Icma.az
close
up
RU
Ermənistan 37 il öncə Azərbaycan təyyarəsini vurmuşdu...

Ermənistan 37 il öncə Azərbaycan təyyarəsini vurmuşdu...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

7 dekabr 1988-ci il... Həmin tarixdə Ermənistanın şimalında - əzəli Azərbaycan torpaqlarında 7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. 
11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatmışdı. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. 
Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vuruldu. 
Ermənistan rəsmiləri və mediası bu günə kimi təyyarənin vurulmadığını, qəzaya uğradlğını iddia edir. Erməni rəsmilər bildirirlər ki, “1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən “İL-76M” markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıb”. 
69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı. 
Bu hadisə, Ermənistan ərazisində baş verən böyük aviasiya qəzası kimi tarixə düşüb.

O zaman təyyarənin “qara qutu”su qəzanın səbəbi kimi pilotların səhvini göstərdi. Bildirilirdi ki, təyyarənin ekipajı uçuşdan əvvəl kifayət qədər istirahət edə bilməyib və qısa müddətdə bir neçə qrafikdən kənar uçuş həyata keçirib.

Həmin günlərdə keçmiş Yuqoslaviya respublikasından yardım daşıyan təyyarə də Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Bəzi məlumatlara görə, bu təyyarəni də erməni terrorçular Türkiyəyə məxsus оlduğunu gümаn еdərək vurmuşdulаr.
Deyilənə görə, Spitak zəlzələsinə görə ABŞ-a səfərini yarımçıq qoyan SSRİ prezidenti Mixail Qorbaçov da təyyarə ilə Gümrüyə eniş edərkən son anda qəzadan qurtulmuşdu.

Azərbaycandan Ermənistana uçan təyyarə SSRİ Müdafiə Nazirliyinin balansında idi və Litva ərazisində dislokasiya olunmuşdu. Qəzaya uğrayan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndərilmişdilər. 
Qəzadan sağ qurtulan yeganə şəxs - Fəxrəddin Balayev 2010-cu ildə dünyasını dəyişib.
Spitak zəlzələsi bütün SSRİ-ni sarsıtmışdı və müttəfiq respublikaların bütün rəhbərləri, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirov da Ermənistana yollanmışdı.

Bununla yanaşı, Emil Axundovun başçılığı altında axtarış-xilasetmə işlərində aktiv iştirak edən azərbaycanlı xilasedicilər təşəkkürnamələrlə mükafatlandırılmışdılar.

Azərbaycanlı xilasedicilər əsasən Gümrü yaxınlığındakı Haribcasyan kəndində və Amasiya rayonunun kəndlərində fəaliyyət göstərmişdilər.

Həmin vaxt Ermənistana dəmiryolu xətti ilə gətirilən yardımların 85 faizi Mahaçqala-Bakı-Naxçıvan-İrəvan xəttinin payına düşürdü.

Amma həmin vaxtlar Qarabağda yaranmış gərginlik Azərbaycan və Ermənistan arasındakı münasibətlərə öz mənfi təsirini göstərmişdi. Ermənistan Nazirlər Şurasının sədri Fadey Sarkisyan öz “Həyat dərsləri” kitabında bəzi ermənilərin Azərbaycandan göndərilən yardımları geri qaytardığını yazır.
Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Dekabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri