Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Təqsirləndirilən ermənilər cinayətlərini etiraf edirlər TƏHLİL

Təqsirləndirilən ermənilər cinayətlərini etiraf edirlər TƏHLİL

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Dünyanın əksər xalqları və dövlətləri ermənilərin fəaliyyətlərinin əsas xəttinin terror təşkil etdiyini anlayır və bununla bağlı narahatlıqlarını ifadə edirlər. Bu da ondan irəli gəlir ki, əksər dövlətlər və xalqlar erməni terrorundan əziyyət çəkiblər, kütləvi şəkildə insanlar öldürülüb, yaşayış binaları dağıdılıb. Terror deyiləndə ilk olaraq göz önünə erməni gəlir. Terror bugünkü Ermənistanın dövlət siyasətinə çevrilib. 2020-ci il Vətən Müharibəsi dönəmində Ermənistan Azərbaycanın dinc əhalisini terror vasitələri ilə hədəfə çevirmişdi. Ermənistanın terrorçu dəstələri tərəfindən Bərdə, Gəncə, Tərtər, Daşkəsən, Minkəçevir və digər şəhər və rayonlarımız raket atəşinə tutulması nəticəsində onlarla vətəndaşımız həlak oldu, yaralandı. Azərbaycanın magistral yollarına mina yerləşdirməklə Ermənistan neçə-neçə vətəndaşımızın həyatına son qoydu. Bütün bunlara Ermənistanın terrorçu mahiyyətinin sübutudur. 44 günlük Vətən müharibəsinə qədərə görünən ondan ibarət idi ki, Ermənistan cəzalanmadıqca yeni-yeni terror aktları törətməyə, onlarla, yüzlərlə insanın öldürülməsinə çalışır. Təəssüf hissi ilə demək olar ki, Ermənistan kimi terrorçu dövlət öz çirkin məqsədinə nail ola bilirdi. Lakin Vətən Müharibəsi zamanı Ermənistan Azərbaycanın Müzəffər ordusu tərəfindən ciddi şəkildə cəzalandırıldı. Bu zaman Ermənistanın terrorçu hərbi birləşmələri tamamilə məhv edildi, hərbi canilər isə həbs edilərək məhkəmə qarşısına çıxarıldı. Hazırda Qarabağda Ermənistan terrorçu dövlətin əmrlərinə uyğun terror fəaliyyəti göstərən hərbi canilərin Bakı Hərbi Məhkəməsində məhkəmələri keçirilir. Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Sülh və insanlıq əleyhinə cinayətlər

Təqsirləndirilən Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 22-də davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. Növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Bütün əməliyyatlar Ermənistanın baş qərargahı tərəfindən hazırlanmış planlara uyğun aparılırdı

Məhkəməyə sədrlik edən Zeynal Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir. Qeyd edilib ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Babayan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək. D.Babayan çıxışında ittiham tərəfinin çıxışında bildirdiklərinə əks dəlillər səsləndirib. O, təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib. “Mən özümü heç bir maddə ilə günahkar hesab etmirəm”, - deyə D.Babayan bildirib. O, çıxışında müdafiəçilərə və tərcüməçilərə təşəkkür edib.Təqsirləndirilən Levon Mnatsakanyan son sözünü rus dilində etmək istədiyini deyib. Ona çıxışını rus dilində etməyə şərait yaradılıb.Təqsirləndirilən şəxs deyib: “Qarabağ (qondarma rejimi nəzərdə tutur – red.) Ermənistandan onun təhlükəsizliyinin qarantı kimi çıxış etməyi xahiş etdi və bu dövrdən də təmas xəttində bütün əməliyyatlar Ermənistan Respublikasının baş qərargahı (silahlı qüvvələrin baş qərargahı nəzərdə tutulur – red.) tərəfindən hazırlanmış planlara uyğun aparılırdı. Burada məhkəmə iclasları zamanı qeyd etmişdim ki, mən 1992-ci ildə hərbiyə çağırılmışam. Zabit rütbəmi nəzərə alaraq, məni batalyonun komandir müavini təyin etdilər. Bu vəzifəyə təyin edilmək üçün başqa heç bir şey tələb olunmurdu. Lakin ittiham tərəfi iddia edir ki, məni başqa hansısa parametrlərə görə təyin ediblər”.

Təqsirləndirilən şəxs müharibədə onlar tərəfdən muzdluların döyüşməsi barədə ittiham tərəfinin dediklərinə də münasibət bildirib: “Bildiyim qədər onlar muzdlu olmayıblar. Onlar hamısı könüllülər idi və onları heç kəs xidmətə cəlb eləməmişdi, onlara pul verilmirdi”.L.Mnatsakanyan məhkəmədə onun əleyhinə ifadə vermiş zərərçəkmiş İlham Məmmədovun dedikləri barədə də danışıb (Xatırladaq ki, İ.Məmmədov oktyabrın 2-də keçirilmiş məhkəmə iclası zamanı ifadəsində Ermənistan silahı qüvvələrinin hərbçiləri tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, onu döyən zabitlər arasında Levon adlı zabitin xüsusi qəddarlıq nümayiş etdirdiyini deyib. Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında L.Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib – red.). Deyib ki, İ.Məmmədova işgəncə verilməyib.

“Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi Samvel Babayan idi”

Təqsirləndirilən L.Mnatsakanyan 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşakənddə hərbi hücumun planlaşdırılmasında iştirak etməsi barədə ittiham tərəfinin dediklərini də inkar edib, ümumiyyətlə 2020-ci və 2023-cü ildə heç bir hərbi əməliyyatda iştirak etmədiyini söyləyib. Təqsirləndirilən şəxs deyib: “Bəli, mən həqiqətən orada (Şuşakənddə müşavirə keçirilən məktəbdə - red.) olmuşam. Lakin mən çox gec, müşavirə başladıqdan sonra gəlmişəm. Müşavirəyə mənim aidiyyətim yox idi. Mən ora dəvət olunmamışdım. Həmin məktəbdəki kabinetdə mən ətraf kəndlərin mülki müdafiə qərargahlarının rəhbərləri ilə mülki müdafiə ilə bağlı məsələləri müzakirə edirdim. Əhalinin oradan təxliyə olunmasını danışırdıq. Onlar (müşavirə keçirənlər – red.) isə ora gəlmişdilər və xahiş eləmişdilər ki, iki saatlıq müşavirə keçirmək üçün otaq ayrılsın. Sədr isə onlara həmin kabineti təqdim eləmişdi. Yəni, mənim olmamağımdan istifadə edərək işlətdiyim kabineti təqdim eləmişdi. Mən gələn vaxt artıq orada müşavirə keçirilirdi. Həmin otağa daxil oldum və Artur Ağabekyanla kənarda oturdum. Bu, sadəcə, bir təsadüf idi. Müşavirədən mənə aydın oldu ki, orada üç ehtiyat batalyonu, bir tank batalyonu, bir artilleriya divizyonu döyüş üçün hazırlanıb. Həmin əməliyyat nəticəsində yol bağlanmalı idi. Hansı ki, orada təchizat işləri görülürdü, yəni hərbiçilər təchizatla təmin edilirdilər. Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi Samvel Babayan idi. Onlar bütün məsələləri müzakirə etdilər. Həmin əməliyyatın vaxtını müəyyən etdilər və çıxıb getdilər. Vaxtı ertəsi gün saat 5-ə təyin etmişdilər. Təşkilatçılar getdikdən sonra iştirakçılar öz narazılıqlarını bildirməyə başladılar ki, hazırlıq işləri tam həyata keçirilməyib, tam hazır deyillər. Onlara vaxt verilməyib ki, bu əməliyyata normal şəkildə hazırlaşa bilsinlər, bu səbəbdən də iştirakdan imtina edirlər. Mən soruşdum ki, nəyə görə onlar bunu indi deyirlər, müşavirə keçirilən vaxt niyə deməyiblər? Onlardan bir cavab ala bilmədim və onların işinə də qarışmadım. Fikirləşdim ki, bu, onların öz işləridir”.

Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışarkən həmin vaxt “ordu komandanı” (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin komandiri – red.) olduğunu deyib. O, Aprel döyüşləri ilə bağlı ittiham tərəfinin dəlillərini və zərərçəkmişlərin dediklərini inkar edib, Azərbaycan hərbçilərinin mövqelərinə hücum etmədiklərini deyib.

Aparılan açıq məhkəmə prosesində təqsirləndirilən ermənilər cinayətlərini etiraf edirlər. Bu isə Ermənistanın işğalçı, həm də terrorçu dövlət olduğunu bir daha təsdiqləyir.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri