Ermənilərin Qarabağdan çıxmayacağını hələ 2008 ci ildə anlamışdım
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rambuye görüşündə bəlli oldu ki, onlar heç bir kənddən də çıxmaq niyyətində deyillər”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Mediatürk TV-nin efirində yayımlanan “Gündəm masada” verilişində deyib.
Sabiq nazir Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan və Azərbaycanın hərbi həll yoluna üstünlük verməsinin səbəblərindən danışıb:
“Mən nazir olanda vəziyyət tamamilə fərqli idi. Torpaqlarımız işğal altında idi, məcburi köçkünlərimiz var idi. Əlbəttə, istəyirdik ki, məsələni sülh yolu ilə həll edək, ən azı rayonları azad edək. Amma 2008-cı ildə Rambuyedə Köçəryanla keçirilən zirvə görüşündə bəlli oldu ki, onlar heç bir kənddən də çıxmaq niyyətində deyillər. Bundan sonra belə qərar qəbul etdik ki, ordumuzu gücləndirməli və bu məsələni müharibə yolu ilə həll etməliyik. Bu da alındı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Noyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















