Icma.az
close
up
RU
Erməniləri sevindirən, Rusiyanı qəzəbləndirən dəyişiklik: Dəhəliz buna görə TRIPP oldu

Erməniləri sevindirən, Rusiyanı qəzəbləndirən dəyişiklik: Dəhəliz buna görə TRIPP oldu

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi, əslində Cənubi Qafqazda kommunikasiya xəritəsini yenidən qurmaq potensialına malik olan strateji təşəbbüsdür. Ermənistanın bu layihəyə razılıq verməsi və ABŞ-la yanaşı “qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə” əməkdaşlıq etməsi həm regional güc balansını dəyişə, həm də siyasi mesaj xarakteri daşıya bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, TRIPP faktiki olaraq Zəngəzur dəhlizinin başqa ad altında beynəlxalq formata salınmasıdır:

“Bu ad dəyişiklikləri erməni ictimaiyyətində daxili müqaviməti yumşaltmaq və layihəni “regionlararası sülh və iqtisadi inkişaf” konsepti ilə təqdim etmək məqsədi daşıyır.

Üçüncü tərəflərin layihəyə cəlb olunması geosiyasi baxımdan mühüm məqamdır. Buraya Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Türkiyə və hətta Yaxın Şərqdə strateji maliyyə imkanlarına malik dövlətlər daxil ola bilər. Bu tərəflərin iştirakı iki funksiyanı yerinə yetirir:

-Maliyyə və texniki dəstək – layihənin icrası üçün beynəlxalq maliyyə institutlarının (Dünya Bankı, Asiya İnkişaf Bankı və s.) resurslarını səfərbər etmək.

-Geosiyasi təminat – Rusiya və İranın bu layihəyə qarşı göstərə biləcəyi təzyiqləri yumşaltmaq və ABŞ-ın bölgədəki mövqeyini gücləndirmək”.


Züriyə Qarayeva

Z.Qarayeva əlavə edib ki, layihənin ABŞ-ın qarantlığı altında həyata keçirilməsi Ermənistanın xarici siyasətində Qərbə meyli daha da artırır və Moskvanın təsir imkanlarını məhdudlaşdırır:

“Bu, həm də İran üçün yeni geosiyasi çağırış yaradır, çünki dəhliz Cənubi Qafqazda ABŞ-ın hərbi-siyasi təsirini artıracaq.

Azərbaycan baxımından isə TRIPP-in reallaşması Naxçıvana maneəsiz quru əlaqəsi məsələsinin beynəlxalq təminatla həll olunması deməkdir. Bu, həm logistik üstünlüklər, həm də siyasi baxımdan mühüm qələbədir. Lakin ABŞ-ın dəhlizdə idarəedici rolu gələcəkdə layihənin geosiyasi çəkisini Vaşinqtonun regional strategiyasına daha çox bağlayacaq”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see484

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see212

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see162

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see146

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see133

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see128

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see123

Üç dövlət, üç qardaş tək ürək

09 Noyabr 2025 02:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri