Icma.az
close
up
RU
Ermənilərin “əjdahalı xalçalar” ƏFSANƏSİ

Ermənilərin “əjdahalı xalçalar” ƏFSANƏSİ

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Xalça toxuculuğu Azərbaycanın dekorativ-tətbiqi incəsənətinin yüksək inkişaf etmiş bir sahəsidir. Azərbaycanda xalça toxuculuğunun zəngin tarixi var. Xalçaçılıq sənəti minilliklərə söykənən zəngin mədəni irsimizin ən parlaq nümunələrindən biridir. Xalçalar isə yalnız məişət əşyası deyil, həm də xalqımızın dünyagörüşünü, tarixi yaddaşını və estetik zövqünü əks etdirən bir sənətkarlıq məhsuludur.

Təəssüf ki, tarix boyu həmişə milli irsimizə göz dikən ermənilər xalçalarımızı da hədəf seçiblər.

Tarixi saxtalaşdıran, keçmişi yalandan, riyakarlıqdan ibarət olan ermənilər zaman-zaman xalçalarımızı müxtəlif yollarla - ya ərazilərimizi işğal etdikdən sonra oradan apararaq, ya da Azərbaycan xalça məktəblərinin ornament və kompozisiyalarını dəyişdirərək - dünyaya öz xalçaları kimi təqdim ediblər. Onlar beynəlxalq sərgilərdə, muzeylərdə və hətta elmi əsərlərdə belə Azərbaycan xalçalarını "erməni xalçaları" kimi göstərməyə cəhd göstəriblər.

Xüsusilə də xalçalarımızın bədii üslub, ornament və naxış sistemlərinin oğurlanaraq özününküləşdirmə cəhdləri bu sahədə diqqət tələb edir. Azərbaycanlılara məxsus xalçatoxuma texnikaları belə bəzi erməni mənbələrində "qədim erməni alətləri" adı ilə qeyd olunur.

Ermənilərin Azərbaycan xalçalaına qondarma iddiaları əsasən sovet dövründə başlayıb və müəyyən beynəlxalq kataloqlarda da əksini tapıb. Onlar Azərbaycanın tarixi torpaqlarında - Qarabağ, Zəngəzur, Göyçə və İrəvan ətrafında toxunan xalçaları dünyaya "erməni xalçaları" kimi sırıyıblar. Halbuki bu ərazilər əsrlərlə azərbaycanlıların yaşadığı torpaqlar olub və həmin xalçalar türk-müsəlman dünyasının ənənələri ilə toxunub.

Ermənilərin hədəf seçdiyi xalça növlərindən biri də “əjdahalı” xalçalarımız olub. Halbuki bu xalçalar XVI-XVIII əsrlərdə Qarabağda, həmçinin Şirvan və Qubada toxunub. Qədim türk inanclarına görə, əjdahalar müsbət gücü, qüvvəni təmsil edir. Bu inanc azərbaycanlıların məişətində xalçatoxumaya sirayət edib.

Təqsadüfi deyil ki, məşhur amerikalı tədqiqatçı Artur Pop da hələ ötən əsrin əvvəllərində ermənilərin xalçaçılığa aid oğurluğunu ifşa edib. O, “Ermənilərin əjdahalı xalçalar haqqında əfsanələri” (Pope A.U. The Myth of the Armenian  Dragon Carpets. Jahrburch der asiatischen Kunst, Leipzig, 1925, V. 2, pp. 147-158) adlı tədqiqatında subut edir ki, əjdahalı xalçaların ermənilər tərəfindən toxunmasına heç bir əhəmiyyətli əsas yoxdur. Eyni zamanda, tədqiqadçının fikrincə, etibarlı mənbələrə əsaslanaraq belə qənaətə gəlmək olar ki, bu tip xalçalar Ermənistan ərazisində toxuna bilməzdi. Bu fikri əsaslandıraraq, o yazır ki, Ermənistan ərazisində ermənilərin nə vaxtsa xalçaçılıqla məşğul olmaqlarını sübüt edən heç bir yazılı mənbə və ya yerli ənənə yoxdur.

A.Popun yazdığına görə, Ermənistanın müxtəlif bölgələrində böyümüş insanlar belə etiraf edirmişlər ki, onlar heç vaxt özlərinin xalçaçılıq ənənələri barədə eşitməyiblər.

Əjdahalı xalçalar barədə uydurmaların ifşasına digər amerikalı tədqiqadçının - C.G.Ellisin əsərlərində də rast gəlmək olar. (Ellis C.G. Early Caucasian Rugs. Washington, Washington Garamond Pridemark Press. İng, 1976, p.11). C.G.Ellis  “əjdahalı” xalçalarının strukturunu, rəng çalarlarını diqqətlə təhlil edərək sübut edib ki, bu xalçalar hələ XV-XVI əsrlərdə Qarabağda, Şirvanda toxunub.

Azərbaycanlı alim və sənətşünaslar, xüsusilə xalçaşünas Lətif Kərimovun tədqiqatları sübut edir ki, Qafqazda erməni xalçaçılıq məktəbi anlayışı süni şəkildə formalaşdırılıb. Lətif Kərimovun apardığı elmi tədqiqatlarda hər bir naxışın, çeşninin və motivin mənşəyi detallı şəkildə göstərilib, onların azərbaycanlı xalçaçılar tərəfindən yaradıldığı sübut olunub. Lətif Kərimovun "Azərbaycan xalçaları" kitabının birinci cildi 1961-ci ildə, qalan iki cildi isə 1983-cü ildə nəşr olunub. Alimin tədqiqiatları beynəlxalq elmi ictimaiyyət üçün də əsaslı mənbə rolunu oynayır.

1990-cı illərin əvvəllərində Qarabağı işğal edən ermənilər buradan ələ keçirdikləri “Malıbəyli” xalçalarını “Xndzoresk” adı ilə beynəlxalq aləmə təqdim ediblər. Araşdırmalar isə göstərir ki, 1990-cı ilə qədər “Xndzoresk” adlanan xalçalara aid ciddi bir mənbə tapmaq mümkün deyil.

Bu, Qarabağ xalçalarının guya erməni mənşəli olmasını qanuniləşdirmək məqsədi daşıyan saxtakarlıq idi. Onların xalçalarımızı erməniləşdirməkdə əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaq, buranın qədim erməni torpağı olduğunu sübut etmək olub.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci ildə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən xalça şirkətlərinə, beynəlxalq mədəniyyət təşkilatlarına ünvanladığı müraciətində ermənilərin Azərbaycan xalçalarını saxtalaşdırmaq cəhdlərindən, işğal olunmuş ərazilərimizdəki xalçalarımızın Ermənistana daşınıb aparılmasından bəhs edilib.

Müraciətdə bildirilib ki, bu gün ermənilərin öz sənət nümunələri kimi qələmə verdikləri xalçalar əslində Azərbaycanın XX əsrin 90-cı illərində işğal edilən bölgələrindən talan edilmiş xalçalardır. Ermənilər həmin xalçaları müxtəlif sərgilərdə, beynəlxalq tədbirlərdə və auksionlarda özlərinin sənət nümunələri kimi təqdim etməyə çalışırlar. Əslində isə həmin xalçaların müəllifi Qarabağın köklü sakinləri olan Azərbaycan türkləridir.

Azərbaycan xalçaçılıq məktəbinin 9 qrupu var. Bölgələrimizə toxunan xalçalar tərkibi, rəngi və naxışı ilə fərqlənir. Hər bir bölgənin özünəməxsus çeşnisi var - məsələn, Qarabağ, Qazax, Şəki, Quba və digər xalça məktəbləri bir-birindən həm texniki, həm də bədii baxımdan fərqlənir. Bu çeşnilər yüzilliklər ərzində formalaşıb və nəsildən-nəslə ötürülərək bugünkü günümüzə gəlib çatıb.

Azərbaycanda hazırlanan xalçalar bir çox tarixi kitablarda, klassik ədəbiyyatda, folklor nümunələrində dəfələrlə təriflənib. Məhz bunlar nəzərə alınaraq, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına da daxil edilib.

Ermənilərə gəldikdə, onlar xalça toxumağı Azərbaycan türklərindən öyrəniblər. Onların Cənubi Qafqaza köçürülənə qədər xalça toxumaq haqqında təsəvvürləri olmayıb və özlərinə məxsus heç bir xalça çeşnisi də yoxdur.

Azərbaycan xalqının yaratdığı xalça çeşnilərinə məntiqsiz və əsassız əlavələr etməklə nəyəsə nail olmaq mümkünsüzdür. Ermənilər uydurduqları “xalçaçılıq nağılları”nı bu gün də dünyaya sırmaqdadırlar. Təəssüf ki, erməni təbliğatı bəzi xarici elm və sənət dairələrinə təsir etməyi bacarıb. Bu gün dünyanın müxtəlif muzeylərində Azərbaycan xalçaları yanlış etiketlərlə sərgilənir. Bu, təkcə bizim üçün deyil, bütövlükdə mədəniyyətin və həqiqətin üzərinə kölgə salan haqsızlıqdır.  Əgər o xalçalar danışa bilsəydi, onların səsi Qarabağın yaylalarından, Qazaxın çöllərindən, Şəkinin dağlarından ucalardı və deyərdilər: “Mən bu torpağın ruhuyam. Mən Azərbaycanam!”

Ermənilərin xalçalarımıza yönəlmiş mənfur cəhdləri yalnız mədəni saxtakarlıq deyil, həm də tarixi yaddaşımıza qarşı terrordur. Bu irsimizi qorumaq, saxtakarlıqlara qarşı çıxmaq və dünyaya həqiqəti çatdırmaq hər bir azərbaycanlının vəzifəsidir. Çünki xalçalar yalnız evimizi deyil, həm də kimliyimizi bəzəyir.

A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see130

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see129

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see128

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see125

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see125

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see125

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see124

Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb

19 İyun 2025 21:44see117

46 illik ömür...

20 İyun 2025 08:17see117

Putin Azərbaycanla birgə bu problem həll etmək üçün tapşırıq verdi

19 İyun 2025 22:01see116

Tramp yaxın iki həftədə İranla bağlı taleyüklü qərar verəcək

19 İyun 2025 22:00see115

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see115

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see115

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see114

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see114

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see113

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see112

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see111

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see111

PSJ Braziliya klubuna məğlub oldu

20 İyun 2025 07:10see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri