Icma.az
close
up
RU
Ermənistan cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı hələ də ciddi problemlər mövcuddur RƏY

Ermənistan cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı hələ də ciddi problemlər mövcuddur RƏY

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı Ermənistanın siyasi dairələrinin və mediasının reaksiyaları ilk növbədə bir həqiqəti göstərir: Ermənistan hələ də sülhə hazır deyil.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu ərazilərə diplomatik nümayəndələrin səfərinin təşkil edilməsi Azərbaycanın daxili və xarici siyasətinin legitim istiqamətlərindən biridir .

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin (İB) sədri Könül Behbudova söyləyib.

O bildirib ki, Qarabağ Azərbaycan tarixinin, mədəniyyətinin və dövlətçilik irsinin mühüm hissəsidir. Bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin müxtəlif nümunələri mövcuddur. Buna görə də xarici diplomatların Qarabağa səfər edərək bölgədə aparılan bərpa-quruculuq işləri, minalardan təmizləmə prosesi, yeni yaşayış məntəqələri və sosial infrastrukturla tanış olması Azərbaycanın mövcud reallıqlarını yerində görmək baxımından əhəmiyyətlidir.

“Ermənistanda səsləndirilən reaksiyalarda səfərin qarşısının alınmasına və diplomatların mövqeyinə təsir göstərilməsinə yönələn çağırışların olması xüsusilə narahatedicidir. Ermənistanın bəzi siyasi və ictimai dairələrinin xarici diplomatların Azərbaycanın ərazisinə səfərini belə qəbul etməməsi erməni cəmiyyətində regiondakı yeni reallıqların dərki ilə bağlı ciddi problemlərin hələ də mövcud olduğunu göstərir. Sülh prosesində əldə olunmuş razılaşmalar və qarşılıqlı etimad baxımından bundan sonra əsas məsələ yeni reallıqların qəbul edilməsi və qarşı tərəfin suverenliyinə hörmət əsasında münasibətlərin qurulmasıdır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzura diplomatik səfərləri bundan sonra da təşkil edəcək. Xarici diplomatların bu ərazilərə səfəri Azərbaycanın suveren hüquqlarının həyata keçirilməsidir və başqa dövlətlərin daxili siyasi müzakirəsinin predmeti olmamalıdır. Sülh yalnız bəyanatlarla deyil, yeni reallıqlara hörmət, qarşılıqlı suverenliyin tanınması və düşmənçilik ritorikasından imtina ilə möhkəmlənə bilər. Bu baxımdan, diplomatlara qarşı təzyiq xarakterli ritorikanın əvəzinə dialoq və qarşılıqlı hörmətə əsaslanan yanaşmanın seçilməsi regional sülh prosesinə töhvə verə bilər", - deyə İB sədri vurğulayıb.

Müxbir - Günel Türksoy

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri