Icma.az
close
up
RU
Ermənilər yenə yalanları sıralayır: bu dəfə Beqlaryanla Mirzoyan...

Ermənilər yenə yalanları sıralayır: bu dəfə Beqlaryanla Mirzoyan...

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndindəki sabiq separatçı-terrorçu xuntanın keçmiş "dövlət naziri" və "ombudsmanı" Artak Beqlaryanla Ermənistanın xarici işlər naziri Ararart Mirzoyan yeni açıqlamalarla çıxış edərək "Ermənistanla Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinə yönəlmiş danışıqlar prosesində Bakının yerinə yetirməli olduğu şərtlər"dən bəhs ediblər.

Bu açıqlamalar Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma perspektivlərini sarsıtmaq məqsədi güdən ictimai rəy manipulyasiyasının növbəti nümunəsidir. Onların məntiqsiz bəyanatlar və faktiki səhvlərlə dolu ritorikası sərt və əsaslı cavab tələb edir.

Məsələn, A. Beqlaryan iddia edir ki, Azərbaycan və Ermənistan arasında mümkün sənəd "sülh müqaviləsi ola bilməz" və ən yaxşı halda bu, diplomatik əlaqələrin normallaşması haqqında razılaşma ola bilər. Bu bəyanat ya danışıqların mahiyyətini tam anlamamaqdan, ya da ictimaiyyəti bilərəkdən yanlış məlumatlandırmaq cəhdindən xəbər verir. Beynəlxalq normalara əsasən, məhz sülh müqaviləsinin bağlanması iki dövlət arasında diplomatik prosesin məntiqi nəticəsi olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, danışıqların əsas məqsədi tərəflərin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında davamlı və ədalətli sülhün təmin edilməsidir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə ATƏT-in iclasında çıxışı zamanı razılaşma mətninin 15 maddəsinin 17-dən artıq razılaşdırıldığını bildirib. Bu, Beqlaryan kimi radikal mövqeli şəxslərin bəyanatlarına baxmayaraq, tərəflərin kompromis əldə etməyə hazır olduğunu göstərməyə yönəlmil bəyanat kimi qələmə verilsə də, əslində İrəvanın izeuit, ikiüzlü davranışının daha bir nümunəsidir.

Keçmiş nazir bildirir ki, "münaqişənin əsas məsələləri", o cümlədən qarabağlı ermənilərin "geri qaytarılması və onların mədəni irsinin qorunması məsələləri" həll edilmədən sülh müqaviləsi mümkün deyil. Halbuki beynəlxalq hüquqa əsasən, münaqişənin hər hansı həlli dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət üzərində qurulmalıdır. Ermənistanın Azərbaycan ərazisində yaşamış erməni əhalisinin hüquqlarını müdafiə etmək iddiaları Azərbaycanın ərazi bütövlüyünün pozulmasını əsaslandıra bilməz. 2023-cü ildə Qarabağ azad edildikdən sonra Azərbaycan dəfələrlə regionda yaşamış etnik ermənilər də daxil olmaqla bütün vətəndaşlarının hüquqlarını təmin etməyə hazır olduğunu bəyan edib.

"Mədəni irs"ə gəlincə, onun "məhv edilməsi" ilə bağlı bəyanatlar absurddur. Azərbaycan, Ermənistanın 30 illik işğalı dövründə yüzlərlə Azərbaycan abidəsini, o cümlədən donuz tövləsinə çevrilmiş məscidləri məhv etməsinə baxmayaraq, tarixi və mədəni irsin qorunmasına sadiqliyini sübut edib.

Artak Beqlaryan erməni hərbi əsirlər mövzusunu müzakirə edərkən Azərbaycanın guya "bu məsələni Ermənistana təzyiq vasitəsi kimi" istifadə etdiyini iddia edir. Lakin bu yanaşma yalnız əsassız deyil, həm də faktlar və beynəlxalq standartlarla təsdiqlənən real vəziyyəti bilərəkdən təhrif edir.

Azərbaycanın rəsmi məlumatlarına əsasən, hazırda ölkə ərazisində Ermənistanın 23 hərbi qulluqçusu saxlanılır. Onların hamısı 2023-cü ildə Ermənistanın sərhəd pozuntuları və diversiya əməliyyatları kimi təxribatları nəticəsində əsir götürülüb. Bu şəxslər Azərbaycanın ərazisində hərbi cinayətlər törətməkda, beynəlxalq hüquq, o cümlədən Cenevrə Konvensiyalarını pozmaqda və s. cinayətlərdə suçlanıblar.

Həmin şəxslərin işləri beynəlxalq standartlara uyğun olaraq, müdafiə hüququ və ədalətli məhkəmə araşdırması prinsiplərinə əsaslanaraq aparılır. Rəsmi Bakı bu cür proseslərin şəffaflığını təmin etmək məqsədilə beynəlxalq müşahidəçiləri və hüquq müdafiə təşkilatlarının nümayəndələrini dəvət edib.

Ermənistan münaqişə ərzində heç vaxt Azərbaycan əsirləri və itkin düşmüş şəxslərin tam siyahısını təqdim etməyib. Bu davranış Ermənistanın beynəlxalq humanitar hüquq normalarına açıq hörmətsizliyini göstərir.

Xatırladaq ki, 1990-cı illərdən başlayaraq Ermənistanın təcavüzü nəticəsində təxminən 4 000 azərbaycanlı itkin düşüb. Bu şəxslərin çoxu əsir götürülüb, lakin onların taleyi hələ də naməlumdur.

Uzun illər ərzində Ermənistan işğal altında saxladığı ərazilərdəki kütləvi məzarlıqlar haqqında məlumat verməkdən imtina edib. Həmin ərazilərdə əsir düşmüş şəxslərin qalıqları ola bilər.

Erməni tərəfi əsirlər mövzusunu siyasi alət kimi istifadə etməyi davam etdirir. Döyüş əməliyyatları zamanı və ondan sonra Ermənistan sərhəd pozucuları və diversantları "dinc sakinlər" və ya "hərbi əsirlər" kimi təqdim edərək faktları təhrif edir. Bundan başqa, İrəvan beynəlxalq ictimaiyyətə yanlış təsəvvür yaratmağa çalışır, öz hərəkətləri və öhdəliklərini gizlədir.

Konstruktiv yanaşma əvəzinə rəsmi İrəvan Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiyası prosesini təxribatlar törədərək əngəlləyir;

Sülh prosesini uzatmaq üçün yalançı narrativlərdən istifadə edir. Azərbaycan isə əksinə, humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirib. Belə ki, 2020-ci il döyüş əməliyyatlarından sonra Azərbaycan qeydiyyatda olan bütün hərbi əsirləri Ermənistana qaytarmışdır. Bu, həm erməni tərəfi, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib.

Əlavə olaraq, azad edilmiş ərazilərdə tapılmış erməni hərbi qulluqçularının qalıqları Ermənistana təhvil verilib. Yəni rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini ardıcıl şəkildə yerinə yetirir və Ermənistanı da eyni davranışa dəvət edir. Buna baxmayaraq, Beqlaryan kimi şəxslərin bəyanatları yalnız real problemlərdən diqqəti yayındırmağa xidmət edir. Çünki Ermənistanın minlərlə azərbaycanlı əsir və itkin düşmüş şəxsin taleyi barədə məlumatlar verməkdən inadla boyun qaçırması, həmçinin sülhün əldə edilməsinə mane olan təxribatçı siyasətin davam etdirilməsi çox kobud və bəsit manipulyasiyalar, məsuliyyətdən yayınmaq gəhdləridir.

Artak Beqlaryanın və Ararat Mirzoyanın bəyanatları, Ermənistanı qurban kimi göstərərək reallığı təhrif etmək cəhdlərinin növbəti nümunəsidir. Lakin faktlar tam əksini göstərir. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında ədalətli sülh təklif edirsə, Ermənistan tərəfi destruktiv siyasəti davam etdirərək normallaşma prosesinə mane olur.

Sülh müqaviləsi uzun illər davam edən münaqişəyə son qoymaq üçün real bir imkan təqdim edir. Azərbaycan dialoqa və bütün məsələlərin ədalətli həlli üçün hazır olduğunu dəfələrlə təsdiqləyib. Ermənistan isə saxta narrativlərə söykənmək və düşmənçiliyi alovlandırmaq əvəzinə bu reallığı qəbul etməli və öz vətəndaşlarının rifahı naminə fəaliyyət göstərməlidir.

İrəvan isə tam tərsini edir...

Elçin Alıoğlu
Trend

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri