Icma.az
close
up
RU
Ermənistan bilərəkdən həmin xəritələri vermir AÇIQLAMA

Ermənistan bilərəkdən həmin xəritələri vermir AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə çıxışı zamanı bildirib ki, Qarabağ və ətraf ərazilərdə mina problemi hələ də ciddi humanitar çağırış olaraq qalır.

Maraqlıdır, Ermənistan Azərbaycana minalanmış ərazilərin dəqiq yeri haqda niyə məlumat vermir?

Politoloq Əli Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, İşğaldan azad olunmuş ərazilərin ermənilər tərəfindən basdırılmış minalardan və digər partlayıcı qurğulardan təmizlənməsi ciddi problem olaraq qalır:

"Bu həm infrastruktur layihələrinin həyata keçirilməsinə, həm tikinti-inşaat işlərinin aparılmasına, həm də təsərrüfatla məşğul olmağa, ələlxüsus da insanların həyat və sağlamlığına real təhlükələr yaradır. Müharibədən sonra yüzlərlə şəxs mina partlayışlarının qurbanı olub. Azərbaycan tərəfi dəfələrlə Ermənistandan minaların və partlayıcı qurğuların xəritəsini tələb etsə də, müxtəlif bəhanələrlə bundan imtina edilir. Təqdim edilən xəritələr isə dəqiq xəritələr deyil".

Müsahibimiz vurğuladı ki, rəsmi Bakı işğaldan azad edilmiş ərazilərdə basdırılan minalar məsələsini beynəlxalq müstəviyə də qaldırıb:

"Təəssüf ki, hələlik müsbət nəticə əldə olunmayıb. Bu ərazilərin təmizlənməsi isə illərlə vaxt və külli miqdarda maliyyə vəsaiti tələb edir. Həm də bu iş risklidir. Ermənistan bilərəkdən həmin xəritələri vermir. Öz düşmən və məkrli mövqeyini burada da göstərir. Düşünürəm ki, Azərbaycan həmin xəritələri əldə etmək üçün mümkün bütün vasitələrdən istifadə etməlidir. Bakı İrəvana həddindən artıq humanist davranır. Erməni cinayətkarları təhvil verəndə əvəzində həmin xəritələri tələb etməli idi. Ermənistanla Azərbaycan arasında keçirilən müxtəlif səviyyəli görüşlərin gündəliyində minalar və itkin düşən şəxsər məsələsi daim aktual saxlanılmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 May 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri