Icma.az
close
up
RU
Ermənilərin xilas yolu...Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq

Ermənilərin xilas yolu...Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Nəqliyyat kommunikasiya qovşağının Zəngəzurdan keçən 40 km hissəsinin açılması, çox ehtimal ki, yaxın vaxtlarda öz müsbət həllini tapacaq”


"Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək". Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib. C.Yılmaz, həmçinin, Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması istiqamətində işlərin davam etdirildiyini də vurğulayıb. Son günlər Ermənistan mediası Bakı və İrəvan arasında Zəngəzur dəhlizinin açılması barədə yekun razılıq olduğunu yazıb. 

"Hraparak" qəzetinin məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan pərdə arxasında dəhlizin “maneəsiz keçid” prinsipi ilə açılmasına razılaşıb. Artıq bu istiqamətdə işlər aparıldığı qeyd edilir. İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr “maneəsiz keçid” anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar. Qəzetdə qeyd edilib ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq. Bu, Ermənistanın bəzi rəsmi şəxsləri tərəfindən də dəstəklənir. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, Bakıya maneəsiz yol verilməsinə hazırdırlar. Nəşr əlavə edib ki, status məsələsinə gəlincə, hansı yol olursa-olsun, Azərbaycan bunu “dəhliz” adlandıracaq. 


Politoloq Əli Oruclu "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi artıq beynəlxalq məsələyə çevrilib və bunun həlli də demək olar ki, İrəvanın iradəsindən kənardadır. Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın hədəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı daha çox dividend əldə etməkdir: 

"Regional güclər və Qərb dəhlizin açılmasında maraqlıdır və İrəvanı da davamlı olaraq buna təşviq edirlər. Məsələnin mübahisə doğuran tərəfi dəhlizə kimin nəzarət edəcəyidir. Çünki buna həm Rusiya, həm də Qərb iddialıdır. 10 noyabr 2020-ci il Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı birgə bəyanatın şərtlərinə görə dəhlizin təhlükəsizliyinə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin timsalında Moskva cavabdehlik daşıyır. Bu o anlamı verirdi ki, Rusiya əsas nəzarətçi olmalıydı. Lakin Qərbin müdaxiləsi və İrəvana davamlı təzyiqlərindən sonra Paşinyan həmin razılaşmadan boyun qaçırdı və suverenlik və yurisdiksiya məsələlərini qabardaraq Moskvanı oyundan kənara qoymağa çalışdı. Dəhliz təkcə Azərbaycandan Azərbaycana gediş-gəlişi təmin etməyəcək. Həm də Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihənin bir parçası olduğundan Fransanın da buna mane olacağı inandırıcı deyil. Paris regionda və Zəngəzur dəhlizi məsələsində öz maraqlarına oynayır". 


Həmsöhbətimiz vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın dünyaya açılması baxımından çox vacibdir və bunun ləngidilməsi ziyanınadır:

 "Ona görə də Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə nəzərdə tutan nəqliyyat kommunikasiya qovşağının Zəngəzurdan keçən 40 km hissəsinin açılması çox ehtimal ki, yaxın vaxtlarda öz müsbət həllini tapacaq. Prinsipcə, erməni ictimaiyyəti buna xilas yolu kimi yanaşırlar. Ötən həftə erməni mətbuatının dəhliz boyu yaşayış məskənlərinin sakinlərdən hazırladığı reportajda da onların həyatlarına bunun müsbət təsir göstərəcəyinə ümidlə yanaşıblar. Demək, cəmiyyəti hazırlamaq Paşinyan hökuməti üçün elə də çətin olmayacaq. Dəhlizə müqaviməti göstərən İran da tədricən bununla razılaşmalı olacaq. Tehran təklənib və artıq öz təhlükəsizliyi onu daha çox qayğılandırır. Böyük regional və qlobal güclərə qarşı çıxmaq, prosesi ləngitmək kimi Tehranın gücü də yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see170

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see152

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri