Ermənistan ABŞ ilə Tramp marşrutunun icarəyə verilməsi üçün iki variantı müzakirə edir
Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan hökuməti ABŞ ilə Sünikdən keçən “Tramp marşrutu”nun 49 və ya 99 il müddətinə icarəyə verilməsi üzrə iki ssenarini müzakirə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında məlumat verib.
Paşinyanın sözlərinə görə, avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamə zamanı ilkin olaraq 99 illik icarə variantı gündəmdə olub.
Baş nazir bildirib ki, müzakirələrin siyasi tərəfi yoxdur və məsələ yalnız maliyyə-iqtisadi şərtlərlə bağlıdır. Onun sözlərinə görə, investor qoyduğu sərmayənin geri dönüşü və mənfəət əldə etməsinə dair təminat görməlidir. İcarə müddəti də məhz investisiyanın özünü nə qədər müddətə doğrultmasına əsasən müəyyənləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















