Ermənistan çöküş həddində KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Rusiyanın yeni qərarı Ermənistanın ixrac sektoruna növbəti ağır zərbə vurub.
KONKRET.az xəbər verir ki, RIA Novosti-nin yaydığı məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) bu gündən etibarən Ermənistandan süd məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Bu, son dövrlərdə tətbiq edilən məhdudiyyətlər silsiləsinin davamıdır. Daha əvvəl Ermənistanın çiçək, tərəvəz, giləmeyvə, meyvə, üzüm, kartof, quru meyvələr, bütün bitki mənşəli məhsulları və balıq məhsullarının Rusiyaya ixracına da qadağalar qoyulmuşdu.
RIA Novosti-nin rəsmi statistika əsasında apardığı hesablamalara görə, Ermənistan Rusiya bazarını itirəcəyi halda süd məhsullarının ixracından əldə etdiyi gəlirin təxminən 80 faizini itirə bilər.
2025-ci ilin yekunlarına əsasən Ermənistan pendir, süd, kərə yağı, yumurta və digər süd məhsullarının dünya bazarlarına ixracından 20,2 milyon dollar gəlir əldə edib. Bu gəlirin 79,3 faizi məhz Rusiya bazarının payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 İyul 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















