Icma.az
close
up
RU
Ermənistan bu təşəbbüslə guya regionda qonşu ölkələrlə əməkdaşlığa başlamaq niyyətində olduğunu göstərir

Ermənistan bu təşəbbüslə guya regionda qonşu ölkələrlə əməkdaşlığa başlamaq niyyətində olduğunu göstərir

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın irəli sürdüyü “Dünyaların Kəsişməsi” layihəsi artıq ictimai müzakirələrdə yer almağa başlayıb. Ermənistan bu təşəbbüslə guya regionda yeni logistik dəhliz formalaşdırmaq və qonşu ölkələrlə əməkdaşlığa başlamaq niyyətində olduğunu göstərir. Amma gəlin görək, bu layihə siyasi, iqtisadi (maliyyə), coğrafi və zamanlama baxımından nə dərəcədə reallaşa bilər?

A. Siyasi baxımdan:

Etimadın olmamas və regiondaxili ziddiyyətlərin mövcudlğu siyasi baxımından bu layihə üçün tam uyğunsuz mühit yaradıb.

Çünki, Ermənistanınson onilliklərdə regionda apardığı təcavüzkar siyasət və ikili standartlar bu ölkəyə qarşı güclü bir etimadsızlıq formalaşdırıb. Region ölkələrinin, hətta İranın belə bu layihəyə ehtiyatla yanaşmasının əsas səbəbi siyasi sabitlik zəmanətinin olmamasıdır.

Eyni zamanda Ermənistanın öz daxilində və hökumət çevrəsində də siyasi parçalnmalar, qərarsızlıq və strateji kursun tez-tez dəyişməsi layihənin davamlılığını və sabitliyini sual altına alır.

B. İqtisadi baxımndan:

Maliyyə resurslarının yoxluğu və eləcə də investor marağının zəifliyi bu layihənin iqtisadi cəhətdən dəstəklənməsini mümkünsüz edir. Çünki, Ermənistan iqtisadiyyatı hazırda dərin struktur problemlərlə üz-üzədir. Xariciborcun ciddi artımı və investisiya axınının zəifliyi bu cür nəhəng infrastruktur layihəsinin maliyyələşdirilməsini çətinləşdirir.

Digər bir tərəfdən isə regionda alternativ dəhlizlər olduğu üçün (Orta dəhliz, Şimal-Cənab dəhlizi və potensial Zəngəzur dəhlizi) “Dünyaların Kəsişməsi” layihəsi beynəlxalq investorlar üçün prioritet ola bilməz.

C. Coğrafi baxımdan:

Ərazi əlverişsizliyi və alternativ marşrutların mövcudluğu da geosiyasi və coğrafi baxımdan bu layihəni əlverişsiz edir. Çünki, Ermənistanın coğrafiyası nəqliyyat dəhlizləri üçün əlverişli sayılmır. Dəniz çıxışı olmayan, dağlıq relyefə malik və qonşlarla münasibətləri gərgin olan bir ölkənin logistik mərkəzə çevrilməsi real görünmür.

D. Zamanlma baxımından:

Dünya və region yeni qlobal iqtisadi nizam axtarışında olduğu bir dönəmdə, Ermənistanın belə gecikmiş və hazırlıqsız şəkildə ortaya atdığı təşəbbüs artıq qlobal trendlərdən geri qalır. Həmçinin layihənin hüquqi və texniki çərçivələri aydın deyil. Bu da orta və uzunmüddətli planlaşdırma baxımından ciddi problemlər yaradır.

Bir sözlə, “Dünyaların Kəsişməsi” layihəsi, Ermənistanın özünü regionun mərkəzinə çevirmək arzusu ilə irəli sürdüyü bir layihədir. Əslində isə bu siyasi, iqtisadi və strateji baxımından zəif bir təşəbbüsdür. Ermənistan üçün daha real və faydalı yol odur ki, normal qonşuluq münasibətlərini bərpa edərək, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş dəhlizlərindən yararlansın. Yalnız sülh müqaviləsindən və Azərbaycan Ermənistanın regional layihələrdə iştirakına “OK” verdikdən sonra onların hansısa layihə təklifləri müzakirə edilə və icrası üçün dəstəklənə bilər.

Eldəniz Əmirov,

iqtisadçı ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Aprel 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri