Icma.az
close
up
RU
Ermənilər “Gümrü anlaşması”ndan niyə qorxurlar?

Ermənilər “Gümrü anlaşması”ndan niyə qorxurlar?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar 1920-ci il dekabrın 2-dən 3-nə keçən gecə Ermənistan Respublikası Hökuməti ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında imzalanan anlaşmadan – Aleksandropol (“Gümrü anlaşması”) müqaviləsindən tez-tez bəhs edilir. Aleksandropol müqaviləsi 1920-ci il Ermənistan–Türkiyə müharibəsində erməni tərəfinin kapitulyasiya sənədidir. Bu sənədin yada salınmasının səbəbləri var.

Məlumdur ki, indi Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün danışıqlar gedir. 44 günlük Qarabağ müharibəsindən, Ermənistanın darmadağın edilməsindən sonra bölgədə yaranmış yeni reallıq qonşu dövlətlər arasında mübahisəli bütün məsələləri masaya qoymaq və razılaşmaq üçün imkanlar yaradıb. İkitərəfli danışıqlarda rəsmi Ankara təmsilçisi, tanınmış diplomat Sərdar Kılıç, İrəvanın xüsusi nümayəndəsi Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında bugünədək 6 görüş keçirilib. Münasibətlərinin normallaşması və sərhədlərin açılması məsələsi əsas müzakirə mövzusudur. Ermənistan–Türkiyə münasibətlərinin həlli həm də Azərbaycan–Ermənistan münasibətlərinin sülhlə nəticələnməsindən asılıdır. Bunu Türkiyə tərəfi gizlətmir və Vaşinqton Bəyannaməsindən sonra Ermənistanla Azərbaycan arasında hazırlanan 17 bəndlik sülh müqaviləsi layihəsi paraflanandan sonra bölgədə möhkəm sülh üçün əngəl qalmadığı görünməkdədir.

***

Kılıç–Rubinyan arasında sonuncu görüş İrəvanda oldu. Şübhəsiz ki, bu görüşdən son qərarın çıxması gözlənilmirdi. Erməni mediasının məlumatına əsasən, bağlı qapılar arxasında daha bir məsələdən bəhs edilib: Ermənistan–Türkiyə sərhədlərinin demarkasiyası və delimitasiyası. İndiki sərhədlər 1921-ci il Qars müqaviləsi ilə müəyyənləşdirilib. 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsi, daha sonra 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi Ermənistanla deyil, Sovet dövləti ilə Türkiyənin sərhədlərini müəyyənləşdirib. Ankara və İrəvan arasında bağlanan ən son anlaşma Qars müqaviləsidir ki, indi həmin müqavilədən bəhs edilməsi təbiidir. Yeni mərhələdə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını istəməyən revanşist qüvvələr Paşinyan hakimiyyətini bu danışıqlardan imtina etməyə çağırırlar. Məsələn, “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan deyir ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması Ermənistana yaxşı heç nə vəd etmir. Sərhədlər açılarsa, Ermənistan “iqtisadi işğala” məruz qalacaq və dövlət kimi öz suverenliyini itirəcək. Ermənistan İctimai Televiziyasında Petros Qazaryanın moderatorluğu ilə aparılan müzakirədə açıq şəkildə bildirənlər oldu ki, Ermənistan bu anlaşmalardan imtina etməlidir. Revanşist “Milli Demokratik Qütb” təşkilatının rəhbərlərindən biri Vahe Qasparyan deyir ki, əgər Ermənistanla Türkiyə müəyyən razılaşmaya gələrsə, o zaman 1920-ci il dekabrın 2-dən 3-nə keçən gecə imzalanan Aleksandropol müqaviləsinin maddələrinin bu gün tətbiq olunmayacağına təminat yoxdur.

Erməni cəmiyyətində antitürk əhvali-ruhiyyəsindən doğan fikirlər və şübhələr ayrı-ayrı şəxslərin bəyanlarında yer alır. Bu onu göstərir ki, erməni cəmiyyəti mövcud reallıqla barışmaqdan hələ uzaqdır. Bəli, o vaxtkı Ermənistan dövləti Gümrü anlaşması ilə elədiklərinin bədəlini ödəmişdi. Amma bu tarixi hadisədən yüz ildən artıq vaxt keçməsinə baxmayaraq, nəticə çıxarılmayıb.

***

Tarixə nəzər yetirək. Bu müqavilə 1920-ci il Ermənistan–Türkiyə müharibəsində erməni tərəfinin məğlubiyyəti nəticəsində imzalanıb. 1920-ci il noyabrın 24-də Ermənistan nümayəndə heyəti Türkiyənin əlində olan Aleksandropola gəldilər. Ertəsi gün TBMM hökuməti təmsilçiləri ilə erməni heyəti arasında sülh danışıqları rəsmən başlandı. Ermənistan nümayəndə heyətinin rəhbəri Aleksandr Xatisyan olub. 16 nəfərdən ibarət heyətin səlahiyyətli üzvləri, həmçinin keçmiş maliyyə naziri Abraham Gülxandanyan, Qarsın işğalı dövründə buranın qubernatoru olmuş Stepan Qorqanyan idilər. Müqaviləni Türkiyə tərəfdən Türkiyə Ordusunun komandanı Kazım Karabəkir Paşa, erməni tərəfdən isə baş nazir Aleksandr Xatisyan imzalayıb.

Müqaviləyə əsasən, Qars vilayəti və Sürməlu qəzası Türkiyəyə verildi, Naxçıvan, Şərur, Şahtaxtı bölgələri isə Türkiyənin himayəsində Azərbaycanın elan edildi. Ermənistan ordu saxlamaq hüququndan məhrum oldu, onun ordusunun sayı 1500 əsgər, 8 top və 20 pulemyotla müəyyən edildi. Türkiyə Ermənistan hökumətinin müraciətinə əsasən, daxili və xarici təhlükə yarandığı təqdirdə Ermənistana silahlı yardım etməyə borclu idi. Aleksandropol müqaviləsi imzalandıqdan bir ay sonra ratifikasiya edilməli idi. Fəqət Ermənistan Sovet Sosialist Respublikası müqaviləni tanımadı. Bu sənəd 1921-ci il martın 16-da Moskva müqaviləsi, 13 oktyabr 1921-ci ildə isə Qars müqaviləsi ilə əvəz olundu. Məsələ burasındadır ki, Türkiyə bu müqaviləni Sovet Rusiyası ilə imzalayıb. Əgər indi Sovetlət İttifaqı və Ermənistan SSR yoxdursa, deməli, Türkiyə–Ermənistan sərhədləri Aleksandropol müqaviləsinə görə müəyyən edilməlidir. Bu zaman Qars anlaşması qüvvədən düşmüş hesab ediləcək. Həmin anlaşmaya görə, Ermənistanın ərazisi 10 min kvadratkilometrə yaxındır. İndiki Ermənistanın Türkiyə ilə sərhəddəki yaşayış məntəqələri (o zaman burada Azərbaycan türkləri yaşayırdılar) Türkiyəyə aid olub. Müqavilənin maddələrinıə nəzər salsaq görərik ki, bu sənəd Ermənistanın kapitulyasiya aktıdır. 10-ci maddəyə görə, Türkiyə və Ermənistan arasında müharibə başa çatıb. 2-ci maddə Ermənistan Respublikası ilə Türkiyə arasındakı sərhədləri müəyyənləşdirdi. Qars rayonu və Sürməli vilayəti (20,7 kvadratkilometrdən çox) Türkiyəyə keçdi, Naxçıvan, Şərur və Şahtaxtı bölgələri isə müvəqqəti olaraq Türkiyənin himayəsi altında elan edildi. Daha sonra referendum yolu ilə burada xüsusi idarə yaradılacaqdı. Ermənistan hökuməti həmin idarənin hansı formada olmasından asılı olmayaraq, onun fəaliyyətinə müdaxilədən məhrum idi. Ermənistan Respublikası Türkiyədən Qars vilayəti və Sürməli qəzasında referendum keçirməyi tələb etmək hüququnu özündə saxlayırdı. Amma həmin maddənin 3-cü bəndində bu ərazilərin Türkiyə ilə mübahisəsiz tarixi, etnik və hüquqi əlaqəsi olduğu bildirilirdi. 4-cü maddəyə görə, tərk–silah edilən Ermənistan ordu saxlamaq hüququndan məhrum edilmişdi. 5-ci maddəyə əsasən, sülh bağlandıqdan sonra İrəvana gəlməli olan Türkiyənin siyasi nümayəndəsi və ya elçisinə yuxarıda qeyd olunan şərtlərin yerinə yetirilməsi ilə bağlı öz mülahizəsinə uyğun olaraq, yoxlama və araşdırma aparmaq hüququ verilmişdi. Əvəzində Türkiyə həm xarici, həm də daxili təhlükə yarandığı təqdirdə Ermənistana silahlı yardım göstərməyi öhdəsinə götürdü. İrəvan hökuməti Sevr müqaviləsindən (1920) imtina edir, ölkələr arasında münasibətləri gərginləşdirən, qızışdıran bütün şəxsləri dövlət idarəçiliyindən kənarlaşdırmağı öz öhdəsinə götürürdü. Bundan başqa, ABŞ-dakı nümayəndələrini geri çağırmalı idi. Bu müqavilə ilə Türkiyənin zərərinə bağlanmış və ya onun dövləti maraqlarına toxunan bütün anlaşmalar etibarsız sayılmışdı. Türkiyə Ermənistanın dəmir yollarına və kommunikasiya yollarına nəzarət etmək, ölkə ərazisində hərbi tədbirlər görmək hüququ əldə edirdi. Müqavilə ilə Ermənistanın bir hissəsi kimi tanınan, lakin Türkiyənin nəzarətində olan rayonlar (əsasən Gümrü vilayəti) Ermənistan müqavilənin bütün bəndlərini yerinə yetirdikdən sonra azad edilməli idi. Bu bənd Türkiyəyə vilayət üzərində uzunmüddətli nəzarəti davam etdirmək imkanı verirdi. Sənəd elə tərtib edilmişdi ki, onun bu və ya digər şərtlərinin natamam və ya düzgün yerinə yetirilməməsindən həmişə yapışmaq olardı. Çünki diplomatiya siyasi cığallıq üzərində qurulmur.

***

İndi bəzi erməni politoloqları Türkiyənin həmin müqaviləni ortaya qoymasından narahat olurlar. Əlbəttə, Türkiyə bu məsələyə bütün parametrləri ilə baxır. Ermənistan rəsmi dairələrindən bu məsələnin danışıqlar predmeti olduğu barədə məlumatlar yoxdur. Bəlkə də bəzi dairələr Ermənistan–Türkiyə danışıqlarını pozmaq üçün qəsdən belə iddialar yayırlar. Şübhəsiz, yeni münasibətlər qurularkən sərhədlərin dəqiqləşdirilməsi üçün keçmiş müqavilələr nəzərə alınacaq, amma bu o demək deyil ki, Türkiyə yeni şərtlər irəli sürür. Belə bir məqsəd yoxdur. Əslində, görmüşük ki, Ermənistan həm Aleksandropol, həm də Qars müqavilələrinin “tarixi ədalətsizlik” yaratdığını iddia edərək, müqavilələrin yenidən nəzərdən keçirilməsini tələb edib. Türkiyə bu iddianı da anlayışla qarşılayır.

Hər iki müqavilə müasir münasibətlərdə simvolik və hüquqi mübahisə mənbəyi olaraq qalır. Türkiyə mövcud sərhədlərin tanınmasını təkid edərkən, Ermənistan tarixi müqavilələrin “siyasi təzyiq” nəticəsində yarandığını vurğulayır. İntəhası, məsələyə fərqli yanaşmalar münasibətlərin normallaşmasına, sərhədlərin dəqiqləşdirilməsinə əngəl yaratmır.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə üzrə xüsusi müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri