erməni yaylası”nın bir hissəsi kimi təqdim etməyə çalışırlar;

- Gürcülərin qədim dövrlərdən bəri istifadə etdiyi ulduz və vaxt hesablama sistemləri bəzən erməni alimləri tərəfindən “qədim erməni astronomiyası”nın bir qolu kimi təqdim olunur. Xüsusilə, Gürcüstanın cənubunda yerləşən qədim rəsədxana qalıqları və bürclərlə bağlı xalq inanclarını öz adlarına çıxmağa çalışırlar.

Bu siyahını uzatmaq olar. Gürcü xalqının gələcəyinə çox pessimist yanaşıram. Gürcülər ermənilərin bu hərəkətlərini “tarixi parazitizm” adlandırsalar da, onlara qucaq açırlar. Ciddi gürcü alimləri hesab edirlər ki, Ermənistan özünün olmayan nailiyyətləri mənimsəməklə regionda süni bir “qədimlik və üstünlük” imici yaratmağa çalışır. Ermənilərin Abxaziya müharibəsi zamanı gürcülərə qarşı vuruşan “Baqramyan taboru” barədə də unudulmamalıdır.

Ermənilərin bu gün gürcüdən oğurladığı sabah həmin torpaqlarda qaldırılacaq separatçı bayraqların ilk addımıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Dekabr 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri