Icma.az
close
up
RU
“Ermənilərin Sumqayıtda başlatdığı təxribata Ordumuz Qarabağda son qoydu” Mehriban Vəliyeva

“Ermənilərin Sumqayıtda başlatdığı təxribata Ordumuz Qarabağda son qoydu” Mehriban Vəliyeva

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Üzərindən 37 il ötsə də, Sumqayıt hadisələri xalqımızın yaddaşında silinməz izlər buraxdı. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə baş verən o müdhiş olaylar növbəti erməni təxribatı  olaraq tarixə yazıldı. Böyük əksəriyyət Sumqayıt hadisələrini Ermənistan-Azərbaycan münaqişəsini alovlandırmaq üçün təşkil olunmuş böyük təxribat hesab edir. Çünki Sovet İttifaqının dayaqlarının laxladığı bir dönəmdə respublikalarda milli ədavətin qızışdırılması Moskvaya hava-su kimi lazım idi. “Parçala və hökmranlıq et” prinsipinə sadiq qalan Kreml bu dəfə də “etnik zəmində qarşıdurma” silahını işə saldı. O vaxta qədər fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini müstəvidə ayrı-seçkilik və qarşıdurma baş verməmişdi. Təsadüfi deyil ki, sonralar Sumqayıt hadisələri Ermənistanın “Dağlıq Qarabağ"dakı separatçı siyasətinə haqq qazandırmaq üçün istifadə edildi”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, 15-dən çox müxtəlif millətin yaşadığı Sumqayıtda o zaman təqribən 18 min etnik erməni yaşayırdı: “Sumqayıt yeni salınmış müasir şəhər idi. Orada müxtəlif millətlərin nümayəndələrinin olması təbii idi. 1988-ci ilin fevralına qədər şəhərdə etnik zəmində hər hansı bir qarşıdurma baş verməmişdi. Birdən-birə şəhərdə Azərbaycan və erməni icmaları arasında baş verən qarşıdurmalar təxribat ssenarisinin yuxarı dairələr tərəfindən hazırlandığına işarə idi. Məlumatlara görə, ixtişaşlar zamanı öldürülən 32 nəfərdən 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. Bundan əlavə, 400-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı, şəhərdə yerləşən 200-dən çox mənzil və ictimai obyektə ciddi ziyan dəymişdi, 50-dən çox avtomobil yandırılmışdı. Bu qarşıdurmadan dərhal sonra Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqını ittiham etməsi, ermənilərin Qarabağda separatçılıq faəliyyətinə əl atması şübhələri doğrultdu. Azərbaycan Baş Prokurorluğunun istintaq materiallarına əsasən, hadisələrdən bir neçə gün əvvəl Sumqayıtda yaşayan erməni əsilli şəxslərin bir qismi bank hesablarını boşaldaraq şəhəri tərk ediblər. İğtişaşları təşkil edən qruplar xüsusən kriminal keçmişi olan şəxslərdən ibarət idi. Müəyyənləşdirilib ki, qətllər və talanlar erməni əsilli Eduard Qriqoryanın rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib. Xarici KİV-lər məlum hadisələri "Azərbaycanlıların ermənilərə qarşı soyqırımı" kimi təqdim etməyə çalışırdılar. Bütün təbliğat ermənilərin müdafiəsi üzərində qurulmuşdu. Xalqımızın iradəsini sarsıtmaq, Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün atılan addımlar əks effekt verdi. Bu hadisələrdən sonra ölkədə milli oyanış hərəkatı, azadlıq uğurunda mübarizə daha da gücləndi”.

Deputat qeyd etdi ki, ermənilər tərəfindən törədilən cinayətlər azərbaycanlıların üzərinə atıldı: “Hadisələrin təşkilatçısı kimi Əhməd Əhmədov adlı azərbaycanlı gənc təqsirli bilinərək güllələndi, digər azərbaycanlılar həbs edildilər. Eduard Qriqoryan Ermənistana ekstradisiya olundu və tezliklə azadlığa buraxıldı.  SSRİ Baş Prokurorluğunun ört-basdır etdiyi məqamları araşdırmaq üçün Prezident cənab  İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi. Sübut olundu ki, məlum hadisələri kriminal keçmişi olan ermənilər Sovet təhlükəsizlik orqanlarının sifarişi ilə həyata keçiriblər. Olaylardan sonra erməni separatizmi daha geniş vüsət aldı, Qarabağda vəziyyət məcrasından çıxdı. Amerikalı məşhur politoloq Pol Qoblun qeyd etdiyi kimi, Sumqayıt hadisəsi Azərbaycan xalqının erməni xalqına qarşı törətdiyi cinayət deyil, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi təhriki ilə həyata keçirilən cinayətdir”.
Mehriban Vəliyeva sonda onu da əlavə etdi ki, Sumqayıt hadisələri Azərbaycan xalqının yaddaşını təzələdi: “Bizə ermənilərin 20-ci əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri cinayətləri unutdurulmuşdu. 1905-ci il Bakıda baş vermiş erməni-müsəlman davası, 1918-ci ilin Mart soyqırımı haqqında orta və gənc nəsil məlumatlı deyildilər. Bizdən fərqli olaraq ermənilər “tarixi missiyalarını” unutmamışdılar, tətikdə dayanmışdılar. Onlar həm Moskva ilə “dil tapa” bilmişdilər, həm Qərblə əməkdaşlıq edirdilər, həm də ölkəmizdə çörəyimizdən yeyib, suyumuzdan içib bizə qarşı təşkilatlanmışdılar. Onlar beynəlxalq ictimaiyyəti inandıra bilmişdilər ki, azərbaycanlılar ermənilərlə bir yerdə yaşamaq istəmirlər. Odur ki, Azərbaycandakı ermənilərin milli haqları tanınmalı, onlara öz müqəddəratını təyin etmək üçün dəstək verilməlidir. Bu tezis 2020-ci ilin sonlarına - 44 günlük Vətən müharibəsinə qədər gündəmdə idi. Ermənistan prezidentləri Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda açıq şəkildə deyirdilər ki, azərbaycanlılarla ermənilər arasında etnik uyğunsuzluq var və onlar bir yerdə yaşaya bilməzlər. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında bu uyğunsuzluğu aradan qaldırdı.  1988-ci ildə Sumqayıtda yenidən baş qaldıran erməni şovinizminə Ordumuz 2023-cü il sentyabrın 19-da son qoydu. “Böyük Ermənistan” xülyasının tabutunu mismarlayıb İrəvana yola saldıq. 1988-ci il hadisələri həm də bütün dünyaya onu göstərdi ki, türklər heç zaman müharibə tərəfdarı olmayıb. Bizə toxunmadıqca, bizim də kimsəylə işimiz olmaz. Amma təhqir və  təhdidlərə dözümsüzük. Biz qisasımızı döyüş meydanında, mərdcəsinə alırıq və intiqamımız ağır olur”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri