Icma.az
close
up
RU
Avropa Sülh Fondundan Ermənistana yeni tranş

Avropa Sülh Fondundan Ermənistana yeni tranş

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Avropa İttifaqı (Aİ) Ermənistana dəstəyini davam etdirir.

Avropa Sülh Fondundan Ermənistana yeni tranş

Musavat.com xəbər verir ki, APA-nın özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, Aİ yaxın zamanda Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır. Artıq vəsaitin ayrılması ilə bağlı ilkin razılıq var.

"Bu vəsaitin də Ermənistanın silahlanması üçün istifadə olunacağı şübhə doğurmur" mənbə agentliyə deyib.

Xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqı dəfələrlə Azərbaycan və Ermənistanı sülhə çağıran bəyanatlar verib, danışıqlar üçün məkan olub. Bu bəyanatların fonunda Ermənistanı təktərəfli silahlandırması isə anlaşılan deyil və müəyyən suallar doğurur.

Avropa Sülh Fondundan Ermənistana 10 milyon tranş ayrılmışdı

Qeyd edək ki, 2024-cü ildə də Aİ Avropa Sülh Fondundan Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.

Azərbaycanın reaksiyası

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə həmin vaxt Avropa İttifaqı Şurasının qərarını "yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım" adlandırmışdı.

"Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.

Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək", - deyə Ayxan Hacızadə vurğulamışdı.

Azərbaycan həmin vaxt Avropa İttifaqı Şurasının qərarı ilə göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözlədiyini qeyd etmişdi.

APA Avropa İttifaqının Azərbaycan nümayəndəliyinə və Avropa İttifaqının mərkəzi ofisinə məsələ ilə bağlı sorğu ünvanlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri