Icma.az
close
up
RU
“Ermənistan cəmiyyəti getdikcə geosiyasi reallıqları qəbul etməyə başlayır” Polad Mehdiyev

“Ermənistan cəmiyyəti getdikcə geosiyasi reallıqları qəbul etməyə başlayır” Polad Mehdiyev

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) 2025-ci il iyunun 16-dan 25-dək keçirdiyi sosioloji sorğunun nəticələri Ermənistan cəmiyyətində mühüm dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, sorğuda iştirak edənlərin 47 faizi Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tam və ya qismən dəstəklədiyini bildirib. Bu nəticə post-münaqişə dövründə Ermənistan ictimaiyyətində revanşist ritorikadan uzaqlaşma meyillərinin getdikcə artdığını göstərir.

Sorğuda iştirak edənlərin 40 faizi müqavilənin əleyhinə olduğunu, 13 faizi isə tərəddüd içində olduğunu bildirib. Xüsusilə gənclər arasında müqaviləyə qarşı çıxanların nisbəti yüksəkdir: 18–35 yaş arası respondentlərin 48 faizi əleyhinə, 38 faizi isə lehinə mövqe tutub. Müqayisə üçün qeyd edək ki, 56 yaş və yuxarı yaş qrupunda olanların 58 faizi sülh müqaviləsini dəstəkləyir.

Eyni zamanda, sorğuda Ermənistan vətəndaşlarının xarici siyasi tərəfdaşlara münasibəti də araşdırılıb. Respondentlərin 53 faizi İranı, 48 faizi Fransanı, 43 faizi Hindistanı Ermənistanın siyasi tərəfdaşı hesab edir. Rusiya isə 45% tərəfindən tərəfdaş, 27% tərəfindən isə siyasi təhlükə kimi qiymətləndirilib.

Siyasi şərhçi Polad Mehdiyev "AzPoıitika"-ya açıqlamasında bildirib ki, Ermənistan vətəndaşlarının 47 faizinin sülh müqaviləsini dəstəkləməsi bir neçə mühüm tendensiyanı üzə çıxarır.

O, qeyd edib ki, sorğunun nəticələri göstərir ki, artıq Ermənistan əhalisinin bir hissəsində sülhə yönəlik ictimai dəstək formalaşmaqdadır. Onun sözlərinə görə, cəmiyyətin yarısına yaxın hissəsində post-müharibə dövründə revanşist və hərbi ritorikadan uzaqlaşma meyilləri müşahidə olunur.

Polad Mehdiyev vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq legitim güc tətbiq etməklə ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni reallıqlar formalaşıb və bu reallıqlara Ermənistan cəmiyyətində uyğunlaşma prosesi gedir.

Siyasi şərhçi bildirib ki, hazırda Ermənistanda cəmiyyətin bir hissəsi Qarabağ məsələsini prioritet mövzu kimi deyil, iqtisadi rifah və sabitliyin əvəzində “bağlı səhifə” kimi görməyə başlayır.

Polad Mehdiyev əlavə edib ki, sorğunun nəticələri Paşinyan hökumətinin Azərbaycanla sülh müqaviləsinə yönəlik siyasətinə qismən ictimai dəstəyin olduğunu göstərir. Bu isə baş nazirə daxili siyasi rəqiblərinə qarşı daha dayanıqlı mövqe tutmaq üçün legitimlik qazandırır.

Ekspertin sözlərinə görə, cəmiyyətin digər 53 faizində isə ya tərəddüd, ya da açıq şəkildə müqaviləyə qarşı mövqe var. Bu isə özlüyündə müəyyən risklər yaradır: populist və revanşist qrupların yenidən fəallaşması, eləcə də regionda marağı olan aktorların daxili təxribatlara cəhd etməsi ehtimalı artır.

Polad Mehdiyev deyib ki, Ermənistan cəmiyyəti getdikcə geosiyasi reallıqları qəbul etməyə başlayır: Rusiya təsirinin zəifləməsi və Qərblə yaxınlaşma siyasətinin əsas şərti kimi Azərbaycanla sülh perspektivi ciddiyə alınır.

O qeyd edib ki, sülh müqaviləsi aşağıdakı proseslərə də təkan verə bilər:

-Zəngəzur dəhlizi və digər infrastruktur layihələrinin açılması;

-Türkiyə-Ermənistan münasibətlərində normallaşma;

-Ermənistanın Avropa İttifaqı və ABŞ-la yaxınlaşmasının sürətlənməsi.

Rasim Əliyev

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyul 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri