Icma.az
close
up
RU
Dövlət Komitəsinin sədri ABŞ nin Etnik Anlaşma Fondunun nümayəndə heyəti ilə görüşüb

Dövlət Komitəsinin sədri ABŞ nin Etnik Anlaşma Fondunun nümayəndə heyəti ilə görüşüb

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BAKU.WS-in məlumatına görə, Komitə sədri bildirib ki, ölkəmizdə zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlətin din siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dini konfessiyalara və ibadət yerlərinə göstərilən hərtərəfli dövlət dəstəyində öz əksini tapır. Müxtəlif dinlərin nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, bütün azərbaycanlılar üçün qürur mənbəyidir. Görüş zamanı Bakı Prosesi çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərin əhəmiyyətinə də toxunan Komitə sədri bu platformanın müxtəlif mədəniyyət və dinlərarası sivilizasiya arasında dialoq, əməkdaşlıq üçün geniş imkanlar yaratdığını, tolerantlığın qlobal səviyyədə təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.

Etnik Anlaşma Fondunun prezidenti, Hampton sinaqoqunun təsisçi direktoru Ravvin Mark Şnayer ölkəmizdə uzun illərdir mövcud olan dini tolerantlıq və qarşılıqlı hörmət mühitini yüksək dəyərləndirdiyini qeyd edib. O, Azərbaycanın müxtəlif dini və etnik qrupların sülh, həmrəylik və anlayış şəraitində birgə yaşaması üçün yaratdığı nümunəvi modelin xüsusi diqqət çəkdiyini bildirib. Azərbaycan tolerantlığının parlaq nümunələrindən birinin də bu ölkədə yəhudi icmasına göstərilən qayğı olduğunu deyib.

Görüşdə mövcud dinlərarası harmoniya mühitinin möhkəmləndirilməsi ilə bağlı müxtəlif ideya və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri