Tramp Çindən Boeing üçün daha 250 təyyarəlik sifariş gözləyir
Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Çinin Amerikanın təyyarə istehsalçısı Boeing şirkətindən əlavə 250 təyyarə satın alacağını gözlədiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Donald Tramp bu barədə CNBC telekanalına müsahibəsində ABŞ ilə Çin arasında təyyarə ticarətindən danışarkən bildirib.

“Çinə 250 ədəd Boeing təyyarəsi satmışam və düşünürəm ki, onlar daha 250 təyyarə alacaqlar”, – deyə ABŞ Prezidenti qeyd edib.
Trampın açıqlaması Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi son görüşdən bir neçə gün sonraya təsadüf edir.
Xatırladaq ki, Donald Tramp 2026-cı ilin may ayında Çin lideri Si Cinpinin Boeing şirkətindən 200 təyyarə almağa razılıq verdiyini açıqlamışdı. Həmin vaxt ABŞ Prezidenti Çinin sifarişlərinin gələcəkdə 750 təyyarəyə qədər arta biləcəyini də bildirmişdi.
Reuters-in məlumatına görə, Boeing 2017-ci ildən bəri Çin bazarında böyük satış müqavilələri əldə etməkdə çətinlik çəkib. Bu müddətdə şirkətin Avropalı rəqibi Airbus dünyanın ən böyük aviasiya bazarlarından biri olan Çində mövqeyini genişləndirib.
Qeyd edək ki, Trampın əlavə 250 təyyarə ilə bağlı açıqlaması gözləntidir. Yeni sifariş üzrə yekun müqavilənin imzalandığı təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Noyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















