“Avropa İttifaqının missiyası Fransanın diktəsini və erməni diasporunun istəklərini yerinə yetirir”
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Avropa İttifaqının missiyası Fransanın diktəsini və erməni diasporunun istəklərini yerinə yetirir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, missiyaya ən qısa zamanda xitam verilməsinə ehtiyac var:
“Bu missiya münaqişənin həllinə, sülh sazişinin əldə edilməsinə maneçilik törədir. Avropa İttifaqında təmsil olunan Fransanın həyata keçirdiyi siyasəti imkan vermir ki, Azərbaycanla Ermənistan arasında münaqişə başa çatsın, sülh müqaviləsi imzalansın.
Avropa İttifaqı faktiki olaraq Fransanın diktəsini, erməni diasporunun istəklərini həyata keçirir. Erməni diasporu isə problemin həll edilməməsində, yeni qarşıdurmaların meydana çıxmasında maraqlıdır. Avropa İttifaqlnın Ermənistan sərhəddindəki missiyası erməni diasporunun bu istəyinə cavab verir. Buna görə də regionda sülhün əldə edilməsi üçün Avropa İttifaqının missiyasına xitam verilməsi olduqa vacibdir”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Dekabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















