Ermənilər Karapetyanın həbsini də Bakıya “caladılar”
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
İki gündür Ermənistan “Taşir Holndinq”in rəhbəri Samvel Krapetyanın ətrafında baş verən hadisələr səbəbindən çalxalanır.
Tribunainfo.az xəbər verir ki, Ermənistanda açıq şəkildə hakimiyyət dəyişikliyinə çağırış edən və kilsəni aktiv müdafiə edən Karapetyan dünən saxlanılıb.
Onun barəsində ilkin olaraq iki ay müddətinə həbs qərarı çıxarılıb.
Rusiyanın yaxın adamı kimi tanınan şirkət rəhbərinin həbsində “Azərbaycan izi” axtaran erməni mediası, dünən bununla bağlı “zəhərini qusub”. Belə ki, “Hraparak” qəzeti Samvel Karapetyanın həbsi əmrinin Bakıdan gəldiyini iddia edib. “Paşinyan, həm də Türkiyə səfəri öncəsi bunu Ərdoğana hədiyyə edib. Çünki Karapetyan Qarabağı, Ermənistanı sevir”.
Fərda Uğur

