Icma.az
close
up
RU
Ermənilərin ekoloji terroru Azərbaycan təbiətinə ağır zərbələr vurub

Ermənilərin ekoloji terroru Azərbaycan təbiətinə ağır zərbələr vurub

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şərqi Zəngəzur və Qarabağ ərazisi Azərbaycan, həmçinin Qafqaz florasının növ müxtəlifliyi ilə zəngin bölgələrindəndir. Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüş və qoz ağacı meşələrindən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyi əsaslı şəkildə korlayıb. İşğalçı Ermənistan qoşulmuş olduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi" haqqında BMT konvensiyasının müddəalarını pozub.

Ermənilərin onilliklər boyu davam edən ekoloji terroru Azərbaycan təbiətinə ağır zərbələr vurub.

Yerli floranın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb. Təbiətin müvazinəti, balansı pozulub, torpağın eroziyası başlanıb. Otuz il erməni işğalında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilən 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın sözlərinə görə, Qarabağın dağlıq əraziləri 6 silsilədən ibarətdir, lakin 3 silsiləsi - Qarabağ, Zəngəzur və Dərələyəz silsilələrinin florası uzun illərdən bəri işğal altında olub. Qarabağın meşə fondu 247352 hektar, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi, 5 ədəd geoloji obyekt öncədən var idi. Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə fondu, 560 hektar Tuqay meşələri (çaykənarı meşələr) və 710 hektar kolxoz meşələri işğal zamanı törədilən yanğınlar nəticəsində məhv edilib və indi yerində heç nə qalmayıb. Ağdam şəhərində yaşı 150-250 il arasında 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kənd ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşmış çinar (Platanus orientalis) növü məhv edilib.

Ağdam ərazisinin relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. Ərazinin maksimal hündürlüyü 1365 m-ə çatır. Cəbrayıl rayonu, əsasən, maili düzənlik (İncəçöl, Gəyan çölü) ərazidə yerləşmişdir. Cəbrayıl rayonunun iqlimi cənub hissəsində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlim, şimal hissəsində isə yayı quraq keçən mülayim istidir. Dağ şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Füzuli rayonunun relyefi isə çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqlardan, boz və çəmən-boz, şabalıdı və açıq şabalıdı, dağ şabalıdı, dağ boz-qəhvəyi torpaqlardan ibarətdir. Kür-Araz ovalığının qərb hissəsində yerləşən Tərtər rayonunun səthi düzənlik olub qərbdən şərqə meyilli, iqlimi isə qışı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimidir. Burada, əsasən, şabalıdı, boz və çəmən - boz torpaqlar yayılıb. Geoloji quruluşunda kiçik Qafqazın ikinci dərəcəli tektonik elementlərindən Murovdağ, Qarabağ, Ağdam antiklinoriumları və onları bir-birindən ayıran Torağayçay və Xocavənd sinklinoriumları əsas yer tutur. Antiklinoriumların tağı Orta Yuranın vulkanik süxurları, tağın uzaq qanadları və onları mürəkkəbləşdirən sinklinal strukturlar isə Üst Yuranın əhəngdaşı, Təbaşirin vulkanogen və çökmə süxurlarından təşkil olunub. Onlar da bəzən intruziyalarla kəsilir. Düzənliklərdə və çay dərələrinin aşağı hissələrində Antropogen çöküntüləri yayılıb. Orta temperatur yanvarda düzən və dağətəyi yerlərdə 2-0. 50 C-yə, yüksək dağlıqda -4; -130 C arasında, iyulda müvafiq olaraq 25-260 və 15-140 C olur. Yüksək dağlıqda illik yağıntı 800-900 mm-dən çox olur. Murovdağ silsiləsinin yüksək zirvələri bəzən il boyu qarlı olur. Əsas çayları Kür, onun qolları - Tərtər, Xaçın, Qarqar və Araz, onun qolları olan Köndələnçay, Quruçay, Qozluçay və digər çaylardan ibarətdir. Eyni zamanda, bu ərazilərdə "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilən məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu. Ağdamda şabalıdı, açıq şabalıdı, dağ-tünd şabalıdı, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, qaramtıl dağ-çəmən və s. torpaqlar geniş yayılıb. Ağdam rayonu ərazisinin torpaqları əsasən şabalıdı, açıq şabalıdı və qəhvəyi dağ-meşə torpaqlarıdır.

Zəngin bitki örtüyünə malik olan ərazidə 2000-dən çox bitki növünə rast gəlinir. Düzən yerlərdə yovşan, yovşanlı-şoranotlu yarımsəhra, dağ ətəklərində daşdayan, şibyə, yovşanlı-darağotlu bozqır və yarımbozqır bitkiləri, dağ yamaclarında kolluqlar, enliyarpaqlı meşələr (fıstıq, palıd və s.) geniş yer tutur. Dəniz səviyyəsindən 2000-2300 m-dən yüksəklikdə subalp və alp çəmənlikləri mövcuddur.

İl ərzindəki günəş parıltısının miqdarı 2000-2400 saatdır. Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün çox yumşaq (2. 5-00 C), yumşaq (0; -50C) şəraitdə keçir.

İsti dövrlərdəki (aprel - oktyabr) mümkün buxarlanma 400-800 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 gün və az olur. Küləyin orta illik sürəti 2-3 m/san və daha az olur. İqlim kontinentallığı zəif (130-dan az), mülayim (165-ə qədər əmsalla) və orta (205-ə qədər əmsalla) kontinentallıq intervalında səciyyələnir. İl ərzində şaxtasız dövrün davamiyyəti 150-225 gün, havanın temperaturunun 00C-dən aşağı olan günlərin sayı isə ərazi üzrə 10-100 gün intervalında olub Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam və Tərtərdə 10-50, Xocalı və Xankəndində 20-50, Şuşada isə 50-100 gün təşkil edir. İl ərzində qar örtüyü olan günlərin sayı ərazinin əksər rayonlarında 10-120 gün olur.

Səyyarə İbadullayeva bildirib ki, Laçın, Kəlbəcər, Ağdərə rayonlarında 26 min hektar meşə ərazisində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq yandırılıb, meşələrimiz məhv edilib. Avropada yeganə təbii çinar (Platanus orientalis) meşəsi Kiçik Qafqazın qərbində Zəngilan rayonundadır, lakin 27 il durmadan 117 hektar ərazidə yayılan çinarlar məhv edilmiş, ətrafında ağac emalı zavodu tikilmişdi. Elə bitkilər var ki, onların areal diapazonu yalnız Qarabağla məhdudlaşır.

Topxana meşəsi Qarabağın nadir sərvətlərindən biridir. Meşə Şuşa ətrafında olan torpaqların 20 faizini əhatə edir. Burada palıd, fıstıq, qarağac ağacları, heyvanlardan isə canavar, tülkü, dovşan, cüyür və kəklik, turac, göyərçin kimi quşlar çoxluq təşkil edir. Meşənin adının yaranması da olduqca maraqlıdır. Belə ki, Topxananın adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi məkan olması ilə bağlıdır. "Qarabağnamə"lərdə qeyd olunur ki, Qacar Şuşa üzərinə ikinci yürüşündə topları həmin meşədə gizlədib şəhərin müdafiə barısını vururmuş. Topçular qalanın hündür barısını gündüz topla vurub dağıdır, qaladakılar isə gecə ilə həmin yeri yenidən hörüb bərpa edirmişlər. İbrahimxəlil xan özü başda olmaqla, bir dəstə süvari ilə qəflətən Topxanaya hücum edərək Qacarın toplarını məhv edir.

Azərbaycan dövlətinin əldə etdiyi tarixi qələbə nəticəsində işğal altında olan bütün ərazilərimiz azadlığına qovuşdu. Artıq 4 ildir Qarabağ və Şərqi Zəngəzur yenidən tikilib qurulur, məhv olan təbiət canlanır. Dövlət başçısının rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir. Ermənilərin ekoterroruna məruz qalan yaşıllıq zolaqları, meşə təsərrüfatları bərpa edilir. Ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlərə Topxana meşəsi də daxildir.

İllərlə ermənilərin mina tarlasına çevirdikləri ərazilər təmizlənir, istifadəyə yararlı hala gətirilir. Müharibənin bitməsindən cəmi bir il sonra - 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə 20 mindən çox ting əkilib. 3 tona yaxın toxum səpilib ki, bu da gələcəkdə bu ərazilərin zəngin təbii resurslarını yenidən əldə etməyə şərait yaradacaq. Quruculuq dövrü meşə sahələrinin də bərpasına təkan verir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası çərçivəsində 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı və qarağac kollarının əkilməsi, əraziyə 100 kiloqram palıd toxumu səpilməsi artıq meşəyə yeni həyatın qayıtmasından xəbər verir. 28 il işğal altında qalmış Topxana meşəsində dağıdılmış bitki örtüyü, məhv edilmiş heyvanat aləminə yeni nəfəs gəlib. Qələbəmizin simvolu olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yerli sakinlərin qayıtması ilə qaynar həyat başlayıb. Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də işğaldan azad olunan ərazilərdə bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu baxımdan, həmin ərazilərdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılır.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 07 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see145

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see125

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see120

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see120

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see120

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see118

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see118

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see116

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see116

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see115

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see114

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see113

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see113

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see113

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see111

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see111

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see111

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri