Ermənilərin “kürkünə birə düşüb”: “Türk generallar Bakıya çay içməyə gəlməyiblər”
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
- +
Türkiyə hərbçilərinin Bakıya gəlişi və bir sıra görüşlər keçirməsi ermənilərin kürkünə birə salıb. Tribunainfo.az xəbər verir ki, son 3 gündə erməni mediasında bu mövzuda onlarla məqalə və xəbər dərc olunub.
Kürkünə birə düşənlərdən biri də ekspert Qriqor Balasanyandır. Qatı anti-Azərbaycançı olan Balasanyan iddia edir ki, türk generallar Bakıya çay içmək üçün gəlməyiblər. “Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycandadır. Ora çay içməyə getdiklərini düşünmürəm”.
Onun sözlərinə görə, guya, Azərbaycan gözünü Zəngəzura dikib. “Hamımız bilirik ki, azərbaycanlıların gözü Sünikdədir. Deyirlər, ora Qərbi Azərbaycandır. Və belə gedişlə oraya da yerləşəcəklər”.

Ermənilərin kürkünə birə düşüb
23 Aprel 2025 19:02
“Made in Turan” ermənilərin “kürkünə birə salıb”
27 Noyabr 2024 12:08
Simonyan separatçıların kürkünə birə saldı
13 Fevral 2025 10:58
Türk aktrisa Bakıya gəldi
26 İyun 2025 17:28
Bakıya enən ermənilərin təhlükəsizliyi təmin olunub RƏSMİ
13 İyun 2025 20:54

