Icma.az
close
up
RU
Ermənistan Avropa Sülh Fondundan sülh yox, silah istəyir

Ermənistan Avropa Sülh Fondundan sülh yox, silah istəyir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 20-də İrəvanda Avropa İttifaqının (Aİ) Şərqi Avropa və Mərkəzi Asiya dövlətlərindəki səfirlərinin regional seminarı keçirilib. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan seminarda “Ermənistan–Avropa İttifaqı münasibətləri: ümumi gələcəyin qurulması” adlı açılış nitqi söyləyib.

Mirzoyan Ermənistanın Avropaya inteqrasiyası istiqamətində rəsmi İrəvanın atdığı addımlardan danışıb. Bildirib ki, bu seminarın İrəvanda keçirilməsi Ermənistan–Aİ tərəfdaşlığının artan dərinliyini nümayiş etdirir. Nazir ölkəsinin Aİ-yə inteqrasiyası, bununla bağlı 2025-ci ildə hakimiyyətin təşəbbüsü ilə qəbul edilmiş “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında” qanunu xatırlayıb. Bu kontekstdə Ermənistanın ABŞ-la strateji münasibətlərini fəal şəkildə gücləndirdiyini, cari ilin yanvar ayında superdövlətlə strateji tərəfdaşlığa dair hərtərəfli xartiya, martda isə Niderlandla strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladıqlarını, Böyük Britaniya ilə strateji dialoq qurduqlarını yada salıb, Şimali Avropa dövlətləri və Baltikyanı ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensalın olduğunu vurğulayıb.

Əlbəttə, A.Mirzoyan Aİ ilə münasibətlərdən danışarkən bölgəyə yerləşdirilmiş qurumun yarımhərbi missiyasından bəhs etməyə bilməzdi: “Ermənistan–Aİ əməkdaşlığının digər sütunlarından danışarkən, biz bir neçə il əvvəl ağlasığmaz hesab edilən təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyətin vacibliyini qəbul edirik. Avropa İttifaqı Ermənistanda Monitorinq Missiyasının yerləşdirilməsindən bəri Ermənistanın təhlükəsizlik gündəliyi ilə məşğuldur və biz missiyanın mandatının uzadılmasını alqışlayırıq. Keçən il Azərbaycanla delimitasiya prosesində nəzərəçarpacaq irəliləyişlərə baxmayaraq, təəssüf ki, atəşkəs rejiminin pozulması davam edir və bu, missiyanın yalan ittihamlara (?) qarşı mübarizədə və sərhədyanı ərazilərdə sabitliyin qorunmasında həyati vacib rolunu vurğulayır. Buna görə də hazırkı qeyri-sabit vəziyyətdə atəşkəs rejiminin pozulmasına məqsədyönlü və prinsipial reaksiya son dərəcə vacibdir”.

Mirzoyan Ermənistana silah-sursat alması üçün vəsait ayıran Avropa Sülh Fondu adlanan qurumdan daah çox pul istədiklərini bu sözlərlə ifadə edib: “Ötən il Aİ-nin Avropa Sülh Fondu vasitəsilə Ermənistanı dəstəkləmək qərarı mühüm mərhələ olsa da, biz artıq 2025-ci ildə fond vasitəsilə davamlı dəstək xahiş etmişik. Sizi əmin etmək istəyirəm ki, bu yardım Aİ-nin tərəfdaşlığımızı genişləndirmək və dərinləşdirmək üçün siyasi iradəsinin bariz nümayişi olmaqla yanaşı, həm də çətin anlarda Ermənistanın dayanıqlığını gücləndirir. Biz bütün üzv dövlətlərlə işləməyə davam edərkən belə yardımın proqnozlaşdırıla bilən və əlaqədar olmayan mülahizələrdən azad olmasını təmin etmək üçün tərəfdaşlarımıza arxalanırıq”.

Sülh və qonşuluq münasibətlərinə dair fikirlərini bölüşən nazir ənənəyə sadiq qalaraq yenə də ölkəsini “sülh göyərçini” qismində təqdim etməyə çalışıb: “Mənim ölkəm üçün sülhün alternativi yoxdur. Hökumətimiz Cənubi Qafqazda davamlı sülhün və rifahın təşviqinə əvvəlkitək qətiyyətlə sadiqdir. Biz Azərbaycanla hərtərəfli və institusionallaşdırılmış sülhə can atırıq. Bildiyiniz kimi, Ermənistan və Azərbaycan sülh sazişinin layihəsinin mətninin tamamlandığını, İrəvan isə daha gecikmədən bu sənədi imzalamağa və ratifikasiya etməyə hazır olduğunu bildirib. Azərbaycanın həqiqi narahatlığının olub-olmaması və ya prosesi süni surətdə ləngitməsi (?) hələlik bəlli olmasa da, fakt odur ki, hər ikimizin razılaşdırdığı sülh sazişi layihəsi hələ də imzalanmayıb. Əgər narahatlıqlar, məsələn, konstitusiya məsələsi ilə bağlı səmimidirsə, onda təfərrüatlara varmadan sizi əmin edə bilərəm ki, tərəflərin bütün problemlərini həll etməsinin ən aydın və birbaşa yolu Ermənistan konstitusiya məhkəməsinin müsbət rəyindən sonra saziş imzalamaq və onu parlamentdə ratifikasiya etməkdir”.

Bundan əlavə, A.Mirzoyan istənilən halda avropalı tərəfdaşlarını bu prosesə dəstəyi artırmağa çağırıb: “Ona görə də biz Aİ tərəfdaşlarımızın həm Bakı ilə birbaşa təmaslarında, həm də ictimai bəyanatlarında və mesajlarında Ermənistanla tezliklə sülh sazişinin imzalanmasının zəruriliyini ardıcıl olaraq vurğulayacaqlarını gözləyirik”.

***

A.Mirzoyanın Avropa Sülh Fondundan daha çox vəsait istəməsi Ermənistanın silahlanmaya dair məqsədlərini birbaşa Aİ-nin maliyyə resursları ilə həyata keçirdiyini aydın şəkildə nümayiş etdirir. Bu açıqlama təkcə bölgəmiz üçün deyil, Aİ-nin siyasəti üçün də bir neçə narahatedici məqamı üzə çıxarır. Onun “Ermənistan 2025-ci ildə Avropa Sülh Fondu vasitəsilə daha çox yardım gözləyir və bu yardımın proqnozlaşdırıla bilən, davamlı və siyasi təsirlərdən azad” şəkildə olmasını istəyir” bəyanatı təkcə rəsmi İrəvanın deyil, həm də Aİ-nin Cənubi Qafqaz siyasətinin ikili standartlara əsaslandığını aydın göstərir.

Əslində, ziddiyyət bundadır ki, adı Sülh Fondu olan qurumdan silah almağa və bu silahların daha da çoxalması üçün əlavə vəsait istəməyə çalışan Ermənistan sanki öz ritorikasında sülh, real fəaliyyətində isə hərbi güc amilini önə çıxarır. Mirzoyanın bu cür açıq şəkildə daha çox yardım istəməsi göstərir ki, Ermənistan yeni təhlükəsizlik arxitekturası qurmaq adı altında regionda hərbi balansı dəyişməyə çalışır.

Yeri gəlmişkən qeyd edək ki, Avropa Sülh Fondu Aİ-nin dinc məqsədlərlə fəaliyyət göstərən təhlükəsizlik və müdafiə təşəbbüsüdür. Lakin son illərdə Ukrayna, Moldova və Ermənistan kimi ölkələrə verdiyi dəstəyin forması bu fondun daha çox geosiyasi və hərbi təzyiq alətinə çevrildiyini sübut edir. Ermənistan bu imkanlardan istifadə edərək, özü üçün hərbi baza formalaşdırmağa çalışır. Əgər bu fond həqiqətən “sülh” məqsədi daşıyırsa, bəs niyə Ermənistan bu vəsaiti yalnız silahlanmaya yönəldir? Bəs sülhə xidmət edən diplomatik institutlar, infrastruktur layihələri, təmas xətləri ətrafında etimad quruculuğu təşəbbüsləri niyə bu fondun gündəmində deyil?

Bu bəyanat Ermənistan rəhbərliyinin daxildə və beynəlxalq aləmdə ikili oyun oynadığını növbəti dəfə sübuta yetirir. Paşinyan iqtidarı son aylarda sülh çağırışlarını gücləndirib, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, hətta delimitasiya prosesinə dair addımlar atıb. Lakin paralel olaraq silahlanmanı genişləndirmək üçün Avropadan daha çox pul istəyir. Bu, Paşinyanın rəhbərlik etdiyi komandanın hansısa strateji konsepsiyaya yox, ziddiyyətli və fürsətcil siyasətə əsaslandığını göstərir. Bir tərəfdə sülhdən danışılır, digər tərəfdən isə yeni silahlar almaq üçün Avropa fondlarına, belə deyək, “siyasi təzyiq” göstərilir.

A.Mirzoyan ölkəsini sülhün və qonşuluq münasibətlərinin daşıyıcısı kimi təqdim etməyə çalışa, “Ermənistan üçün sülhün alternativi yoxdur” deyə, guya, Azərbaycanla hərtərəfli və institusional sülhə can atdıqlarını bildirə bilər. Ancaq bu bəyanatların arxasında real siyasət və konkret addımlar durmadıqca, Mirzoyanın nitqi boş söz yığınına çevrilir. Üstəlik, bu cür nitqlər əksər hallarda beynəlxalq ictimaiyyəti çaşdırmaq, prosesi Azərbaycanın üzərinə yükləməyə və məsuliyyətdən yayınmaq üçün vasitəyə çevrilir. Onun sülh sazişinin imzalanmasının ləngiməsini Azərbaycanın “qeyri-müəyyən narahatlıqları” ilə əlaqələndirməsi iddiası qətiyyən doğru deyil. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bildirib ki, Ermənistanın konstitusiyasında yer alan Azərbaycanın ərazi bütövlüyünə zidd olan müddəalar aradan qaldırılmalıdır.

Ermənistanın konstitusiyasında “Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ”na və bölgənin Ermənistana birləşdirilməsinə dair normativ hüquqi istinadlar qalmaqda davam edir. Belə bir konstitusiya ilə sülh sazişi imzalamaq hüquqi nonsensdir. Azərbaycanın bu məsələyə dair iradəsini dilə gətirməsi “bəlli olmayan narahatlıq” deyil, hüquqi və siyasi baxımdan tam əsaslı bir tələbdir.

Ermənistan xarici siyasət idarəsi rəhbərinin çıxışında ən təhlükəli məqam isə onun Aİ-yə çağırışıdır. O, dolayısı ilə bildirir ki, Aİ nümayəndələri həm ikitərəfli təmaslarında, həm də ictimai açıqlamalarında sülh sazişinin imzalanmamasını “Azərbaycanın məsuliyyəti” kimi təqdim etməlidirlər. Bu isə açıq şəkildə diplomatik manipulyasiyadır. Əgər Aİ, həqiqətən, tərəfsizdirsə, Bakı və İrəvan arasında real dialoqu təşviq etməli, ölkəmizin əsaslı narahatlıqlarını nəzərə almalıdır. Ermənistan isə Avropanı yalnız bir tərəfin, yəni özünün mövqeyini müdafiə etməyə çağırır. Bu yanaşma Avropa diplomatiyasının nüfuzuna da ciddi zərbə vura bilər.

İlyas HÜSEYNOV,
politoloq

– Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqlar başa çatsa da, işğalçı keçmişə malik bu ölkə bizə qarşı düşmənçiliyini davam etdirir. Müxtəlif təsir mexanizmlərindən istifadə edir və Azərbaycanla münasibətlərdə üstünlük qazanmağa çalışır. Hətta, Aİ-yə üzvlüklə bağlı başlanan prosesi də öz lehinə çevirmək istəyir. Digər tərəfdən, Avropa Siyasi Birliyinin Tiranada keçirilmiş VI Zirvə toplantısında Ermənistan baş nazirinə olan münasibəti və orada gedən prosesləri də hər kəs gördü. Yəni, baş nazir Paşinyana xüsusi diqqət, Ermənistanı Aİ-də görmək istəyi yerli-dibli yox idi. Əksinə, Azərbaycan Prezidentinə böyük hörmət və ehtiram özünü göstərirdi.

Digər mühüm məsələ bundan ibarətdir ki, Aİ Ermənistanı öz üzvləri sırasına dəvət etməyib. Əvvəlcə, Ermənistanda bununla bağlı qanun qəbul edildi. Sonra bunu prezident imzaladı. Hazırda Ermənistanın Avroatlantik məkana inteqrasiyasının konstitusiyaya salınması üçün referendum keçirilməsinə dair hazırlıqlar da var. Ermənistan rəhbərliyi elə hazırkı mərhələdən öz xeyrinə istifadə etmək niyyətindədir.

Bundan əlavə, Avropa Sülh Fondundan sülh adı ilə silah üçün maliyyə vəsaitinin cəlb edilməsi prosesinin davam etdirilməsi istəyi var. Bu da regional təhlükəsizlik təhdidlərini artıran amildir. Məlumdur ki, sülh adı altında fəaliyyət göstərən fondun məqsədi heç də sülh, sabitlik və təhlükəsizlik deyil. Bütün bunlar Ermənistan vasitəsilə Aİ-nin də ölkəmizə qarşı mövqeyinin dəyişməsinə gətirib çıxara bilər. Ancaq qüvvələr balansının dəyişməsinə, bölgədə ayırıcı xətlərin çəkilməsinə imkan vermək olmaz.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see170

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see149

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see148

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see139

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see139

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see138

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see133

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see132

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see129

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see129

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see127

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see124

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Cabir İmanovun dəfnində ŞOK görüntü FOTO

04 Oktyabr 2025 01:20see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri