Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Tovuzda başlayacaq, Sumqayıtda bitəcək TURA BAXIŞ

Tovuzda başlayacaq, Sumqayıtda bitəcək TURA BAXIŞ

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında X tura start veriləcək.

Lider “Sabah” səfərdə “Turan Tovuz”un qonağı olacaq. “Zirə” “Araz-Naxçıvan”ı, “Qarabağ” “Qəbələ”ni sınağa çəkəcək. “Neftçi” “Şamaxı” ilə üz-üzə gələcək. “Kəpəz” “İmişli”nin, “Sumqayıt” isə “Şəfa”nın müqavimətini qırmağa çalışacaq.

30 oktyabr, 18:30 Turan Tovuz – Sabah

Tura Tovuzda start veriləcək. Kurban Berdıyevin yetirmələri lider “Sabah”la üz-üzə gələcək. Görüşün favoriti “Bayquşlar”dır. Bu mövsüm indiyə qədər iki cəbhədə mübarizə aparan “futuristlər” sınaqlardan üzüağ çıxmağı bacarır. Valdas Dambrauskas geniş heyətə sahibdir və lazımi anda rotasiyalar etməklə komandanı tempdə saxlamağı bacarır. Liqada yoluna məğlubiyyətsiz davam edən “Sabah”ın büdrəmək ehtimalı azdır.

“Turan Tovuz”da isə işlər yolunda getmir. Komanda son iki matçda xal itirib. Ötən turda “İmişli”yə uduzan “bozqurdlar” bundan əvvəl Bakı səfərində 10 nəfərlə qalan “Neftçi”yə qalib gələ bilməmişdi. Baş məşqçi Berdıyevlə bağlı narazılıq çoxdur və gedişat dəyişməzsə, mütəxəssislə yollar ayrıla bilər.

31 oktyabr, 15:00 Araz-Naxçıvan – Zirə

Bu mövsüm çempionatda qələbəsi olmayan yeganə kollektiv “Araz-Naxçıvan”dır. Yuri Maksimovun gəlişindən sonra üç turda uduzan naxçıvanlılar rəsmi matçlarda yeganə qalibiyyətini kubokda, I Liqa təmsilçisi “Şimal” üzərində əldə etdi. Ukraynalı mütəxəssis komandada ciddi dəyişikliklər edə bilməyib. Edibsə də, görünmür. İndiki məqamda autsayder mövqeyində olan “Araz-Naxçıvan” ev oyunlarını keçirdiyi Şamaxıda ilk arzusundadır, hədəf uğursuz seriyaya son qoymaqdır.

“Zirə” isə ağır kubok matçında çıxıb. “Səbail”ə qarşı 120 dəqiqəlik görüşdə çox güc sərf edən “qartallar” yorğundur. “Araz-Naxçıvan”la oyunda məhz bu amil komandanın əleyhinə ola bilər. Heyətlə bağlı itkilər başqa neqativ məqamdır. Problemi günlər yaşayan “Zirə”nin Şamaxı sınağından necə çıxacağı maraqla gözlənilir.

31 oktyabr, 17:30 Qəbələ – Qarabağ

Yeton Bekirinin təyinatından sonra ilk qələbəsini ötən turda “Araz-Naxçıvan”la matçda qazanan “qırmızı-qaralar” üçün ciddi sınaq vaxtıdır. Uğursuz nəticələrə görə, azarkeşlərini küsdürən “Qəbələ” “Qarabağ”la görüşdə müsbət nəticəyə ümid edir. Bu bölgə səfəri komandalar üçün iqlim baxımından narahatlıq yaradır və meydan sahibləri bu amili lehinə çevirə bilər. Liqa oyunundan sonra kubokda da qalib gələn “Qəbələ”nin “atlılar” önündə əsas silahı sürətli əks-hücumlar olacaq.

“Qarabağ” isə hələ tamamilə komplektləşməyib. Oyun planında axsamalar hiss olunur. İndiki məqamda əsas sıxıntı orta xətdə yaradıcılığın olmamasıdır. Kadi Borges əvvəlki səviyyəsində deyil, Yankoviç və Bikalyo da yaxşı formasından uzaq düşüb. Digər problemli məqam isə hücumun mərkəzi ilə bağlıdır. Qol yollarında sıxıntı yaşayan “atlılar”da Taofik İsmahel və Musa Qurbanlı hələlik gözləntiləri qarşılaya bilmir.

1 noyabr, 15:00 Şamaxı – Neftçi

Azər Bağırovun “Şamaxı”sı son turlarda yaxşı nəticələrlə diqqət çəkir. Büdcə və şərait baxımından özündən güclülərlə başa-baş mübarizə aparan “şirlər” doğma divarlar arasında istənilən rəqibə çətinlik yaşada bilir. Komandanın əsas silahı məhz baş məşqçisidir. Son illərdə işlədiyi klublarda nəticə verməyi bacaran mütəxəssis “böyüklər”lə duellərdən də üzüağ çıxmağı bacarır.

“Neftçi” isə ardıcıl xal itkilərindən sonra qələbə arzusundadır. Ötən turda 10 nəfərlə qalmasına baxmayaraq, “Turan Tovuz”la heç-heçə edən “ağ-qaralar” liderlə xal fərqinin böyüməməsi üçün bu turda qalib gəlməlidir. Komandanın heyətində ciddi itki yoxdur. Ötən il bu stadionda meydan sahibləri son dəqiqədə təyin edilən qalmaqallı penaltidən sonra “Neftçi”ni xaldan məhrum etmişdi. Bakılılar üçün bu görüş revanş kimi də olacaq.

1 noyabr, 17:30 Kəpəz – İmişli 

Gəncə şəhər stadiona qayıdışından sonra keçmiş günlərini xatırladan “Kəpəz” yaxşı nəticələrlə diqqət çəkir. Sonuncu dəfə sentyabrda “Şamaxı”ya uduzan gəncəlilər son altı rəsmi matçında məğlub olmayıb. 3 qələbə qazanan “sarı-göylər” 3 dəfə də heç-heçəyə nail olub. Azər Məmmədovun drujinası azarkeşləri önündə daha yaxşı təsir bağışlayır və “İmişli” ilə matçda hədəf yalnız qələbədir.

“Pələnglər” isə müvəqqəti məşqçi Ervins Perkonsun başçılığı altında uğurlu qrafik cızmağa başlayıb. Son üç rəsmi matçında qalibiyyət əldə edən bölgə təmsilçisi “Turan Tovuz” və “Şamaxı”nı büdrətməyi bacarıb. Komanda taktiki və texniki baxımdan müsbət siqnallar verməkdədir. Xüsusilə, futbolçuların yaxşı anlaşması, hücum zamanı edilən kombinasiyalar göz oxşayır. Bunları nəzərə alsaq, Gəncədə qazanılacaq qələbə sürpriz sayılmayacaq.

2 noyabr, 19:00 Sumqayıt – Şəfa 

Baş məşqçi Kandidonun fəlsəfəsinə uyğunlaşan “kimyaçılar” son turlarda inamlı təsir bağışlayır. Ötən həftə “Zirə”yə məğlubiyyətə baxmayaraq, yaxşı futbol sərgiləyən “Sumqayıt” azarkeşləri önündə favoritdir. Komandanın bir neçə üzvü gənc olmasına baxmayaraq, dinamik oyunla fərq yaratmağı bacarır. “Gənclik şəhəri” təmsilçisi son üç matçında iki qələbə qazanıb. “Kimyaçılar” yenidən qalibiyyət seriyası başlatmaq arzusundadır.

“Şəfa” isə çətin dönəmdən keçir. Liqada cəmi bir qələbəsi olan bakılılar son turlarda öndə olduqları matçlarda sona kimi üstünlüyü qoruya bilmir. Komanda sanki 50-60 dəqiqə oynayır, sonra “çökür”. Niyəsi maraqlıdır, baş məşqçi Zaur Həşimov vəziyyətdən çıxış yolu tapmalıdır. Əks halda, “kimyaçılar”a da məğlubiyyət mütəxəssisin klubdakı taleyini sual altına salacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 Oktyabr 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri