Luis Enrike “Barselona”dan daha bir futbolçunu PSJ yə gətirmək istəyir
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın yarımmüdafiəçisi Qavini komandasının heyətində görmək istəyir.
İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, Paris təmsilçisi ötən yay Ferran Torresi transfer etdikdən sonra Kataloniya klubunun daha bir futbolçusuna maraq göstərir.
Enrike Qavinin imkanlarına İspaniya millisində birlikdə çalışdıqları dövrdən yaxşı bələddir. Mütəxəssis daha əvvəl də yarımmüdafiəçinin PSJ-yə transferi variantını nəzərdən keçirib.
Mənbənin məlumatına görə, Qavi Enrikenin rəhbərliyi altında əsas heyətdə yer qazanmaq və yenidən sabit oyun formasına qayıtmaq imkanı əldə edə bilər.
İspaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə yeddi qarşılaşmada iştirak edib. Onun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalı Qavinin bazar dəyərini 25 milyon avro (42,5 milyon manat) qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 30 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















