Icma.az
close
up
RU
ERMƏNİNİN SONRAKI AĞLI... Günahkar Ter Petrosyan və “Qarabağ hərəkatı” imiş?

ERMƏNİNİN SONRAKI AĞLI... Günahkar Ter Petrosyan və “Qarabağ hərəkatı” imiş?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixən “müsəlmanın sonrakı ağlı…” kimi ifadədən istifadə etmişik və bunu özümüzə şamil etməyə öyrəşmişik. Yəni, vaxtında ağıllı, düzgün qərar verməyib, sonradan peşmançılıq çəkdiyimizi bu cür ifadə etmişik. Son zamanlar isə həmin misal qonşumuz olan, amma qonşuluq yox, nankorluq edən ermənilər üçün aktual və keçərli olub.

İndi ermənilər uzun illərdir bizə qarşı yürütdükləri çirkin düşmənçilik siyasətinin üzdə də olsa peşmançılığını çəkirlər. Peşman olmaq üçün də kifayət qədər ciddi əsasları – 44 günlük müharibədəki və sonrakı anti-terror əməliyyatındakı məğlubiyyətləri var. Gördülər ki, bir gün bütün pisliklərə görə cavab vermək məqamı çatır və həmin gün səni nə rus, nə fars, nə fransız qurtara bilmir…

Bu baxımdan Ermənistanda tanınmış politoloqlardan olan və Paşinyan hökumətinə müxalif mövqeyilə seçilən Aqrişti Kiviryan adlı politoloqun “facebook” paylaşımı diqqətə layiqdir. Bu paylaşım “erməninin sonrakı ağlı” ifadəsinə kifayət qədər uyğun gəlir. Ümumiyyətlə, son zamanlar erməni siyasi “camiyəsində” Ermənistanın sabiq prezidenti levon Ter-Petrosyan tez-tez hədəfə alınır. Buna da səbəb onun 1980-ci illərdə Qarabağda “erməni hərəkatı”nı başlatması və bununla da erməniləri “zibilə salmasıdır”dır.


Kiviryan da eyni mövqedən çıxış edir və bildirir ki, erməni rəhbərlərin apardığı səhv siyasət nəticəsində ermənilər vaxtilə Azərbaycanda malik olduqları oluqca sərfəli mövqeləri, vəzifələri, imkanları itirdilər: “Moskva hələ 1923-cü ildə “artsax məsələsi” üçün real qarşılıqlı kompromis variantı tapdı, Azərbaycanın tərkibində ermənilər üçün muxtar vilayət yaratdı və bu ölkədə ermənilərə çoxsaylı rıçaqlar verdi. Bütün bunlar 1988-ci ildə, o cümlədən Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Qarabağ Komitəsi”nin fəaliyyəti nəticəsində süquta uğradı və erməni millətini məsələnin həllinin birləşməkdə, yəni Qarabağın Ermənistana birləşdirilməsində olduğuna inandırdılar. Nəticədə ermənilər Azərbaycandakı bütün hakim mövqelərini itirmiş, xeyli sayda erməni qaçqın vəziyyətinə düşmüş, təkcə Bakını və Azərbaycanın digər iri şəhərlərini deyil, Kürün sağ sahilinin ərazisini, Qarabağ düzünü də tərk etmişlər…”

Daha sonra Kiviryan ermənilərin vaxtında kompromisə getməməsinə haqq qazandırmağa çalışır. Çünki onlara təklif olunan kompromislər guya 1988-ci ilə qədərki şərtlərdən daha pis idi. Bununla yanaşı, politoloq yazır ki, əslində, həmin vaxt ermənilər Birinci Qarabağ Müharibəsindən qalib çıxdıqlarını düşünürkən aldanıblar: “Və birdən onlara deyirlər ki, birləşmə olmayacaq, dünya “artsax”ın müstəqilliyini tanımayacaq və məsələnin ən yaxşı həlli qarşılıqlı kompromis variantıdır. Yəni, bu qədər məşəqqət və mübarizədən sonra millətə 1988-ci ilə qədər ermənilərin Azərbaycanda malik olduqlarından hər cəhətdən daha pis variant təklif olundu.

Bəs bütün bu çətinliklərin, mübarizələrin məqsədi nə idi? O idi ki, bir qrup “Qarabağ hərəkatı” dalğası üzərində hakimiyyəti ələ keçirsin? Sonra da artıq iki xalqı qanlı düşmən edəndən sonra bu prosesi necə sıfırlamaq barədə düşünsün?”

Sözsüz ki, indiki “ağıllı şərhlərinə” baxmayaraq, Kiviryan və onun kimilər zamanında qatı millətçi, qaniçən şüarların və hərəkatların ardınca qaçan, işğalı bayram edən, qaniçənliyi dəstəkləyənlər olub. İndi isə bu yolun ermənilərin özlərinə də baha başa gəldiyini və vəziyyətlərinin hətta daha pis ola biləcəyini anlayırlar. Bir çoxları onu da anlayırlar ki, onları bu “oyuna” salan və onlardan istifadə edən Rusiyanın yox, Azərbaycanın və Türkiyənin ətəyindən yapışmaq, bütün qonşularla düz dolanmaq lazımdır.

Hər halda, sevindirici haldır ki, ermənilərin əksəriyyətinin gec və üzdə də olsa “ağıllarını başlarına yığmalarının” əlamətləri görünür. Əlbəttə, əgər rus bir tərəfdən, fars, fransız və s. digər tərəfdən yenə ağıllarını almasa…

C.Məmmədli

“AzPolitika.info”   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri