Smartfonlara virus satılmazdan öncə yoluxdurulur
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyada Android smartfonların içində əvvəlcədən quraşdırılmış zərərli proqram təminatı ilə satılması halları artıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Kaspersky Laboratoriyası"nın istehlakçı biznesi üzrə direktoru Mixail Gerber məlumat verib.
Onun sözlərinə görə, cinayətkarlar cihazları hələ satışa çıxarılmamışdan, proqram təminatı mərhələsində yoluxdururlar. Belə smartfonlar çox vaxt saxta olur və əsasən onlayn platformalar və marketpleyslər vasitəsilə satılır.
Şirkət mütəxəssisləri müəyyən ediblər ki, bu cihazlara əvvəlcədən yüklənmiş proqram təminatı messencerlər və sosial şəbəkələrdən məlumat oğurlaya, telefon nömrələrini dəyişdirə, istifadəçinin adından mesajlar göndərə, həmçinin kriptovalyutanı ələ keçirə bilər. Ən təhlükəlisi isə budur ki, çox zaman istifadəçi cihazının yoluxduğundan xəbərsiz olur.
Gerber bildirib ki, bu tip viruslar texniki baxımdan mürəkkəbdir və aşkar olunması çətindir. O, alıcılara yalnız tanınmış brendlərin məhsullarını və rəsmi mağazalardan alınan smartfonları seçməyi tövsiyə edib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 21 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















