Icma.az
close
up
RU
Ermənistan Avropa müşahidəçilərini çıxarmağa tələsmir

Ermənistan Avropa müşahidəçilərini çıxarmağa tələsmir

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş 8 avqust Azərbaycan-Ermənistan razılaşması çərçivəsində əsas prioritet qarşılıqlı etimadın formalaşdırılması və sülh prosesinin təmin olunması idi.

Hazırda sərhəd xəttində heç bir atışma faktı qeydə alınmır, eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrə start verilib.

Həmin razılaşmalarda, bəyanatlarda və ortaya qoyulan mövqelərdə tərəflər arasında sərhəddə üçüncü tərəflərə məxsus əlavə qüvvələrin yerləşdirilməməsi məsələsi də öz əksini tapıb.

Təəssüf ki, Ermənistan tərəfi bu razılaşmalardan irəli gələn bir sıra öhdəliklərlə yanaşı, məhz bu bəndi də yerinə yetirmir. Belə ki, Ermənistan ərazisində, Ermənistan–Azərbaycan sərhədində Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti hələ də davam etdirilir və bu missiya Azərbaycanla razılaşdırılmamış formada fəaliyyət göstərir.

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Anar Əliyev deyib ki, Ermənistanda hələ də belə düşünürlər ki, prosesləri mümkün qədər uzatmaqla, Azərbaycan–Ermənistan münasibətlərini sülh danışıqları mərhələsindən yekun sülh müqaviləsinə gətirib çıxarmamaqla zaman qazana bilərlər. Bu zaman qazanmaq cəhdi gələcəkdə Ermənistan üçün daha əlverişli beynəlxalq şəraitin formalaşacağına dair yanlış ümidlər üzərində qurulub. Bu düşüncənin əsas elementlərindən biri də Ermənistan ərazisində münasibətləri gərginləşdirə biləcək əlavə qüvvələrin yerləşdirilməsidir. Ekspertin sözlərinə görə, Avropa İttifaqı missiyasının Ermənistan ərazisində fəaliyyətinin davam etdirilməsi də məhz bu yanaşma ilə bağlıdır:

“Nəzərə almaq lazımdır ki, qarşıdakı il Ermənistanda parlament seçkiləri keçiriləcək. Mövcud hakimiyyətin öz mövqeyini qoruyub saxlaması halında hesab edirəm ki, seçkilərdən sonra regionda münasibətlərin tənzimlənməsi istiqamətində müəyyən ciddi irəliləyişlər əldə oluna bilər. Yalnız bu halda müşahidə missiyasının fəaliyyətinin yekunlaşdırılmasını proqnozlaşdırmaq olar. Və ya missiya Ermənistan ərazilərinə doğru çəkilə də bilər.

Yeni komandanın hakimiyyətə gəlməsi halında Cənubi Qafqazda sülhün bərqərar olması, sülh prosesinin nizamlanması və sülh müqaviləsinin imzalanması üçün müəyyən risklər yarana bilər. Çünki yeni hakimiyyəti formalaşdıracaq daxili və kənar qüvvələr bölgədə Azərbaycanın üstünlüyünü təsdiqləyən və davamlı, uzunmüddətli sülhə gətirib çıxaracaq razılaşmanı öz maraqlarına zidd hesab edirlər və bu prosesin mümkün qədər uzadılmasına çalışacaqlar.

Bu baxımdan Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda ən azı seçkilərə qədər fəaliyyətini davam etdirəcəyi gözləniləndir.

Böyük ehtimalla seçkilərdən sonra Ermənistan hökumətinin (Paşinyanın hakimiyyətdə təmsil olunması davam edərsə) 8 avqust bəyannaməsinə və Azərbaycanın atdığı addımlara adekvat reaksiyalarını müşahidə edə biləcəyik”.

Anar Əliyev vurğulayıb ki, missiya Avropa maraqlarına xidmət edir.
"Missiyanı təmsil edən qüvvələr Cənubi Qafqazda davamlı və möhkəm sülhün bərqərar olmasında maraqlı deyillər. Onların məqsədi bölgədə proseslərə yeni impuls və istiqamət vermək, bununla da Avropa strukturlarının Cənubi Qafqazda təmsilçilik imkanlarını genişləndirməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri