Icma.az
close
up
RU
“Köçmüş ermənilər təzyiq qrupu üçün istifadə olunur”

“Köçmüş ermənilər təzyiq qrupu üçün istifadə olunur”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sosial problemləri, vətəndaşların sosial qayğılarını manipulyativ alət kimi istifadə etmək istəyən qüvvələr var. O vurğulayıb ki, bu məsələdə həmçinin bu coğrafiyada maraqlı olan geosiyasi güclərin – Rusiya, İran və Avropadakı bəzi revansist qüvvələrin rolu mövcuddur”.

Bu sözləri sosioloq Üzeyir Şəfiyev Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

Ü.Şəfiyev qeyd edib ki, burada əsas məsələ 18 yaşından sonra fərdi ailə üzvlərinin yox, bir ailənin təsərrüfat subyekti kimi göstərilməsidir: “Belə göstərilməsi isə dövlət üçün, Ermənistan üçün maliyyə yükü yaradır. Buna görə də ailələr vahid təsərrüfat kimi göstərilir.Ermənistanın indiki hakimiyyəti Qarabağdan köçmüş insanların xaricdə yaşamasına üstünlük verir, çünki ölkədə qaldıqda revansist qüvvələr onları hakimiyyətə qarşı istifadə edə bilər. Buna görə də köçən ermənilərin bir hissəsi başqa ölkələrə gedir.Burada söhbət obyektiv sosial qayğılardan getmir. Ermənistana köçmüş və könüllü ermənilər, həmçinin xarici maraqlı dövlətlər bu insanları öz siyasi maraqlarına uyğun istifadə etmək istəyirlər. Sonrakı aylarda bu tendensiyanın artacağı gözlənilir.
Paşinyan hakimiyyəti həm kilsə hakimiyyətinə, həm də revansist qüvvələrə qarşı proqramlarını həyata keçirməkdə diqqətli manevrlər edir. Paşinyan çox ehtiyatlı hərəkət edir, şimal dövlətləri ilə siyasi uzaqlaşma, ABŞ istiqamətində isə əməkdaşlıq aparır. Rusiya və İran isə bundan narahat olmalıdır. Paşinyan bir addım irəli, iki addım geri’ taktikası ilə hərəkət edir.

Ekspert bildirib ki, Paşinyanın xarici siyasət bəyanatlarında paradoksal və ziddiyyətli mövqelər müşahidə olunur: “Bu məqam bölgədə maraqlı qüvvələrin təzyiqinin göstəricisidir. Paşinyan bu qüvvələrin arasında qızıl ortanı tapmağa çalışır ki, tarixi torpaq iddiasından əl çəkərək qonşularla münasibətləri normallaşdırsın.Ermənistanın Avropa təşkilatları ilə bağladığı müqavilələrdə də sual doğuran məqamlar var və Paşinyanın əməkdaşlığa marağı ilə bağlı bəzi suallar yaranır. Ermənistan daxilindəki siyasi-ictimai gərginlik həm daxili, həm də xarici güclərin təsirini göstərir. Bu vəziyyət gələcəkdə Paşinyanın iradəsinin gücündən və taktiki gedişlərinin səviyyəsindən asılı olacaq.Paşinyan Ermənistan daxilindəki revansistləri və kilsə hakimiyyətini neytrallaşdırmalı, düşmənçilik münasibətlərini qonşuluq münasibətinə çevirməlidir. Azərbaycan kifayət qədər addımlar atıb, dayanıqlı sülh üçün barış əlini uzadıb. Neft ixracı və xalq diplomatiyası sahəsində bir çox rəsmi addımlar atılıb. Bu göstərir ki, Azərbaycan dayanıqlı sülhə maraqlıdır. Lakin Azərbaycanın irəli sürdüyü şərtlər qəbul olunmalıdır. Ermənistan ərazi iddiasından əl çəkməli, Avropa İttifaqı ilə bağladığı sənədlərdə bəzi nüanslardan imtina etməlidir. Əks halda, sülh danışıqlarının perspektivi sual altına düşür.

Ü.Şəfiyev yekun olaraq əlavə edib ki, Ermənistan sülh danışıqlarında stabil və ziqzaqsız mövqe tutmalı, əməli addımlar atmalıdır.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Yanvar 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri