Ermənilər savaşda süni təsvirlərdən istifadə edirdi Hacıyev
Icma.az, Axar.az saytına istinadən bildirir.
Qarabağ müharibəsi zamanı dezinformasiya var idi. Xüsusilə, erməni mənbələri tərəfindən süni şəkildə yaradılmış təsvirlər istifadə edildi.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.
"İnformasiya müharibəsi və ciddi dezinformasiya kampaniyaları Ermənistan tərəfindən hələ də davam edir", - Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev, həmçinin söyləyib ki, süni intellekt Azərbaycan hökumətinin prioritetləri sırasındadır:
“Dövlət xidmətləri, yaxşı idarəetmə, təhsil sistemi, media və diplomatiya süni intellektin Azərbaycana fayda verəcəyi ilk sahələrdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 13 Dekabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















