“Ermənistan Aİ yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” Rəsmi Moskva
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsində əvvəlcə referendum keçirməli və vətəndaşların münasibətini öyrənməli, yalnız bundan sonra Brüsselə rəsmi müraciət göndərməlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
“Düşünürəm ki, əvvəlcə referendum keçirilməli və xalqın fikri öyrənilməli, bundan sonra Brüsselə rəsmi müraciət təqdim edilməlidir. Son dövrlərdə Ermənistan rəhbərliyinin açıq şəkildə bəyan etdiyi kimi, bunun əksi baş verməməlidir”, – diplomat bildirib.
Pankin qeyd edib ki, Baş nazir Nikol Paşinyan hökumətinin Avropaya inteqrasiya istiqamətində atdığı addımlar ziddiyyətli vəziyyət yaradıb. Onun sözlərinə görə, İrəvan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdən əldə etdiyi iqtisadi üstünlüklərdən başqa bir birliyə qoşulmaq ideyasını təşviq etmək üçün istifadə edir.
Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, ümumxalq səsverməsinin keçirilməsi Ermənistanın gələcək inteqrasiya istiqamətinin müəyyənləşdirilməsi baxımından konstitusion prosedura uyğun olardı.
Eyni zamanda, o, Aİ-yə üzvlüklə bağlı müraciət göndərildikdən sonra vətəndaşların fikirlərinin artıq nəzərə alınmayacağından narahatlığını ifadə edib.
Bu mövzuda digər xəbərlər:Ermənistan Aİ yə üzvlüklə bağlı referendum keçirməlidir Putin
10 May 2026 11:27
Ermənistan parlamenti Aİ yə üzvlük prosesinin başlanmasını rəsmiləşdirdi
26 Mart 2025 11:36
Ermənistan Aİ yə üzvlük kursunu qəbul edərsə... Zaxarova
31 Yanvar 2025 13:05
Matviyenko Rubinyana: Aİ yə üzvlük Ermənistan üçün dağıdıcı olacaq
06 Avqust 2026 19:33
Baxış sayı:78
Bu xəbər 09 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















