Icma.az
close
up
RU
Ermənilərin kilsə siyasəti metastaz verib

Ermənilərin kilsə siyasəti metastaz verib

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Ermənilərin kilsə siyasəti metastaz verib. Ermənistan baş naziri bunu dərk edib, kilsənin yaratdığı acınacaqlı durumdan qurtula biləcəkmi? Bunu yalnız zaman göstərəcək. Son günlər Nikol Paşinyan sosial şəbəkə hesabında II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var iddiaları ilə çıxış etməsi ciddi qarşıdırmaların başlanğıcından xəbər verir.

Siyasi ekspert Əkrəm Bəydəmirli deyib ki, ümumiyyətlə, erməni kilsəsi ilə bağlı bəzi məqamlara münasibət bildirmək istərdim. Acı reallıqdır ki, ermənilər bütün qara əməllərini məhz kilsə vasitəsilə gerçəkləçdiriblər. Bu toplumun regiona köçürülməsi, ümumilikdə Cənubi Qafqazda böyük faciələrin başlanğıcı olmaqla yanaşı, həm də düşünülmüş məkrli planların tərkib hissəsi idi. Bu planın gerçəkləşməsində ermənilərlə bərabər bir sıra xarici dövlətlər, o cümlədən Çar Rusiyası öz maraqları çərçivəsində fəaliyyət göstərib. İndi real vəziyyətə və bir çox tarixi proseslərə nəzər salanda bir daha təsdiqlənir ki, burada əsas oyunçulardan biri olan Rusiya erməni kartından maksimum yararlana bilib. Çar Rusiyası anlayırdı ki, Qafqaza yiyələnmək üçün etibarlı dayaqlar lazımdır. Lakin Qafqazda yaşayan xalqların rusların bu regiona gəlişinə razılıq verəcəyi mümkün deyildi. Ona görə də ermənilərin Cənubi Qafqaz regionuna, qədim Azərbaycan torpaqlarına bilavasitə rusların dəstəyi ilə köçürülməsi prosesi ardıcıllıqla baş verib.
Yenidən yaddaşları yeniləmək məqsədilə bəzi tarixi faktlara nəzər salaq. Ermənilər XVII əsrdən başlayaraq özlərini əzilmiş, əzabkeş bir xalqın nümayəndələri kimi qələmə verərək, Rusiyadan və digər ölkələrin siyasi rəhbərliklərindən yardım istəmişdilər. 1699-cu ildə kilsə nümayəndəsi İsrail Ori və Minas Vardapet də bu cür xahişlə Qərbi Avropa ölkələrinə göndərilmişdi. Onlar Avstriya, Florensiya dövlətlərindən erməni dövlətini yaratmaq üçün xahiş etdilər. Həmin dövrdə İsrail Ori Rusiya imperatoru I Pyotrla görüşməyə nail olaraq öz planlarını ona bildirdi. Ermənilərin çirkin niyyətləri Rusiyanın Cənubi Qafqaz siyasətinə uyğun olduğuna görə I Pyotr bu planı qəbul etdi.
Bununla da ermənilərin Azərbaycan torpaqlarında yerləşdirmə planının əsası qoyuldu. I Pyotr Qafqazda özünə etnik dayaq yaratmaq məqsədi ilə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi planını reallaşdırmağa cəhd etdi. Bunun üçün o, 1724-cü ildə xüsisi fərman imzaladı. Lakin bir sıra faktorlar bu prosesi xeyli ləngitdi. 1725-ci ildə I Pyotrun ölümü, Rusiyada davam edən müxtəlif saray çevrilişləri, mərkəzi hakimiyyətin zəifləməsi, eləcə də Nadir şahın uğurlu siyasəti, daha sonra rus-türk müharibələri və Ağa Məhəmməd şah Qacarın yürüşləri ermənilərin Azərbaycan ərazilərinə köşürülməsi planın təxminən yüz il ərzində həyata keçməsinə imkan vermədi.
Yalnız XIX əsrin əvvəllərindən bu məkrli plan işə düşərək, hayların Cənubi Qafqaza köçürülməsinə mərhələrlə imkan yarandı. Son 200 ildə baş verən bütün bu fəlakətlərin, çaxnaşmaların əsası qoyuldu:

"Bir vacib məqamı qeyd etmək istərdim. Alban apostol kilsələrinin qriqoriyanlaşması prosesi ermənilərin strateji planlarının gerçəkləşməsinə dəstək oldu.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən yararlanmağa çalışıb, Çar Rusiyasına bölgədə sədaqətlə xidmət edəcəklərinə söz verdilər. Həmin dövrdə erməni kilsəsinin əsas məqsədi Alban apostol kilsəsinin irsini ələ keçirmək idi ki, buna da hiyləgərcəsinə nail oldular. I Nikolayın 1836-cı il 11 mart tarixli Fərmanı ilə Alban apostol kilsəsinin maddi-mədəni irsi erməni qriqoryan kilsəsinə verildi. Rusiya imperatorunun bu addımı Cənubi Qafqazdakı Alban mədəniyyətinin ermənilər tərəfindən məhv edilməsinə şərait yaratdı.

Nəhayət görünən odur ki, hazırda Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən əski ssenarilərini gerçəkləşdirmək istəyir".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri