Icma.az
close
up
RU
Bahalaşma və iqtisadi çöküş BAŞLADI Qonşu ölkədə KONKRET

Bahalaşma və iqtisadi çöküş BAŞLADI Qonşu ölkədə KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə baş verən dağıdıcı hərbi toqquşmaların ardınca İslam Respublikası olduqca ağır və idarəolunmaz bir iqtisadi-sosial böhranla üz-üzə qalıb. Müharibə dövrünün gətirdiyi müvəqqəti daxili birlik ab-havasından sonra ölkə hazırda kütləvi yoxsulluq, hiperinflyasiya və kəskin qiymət artımı kimi xaos doğuran reallıqlarla mübarizə aparır. Bölgədə hərbi əməliyyatların səngiməsinə baxmayaraq, daxili bazarda yaranan dərin durğunluq və yaşayış şəraitinin pisləşməsi müharibədən sonrakı dövrün ən əsas və təhlükəli problemləri kimi qəbul edilir.

KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti İran iqtisadiyyatının müharibədən sonra son dərəcə həssas bir keçid mərhələsinə daxil olduğunu və ölkənin uzunmüddətli, ciddi fəsadlarla qarşılaşacağını yazıb. Aparılan rəsmi və müstəqil qiymətləndirmələrə görə, son hərbi münaqişənin İran iqtisadiyyatına, o cümlədən onun mühüm sənaye və enerji infrastruktur şəbəkələrinə vurduğu ümumi zərərin astronomik həddə — 270 milyard dollara çatdığı təxmin edilir. İqtisadçılar və beynəlxalq ekspertlər vurğulayırlar ki, rəsmi Tehrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların və iqtisadi blokadanın qismən azaldılması ssenarisi reallaşsa belə, daxil olacaq xarici vəsaitlər bu nəhəng dağıntı və itkilərin yalnız çox kiçik bir hissəsini kompensasiya edə bilər.

Müharibədən sonrakı dinc dövrə qədəm qoyan İran iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən yüksək ərzaq inflyasiyası ilə üzbəüz qalıb. Rəsmi statistika mərkəzlərinin məlumatlarına əsasən, ölkədə ümumi ərzaq məhsullarında təxminən 130 faizlik qiymət artımı qeydə alınıb ki, bu da yerli əhalinin alıcılıq qabiliyyətinə ağır zərbə vurub.

Əhalinin gündəlik rasionunda mühüm yer tutan ət və toyuq məhsullarında isə bahalaşma daha kritik və dəhşətli həddə — 176 faizə yüksəlib. Ekspertlər yaranmış bu mənzərə fonunda ölkədə kütləvi yoxsulluğun, ciddi qidalanma problemlərinin və vətəndaşların ümumi rifah səviyyəsinin sürətlə aşağı düşəcəyi barədə ciddi xəbərdarlıqlar edirlər. Uzunmüddətli iqtisadi durğunluq, kütləvi işsizlik və gündəlik dolanışıq çətinlikləri yaxın gələcəkdə İranda daxili sabitliyi təhdid edən ən böyük sosial partlayış amilinə çevrilə bilər.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 İyun 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri