TƏCİLİ: Rusiya qırıcıları bu ölkəyə girdi
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsi bir neçə Rusiya döyüş təyyarəsinin səhər tezdən Cənubi Koreya Hava Hücumundan Müdafiə Zonasına daxil olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Açıqlamada təyyarələrin Ulleunq adasına yaxınlaşdıqdan sonra bölgəni tərk etdiyi və təyyarələrin Cənubi Koreyanın hava məkanına keçmədiyi bildirilir. Rəsmilər bildiriblər ki, qırıcı təyyarələr hadisələrin mümkün inkişafı ilə əlaqədar taktiki manevrlər aparmaq üçün havaya qaldırılıb.
Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Çunq Binna bildirib ki, Seuldakı Rusiya səfirliyindən bir diplomat hadisə ilə bağlı rəsmi etiraz bildirmək üçün bu gün nazirliyə çağırılacaq. Bu arada, hadisə zamanı Daxili İşlər Nazirliyi mobil telefonlara təcili xəbərdarlıq göndərərək Rusiya təyyarələrinin Cənubi Koreyanın hava məkanına daxil olduğunu bildirib və ada sakinlərini yeraltı bunkerlərdə sığınmağa çağırıb. Lakin həyəcan siqnalının ləğv edilməsi barədə xəbərdarlıqda səhvən Rusiya qırıcıları Şimali Koreya təyyarələri kimi göstərilib. Cənubi Koreya da noyabrın 17-də Rusiya döyüş təyyarələrinin Şimali Koreya Hava Hücumundan Müdafiə Zonasına daxil olduğunu açıqlamışdı.
Qeyd edək ki, Rusiya son illər Koreya Xalq Demokratik Respublikasının hərbi-strateji tərəfdaşına çevrilib. Rusiya qırıcılarının Cənubi Koreya səmasını pozması da Pxenyanın Ukrayna müharibəsində Moskvaya göstərdiyi hərbi dəstəyin qarşılığı kimi izah oluna bilər. Prezident Putin Şimali Koreyaya qarşı göstərilən hər hansı təzyiqə cavab olaraq yaxın dostu Kim Çen Inın yanında olduğunu nümayiş etdirir. Bu, Yapon dənizində geosiyasi təsirin artırılması və Yaponiyaya qarşı güc nümayişi baxımından da hər iki ölkənin maraqlarına cavab verir.
Rusiya prezidentinin bu yaxınlarda Yaponiya ilə mübahisəli İtirup adasına səfər etməsinin ardınca döyüş təyyarələrini Cənubi Koreyanın Mühafizə Zonasına göndərməsi Moskvanın Sakit Okean regionundakı maraqlarını yaddan çıxarmadığına işarədir. /Cebheinfo.az/
Baxış sayı:90
Bu xəbər 24 Noyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















