Icma.az
close
up
RU
Ermənilər Qarabağda heyvanların kökünü kəsib: Burada düzəməlli quş görmədik

Ermənilər Qarabağda heyvanların kökünü kəsib: Burada düzəməlli quş görmədik

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilən ərazilərdə bəzi vəhşi heyvan növləri bərpa olunub. Buraya dağ keçilərini, meşələrdə yaşayan cüyürləri aid edə bilərik. Məsələn, nəsli kəsilməkdə olan Qafqaz tetrasını da azad edilən ərazilərdə görmək mükündür.

Bunu Modern.az-a açıqlamasında Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri, tanınmış zooloq Elşad Əsgərov bildirib.

O qeyd edib ki, Kəlbəcərdə əvvəllər çaqqal, sağsağan, sarı köynək, Göycəqarğaya rast gəlinməzdi: "Biz orada bu quşları da müşahidə etdik. Ola bilsin ki, iqlim dəyişməsi nəticəsində buraya gəliblər. Həmin quşlar, çaqqallar özü quraqlıq ərazilərə məxsus heyvanlardır. Ola bilsin ki, iqlim dəyişməsi ilə bağlı quraqlıq getdiyi üçün bu heyvanların da arealları genişlənib”.

Zooloqun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə hələlik ciddi tədqiqatlar aparılmayıb:

“Mina təhlükəsi ilə bağlı olaraq alimləri hər yerə buraxılmır. Mən şəxsi təşəbbüsümlə orada olmuşam. Ermənilər həmin ərazilərin hər yerində yaşamayıblar. Onlar kəndləri talayıblar, amma daimi yaşayış olmayıb. Əlləri çatmayan yerlərdə təbiət bərpa olub. Harada ki, yaşayıblar, orada meşələrə ziyan vurublar. İri ağaclar ermənilər tərəfindən kəsilib ki, bu da quşların bu ərazidən qalmamasına səbəb olub. Biz 3 il ərzində burada düz-əməlli quş görmədik. Elə hesab edirəm ki, bu xüsusilə toxum verən ağacların kəsilməsi ilə bağlıdır. Əsasən Kəlbəcər rayonunda apardığımız tədqiqatlar zamanı kameralar, fototələlər quraşdırmışıq. Bunlar vasitəsilə heyvanların foto və videoları qeydə alınır. Keçən dəfə Kəlbəcərdə bəbirin foto və videosu da çəkdik”.

E.Əsgərov qeyd edib ki, azad edilən ərazilərdə heyvanların insanlara hücum etməsi xəbərlərini görüb:

"Bu hadisələr əsasən insanların öz günahları ucbatından baş verir. İnsan özü heyvanları provokasiya edir. Onda da heyvanlar qarşılıq verir. Sadəcə girib internetə baxmaq kifayətdir ki, bu heyvanların qida rasionunda insan olmadığını görək. Heyvanlar yalnız onları qıcıqlandıran, provokasiya edən zaman hücum edirlər. İndi isə ayılar qış yuxusuna gedəcək. Yəqin ki, qış ərzində elə bir təhlükə olmayacaq. Amma ayı ilə qarşılaşdıqda müəyyən yollar var ki, insan özünü müdafiə edə bilər. Ən sadə üsul kiçik pirotexniki vasitələrdir ki, biri yandırıb atsanız, ayı oradan uzaqlaşacaq. Ümumiyyətlə yırtıcıların duyğu orqanları insandan daha həssas inkişaf edib. Ona görə də insanla qarşılaşamqdan yayınırlar. Onlar insanı uzaqdan görəndə, səsini eşidəndə, qoxusunu alanda uzaqlaşırlar. Onlar insanla qarşılaşmaq həvəsində deyillər. Əgər qarşılaşsanız həmin pirotexniki vasitədən istifadə etmək kifayətdir. Burada bir məqam da var ki, yırtıcılarla qarşılaşanda qarçmaq lazım deyil. Siz nə qədər sürətli olsanız da, onlar sizdən dəfələrlə sürətlidirlər. Yırtıcıdan qaçanda onlarda təqib instinkti başlayır. Onlar səni artıq şikar kimi görür və qovalamağa başlayırlar. Ona görə də məsləhət görürük ki, panikaya düşmədən, gözünüzü yırtıcıdan çəkmədən yavaş addımlarla geriyə çəkilmək lazımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri