Icma.az
close
up
RU
Ermənilər üçün kitab imzalamaq istəyirəm

Ermənilər üçün kitab imzalamaq istəyirəm

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Tural Turanın "İrəvanda imza günüm olsun" yazısını təqdim edir.

Düşünürəm ki, erməni yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcüməsinin vaxtı çatıb. Artıq ortada heç bir maneə yoxdur. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. İndi günəşli sabahlara baxmaq vaxtıdır. Hətta deyərdim ki, hər iki ölkənin şair və yazıçıları qonşu dövlətlərin sülh diplomatiyasına öz mədəni töhfələrini də verə bilər.

Ədəbiyyat və mədəniyyət hər zaman xalqlar arasındakı uçurumlara körpü olub. Sənət hər zaman bəşəridir və missiyası bütün bəşəriyyətə sülh çağırışları etməkdir. Ona görə də azərbaycanlı və erməni yazıçılar bu iki xalqı sülhə hazırlamalıdır.

Otuz beş ildən artıqdır ki, biz bir-birimizin ədəbi-mədəni həyatında baş verən hadisələri izləyə bilməmişik. Bu baxımdan, həm erməni yazıçı və şairlərlə, həm də onların əsərləri ilə tanış olmaq məsələsini yubatmamalıyıq.

Biz iki qonşu xalq kimi bir yerdə yaşamağa məhkumuq. Bunu bizimkilər çox yaxşı başa düşür, ermənilərin içərisində də anlayanlar var. Azərbaycanlı şair və yazıçılar düşüncəsi torpaq iddiası və türk düşmənliyi ilə zəhərlənməmiş həmkarlarına bu işdə kömək etməlidirlər.

İlk addım kimi əsərlərin tərcüməsindən başlamaq ən unikal addımdır. Sonrakı mərhələlərdə erməni və azərbaycanlı yazarlar üçüncü ölkədə - məsələn, qonşu Gürcüstanda, Rusiyada, Türkiyədə görüşə bilər. İnanıram ki, bu cür aktivitələr hər iki xalqın yaxınlaşmasına, münasibətlərdəki buzların əriməsinə böyük töhfələr verəcək.

Fikrimcə, bu işdə əsas moderatorluğu və katalizatorluğu hər iki ölkənin yazıçılar birlikləri etməlidir. Azərbaycan Yazıçılar Birliyi İrəvana xoşniyyətli məktub göndərə bilər. Hətta AYB-nin üzvü olmayan istedadlı yazıçılarımız da bu xoşməramlı niyyətin, çağırışın altına imza atarlar.

Sadəcə, başda AYB sədri Anar müəllim Rzayev olmaqla, qurumun idarə heyəti bu barədə baş sındırıb yol xəritəsi hazırlasalar, kifayətdir.

Keçmişimizi unutmamalıyıq, amma sabahlarımızı da özümüz işıq gələn tərəfə istiqamətləndirməliyik.

Sülh sazişi imzalanandan sonra bu cür bünövrələrin üzərində yazarların Azərbaycana və Ermənistana səfərləri də gerçəkləşəcək. Təsəvvür edin, bizdən hansısa şairin İrəvanda, Basarkeçərdə, Gorusda imza günü, erməni oxucularla görüşü baş tutur. Erməni həmkarlarımız da Bakıya, Qubaya, Gəncəyə ayaq açırlar, buradakı oxucularına kitab imzalayırlar. Təsəvvürü belə gözəldir...

Məsələn, mən istərdim ki, İrəvanda erməni dilində kitabım çap edilsin. Göyçə gölünün kənarındakı hansısa yaradıcılıq evinə ezamiyyətə gedim, erməni kökənli oxucularım olsun, onlar üçün kitablarımı imzalayım.

Biz sülhsevər xalqıq. Bunu bacara bilərik. İnanıram ki, Ermənistanda da mənim kimi düşünən həmkarlarım var və səsimizə səs verəcəklər...

Erməni həmkarlarım! Söz hər şeyə qadirdir, çünki söz və onun qüdrəti insanlıqdan daha əvvəl yaranıb... Uzatdığımız əlimizi tutun ki, sülh və barış qoxusu havadan asılı qalmasın...

Xatirələrinlə sevişirəm gecələr... – Tural Turandan yeni şeirlər... "Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər Mən dar ağacında öpüş böyüdən – Günün şeiri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Yanvar 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri